“Qalatasaray” klubu Bakıya gəlib - FOTOSESSİYA

Tarix: 16-09-2020, 18:26 / Oxunub: 321
 
 


 

Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi” ilə qarşılaşacaq Türkiyənin "Qalatasaray” klubu Azərbaycana gəlib.

Apasport.az saytının məlumatına görə, "cim-bom” az əvvəl Bakıya təşrif buyurub. 

Komandanı İstanbuldan gətirən təyyarə Heydər Əliyev Hava Limanına enib. Baş məşqçi Fatih Terim bu gün axşam saatlarında Bakı Olimpiya Stadionunda oyunöncəsi son məşqini keçəcək. 

Qeyd edək ki, sentyabrın 17-də baş tutacaq "Neftçi” – "Qalatsaray” görüşü saat 20:00-da start götürəcək.













Axtarış
Xəbər lenti
Reklam