Qax rayonunun Əlibəyli meşəsinə qənim kəsilən Roma kimdir? – foto

Tarix: 19-09-2020, 11:22 / Oxunub: 375

Qax rayonunun Əlibəyli meşəsinə qənim kəsilən Roma kimdir? – fotoElə dünən rəsmi xəbərlər agentliyindən Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırovun məlumatı əhalinin diqqətinə çatdırıldı. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook” səhifəsində yayımlanan "Ekspert saatı” verilişində danışan Namik Xıdırov bildirdi ki, "2020-ci ildə Meşələrin İnkişafı Xidmətində 21 nəfər vəzifə funksiyalarını yerinə yetirə bilmədiyi üçün işindən kənarlaşdırılıb. Onlar direktor, meşəbəyi, meşəbəyi köməkçisi vəzifələrini yerinə yetirən şəxslərdir”.

Xidmət rəisi onu da bildirdi ki, 221 iş hüquq mühafizə orqanlarına göndərilib:

O, öz çıxışı zamanı meşələrin çəpərlənməsinin böyük faydasından, çəpərlənmə nəticəsində meşələrdə yeni pöhrələrin artmasından, canlanma yaranmasından da bəhs etdi. Yeni pöhrələrin mal-heyvan tərəfindən yeyilməsi, əzilməsi meşələrin təbii bərpasına ziyan vurduğundan daha geniş formada məlumat verərək əhalini maarifləndirdi”.

Maraqlıdır, dünənki qərarın bu gün Qaxın Əlibəyli kəndində qanunsuz əməllər törədən Romaya dəxli yoxdur? Təəsüflə qeyd etmək yerinə düşər ki, bu gün Roma və romakimilər əlini-qolunu sallayıb təbiətin ağciyərləri sayılan palıd, fısdıq və s. ağacları doğrayıb "işbazlıqla” məşğuldur. Belə çıxır ki, onların bu cür rahat davranışına ya şərait yaradan var, ya da onlar könüllü surətdə Meşələrin İnkişafı Xidməti tərəfindən hüquq-mühafizə orqanlarına araşdırılması üçün göndərilən siyahıda öz ad və soyadlarını görmək arzusundadırlar. Bəs bu kimi hallara birbaşa cavabdeh olan məsul şəxs, Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev niyə ağacların qanunsuz yolla kəsiminə, daha doğrusu, məhv edilməsinə biganə qalır? 

Mövzunu diqqətdə saxlayacağıq.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Hüquq şöbəsi

 




Axtarış
Xəbər lenti
Reklam