Şəmkir rayon Ayaz Bağırov adına Qaralar kənd tam orta məktəbində qaydalara əməl olunmur - İDDİA

Tarix: 30-09-2020, 10:00 / Oxunub: 360

 

Əziz oxucular!

Qaynar-xett.az” xəbər yayım mərkəzinin baş direktoru Zaur Əhmədov bu gün Şəmkir rayon Ayaz Bağırov adına Qaralar kənd tam orta məktəbində olub, sözügedən təhsil müəssisəsinin fəaliyyəti ilə maraqlanıb. Lakin özünü məktəbin işçisi kimi təqdim edən şəxs onun içəri daxil olmasına imkan verməyib. Səbəbini soruşduqda isə "bizə xüsusi tapşırılıb ki, içəri kimliyindən asılı olmayaraq, kimsə buraxılmasın!" deyilib. Bu zaman Zaur müəllim, sözügedən təhsil müəssisəsinin direktoru Flora müəllimənin özü ilə görüşmək istədiyini bildirib. Maraqlıdır ki, dərs saatı, iş vaxtı olmasına rəğmən, Flora müəllimə heç məktəbdə olmayıb. 

Qapıda dayanaraq, ciddi cəhdlə jurnalistlərin içəri daxil olmasına imkan verməyən əməkdaşdan, "niyə üz sipəri taxmamısınız?” sualımıza isə, biz bunu ancaq dərs zamanı edirik deməklə, bir növ özünə bəraət qazandırdı. Elə isə icazə verin içəri keçək, bunu özümüz müşahidə edək, desək də, imkan vermədilər.

Məsələ ilə əlaqədar Şəmkir Rayon Təhsil Şöbəsinin rəisi Məcid Şıxlinski ilə də əlaqə saxladıq. O, bizə məktəbdə çəkiliş aparmağımızda heç bir nöqsan olmadığını vurğulayaraq, bununla bağlı qarşılaşdığımız təzyiqi öislədi. Məcid müəllim həmçinin onu da vurğuladı ki, RTŞ tərəfindən yoxlama apararaq Flora müəllimənin niyə dərs zamanı məktəbdə olmaması ciddi araşdırılacaq və ictimaiyyətə bildiriləcək.

P.S. Araşdırma zamanı o da öz əksini tapdı ki, sən demə, Flora xanım ölkəmizin son 3 ağır günündə baş verən məlum olaylardan öz mənfəəti xatirinə istifadə etməkdən də çəkinmir. Belə ki, işə heç gəlməməsi və yaxud gec gəlməsinin izahını verərkən guya "şəhid dəfnindəyəm" kimi səbəb gətirən bi direktor xanım, şəhid adından istifadə etməklə hansı əqidəyə, mənsəbə qulluq edir?

   

Mövzunu diqqətdə saxlayacağıq.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

"qaynar-xett.az”




Axtarış
Xəbər lenti
Reklam