Azərbaycan Dillər Universitetində Çin mədəniyyəti həftəsi davam edir

Tarix: 1-10-2020, 11:00 / Oxunub: 335
 
 


 

Azərbaycan Dillər Universiteti (ADU) Çin mədəniyyəti həftəsi çərçivəsində "Salam Çin" devizi altında 1 oktyabr - Çin Xalq Respublikası Günününə həsr olunan fləşmob keçirib. 

Fləşmobda iştirak edən ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Çin sivilizasiyasının çoxəsrlik adət və ənənələrini əks etdirən "Böyük Çin" adlı rəqsini canlandırıblar. ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin Xalq Respublikasının yaranması münasibəti ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrikini qeyd edərək, qədim tarixə malik Azərbaycan-Çin münasibətlərinin hərtərəfli inkişafına mühüm əhəmiyyət verilməsi, ölkələrimizi birləşdirən ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin bu gün siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrimizin yeni məzmunu ilə zənginləşdirilməsi fikrinə dəstək olub.

R. Abbasov ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq əlaqələrindən bəhs edərək, Azərbaycan ilə Çin münasibətlərinin təhsil, siyasi və digər sahələrdə inkişaf etdiyini vurğulayıb. O, həmçinin Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verən Çin KİV-lərində Ermənistanın Azərbaycana məxsus ərazilərinin bir hissəsini işğal olunması faktının işıqlandırılmasını və Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində özünü "müstəqil” elan etmiş Qarabağdakı qondarma rejimi heç bir ölkənin tanımadığını və beynəlxalq ictimaiyyətin Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını qeyd edib. Azərbaycan Çinin "Vahid Çin” siyasətini, Çin isə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını hər zaman dəstəkləyir.


Axtarış
Xəbər lenti
Reklam