Paşinyanın qardaşı oğlu Azərbaycanın 3 kəndinə axan çayın qarşısını tamamilə kəsdirməyə başladı...-VİDEO

Tarix: 14-09-2020, 11:00 / Oxunub: 36
 
 


 

Ermənistanın Tavuş rayonunun Dovex kəndindən keçərək Qazax rayonunun Kəmərli kəndindəki su anbarına tökülən  kiçik həcmli İncəsu çayının qarşısının düşmən tərəfindən kəsilməsi barədə informasiyalar Tovuz döyüşlərindən sonra - avqustundan sonlarında yayılıb. Bu səbəbdən son həftələr Azərbaycan kəndindəki anbarda suyun nəzərəçarpacaq dərəcədə azalması müşahidə olunur. 
Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Kəmərli kəndi ərazisində yerləşən bu su anbarı ötən əsrin 80-ci illərində inşa edilib. Həmin anbara yığılan sudan Kəmərli kəndi ilə yanaşı, İncə dərəsinin digər kəndlərinin - Qaymaqlı və Aslanbəylinin sakinləri də istifadə edirdi. Hazırda isə anbarda su, demək olar ki, yoxdur... 

İşğalçı ölkə saytlarının bu saatlarda yaydığı yeni məlumata görə, artıq ermənilər sözügedən çayın Kəmərli kəndinə axının qarşısını tamamilə kəsməyi qərara alıb. 

Məlumatdan bəlli olur ki, bu işi Ermənistan parlamentinin "Mənim addımım" fraksiyasının üzvü, baş nazir N.Paşinyanın qardaşı oğlu Sipan Paşinyan koordinasiya edir. 
"Əziz həmvətənlər, "Armeconombank” idarə heyəti sədrinin köməyi ilə sərhədyanı Dovex kəndində çox vacib bir problemi həll edirik... Dovex kəndindən Azərbaycana axan, erməni kəndlilərin uzun illərdir istifadə edə bilmədikləri bir kiçik çayla tezliklə evlərin yaxınlığındakı bütün əraziləri becərə biləcəyimizə ümid edirik... İşlər davam edir, son "sətirlər” qalıb. Tezliklə bitirəcəyik, bundan sonra xalqımız bu sudan tam istifadə etməyincə bu çay Azərbaycana getməyəcək”- açıq ekoloji terror anlamına gələn bu cümlələri  S.Paşinyan öz " Facebook” səhifəsində yazıb...

Sultan Laçın


 

 
 
 


Axtarış
Xəbər lenti
Reklam