Milyonlarla istifadəçisi olan bu tətbiqlər qadağan ediləcək...

Tarix: 18-09-2020, 20:12 / Oxunub: 320
 
 


 

ABŞ-da milli təhlükəsizliyin qorunması üçün çinli sosial media tətbiqləri "TikTok" və "WeChat" ın  ölkədə yüklənməsi qadağan olunacaq.

 ABŞ Ticarət Nazirliyi sözügedən tətbiqlərin sentyabrın 20-sindən etibarən qadağan ediləcəyini açıqlayıb.

Nazirlik tərəfindən edilən açıqlamada, Çin Kommunist Partiyasının ABŞ-ın milli təhlüksizliyini, xarici siyasətini və iqtisadiyyatını təhdid etmək üçün bu tətbiqlərdən isitfadə etdiyi bildirilib.

Bu tətbiqlərə girişin aradan qaldırılması və funksiyalarının əhəmiyyətli dərəcədə azaldılması ilə ABŞ-dakı isitfadəçilərin qorunacağına işarə edilən açıqlamada, "TikTok" və "WeChat"'ın yaratdığı təhlükələrin eyni olmasa da bir-birinə ənzər olduğu bildirilib.


Axtarış
Xəbər lenti
Reklam