“AzeriMed” Milli Orduya 500 min manat vəsait ayırdı

Tarix: 5-10-2020, 16:29 / Oxunub: 364
 




Ölkəmizdə Qarabağımızın işğaldan azad olunması uğrunda ümumxalq müharibəsi gedir. Sentyabrın 27-dən başlayan döyüşlərdə düşmən ağlasığmaz vətənpərvərlik və rəşadət göstərən igid döyüşçülərimizin qarşısında dayana bilməyib, bütün cəbhə boyu öz mövqelərini buraxaraq Ermənistana qaçır.

Azərbaycan Respublikasında elan olunmuş qismən səfərbərliyə əsasən, ehtiyatda olan hərbçilər və müxtəlif kateqoriyalı mütəxəssislərin ordu sıralarına çağırılması prosesinə "AzeriMed" MMC-nin əməkdaşları da dərhal böyük ruh yüksəkliyi və mütəşəkkilliklə qoşulmuşlar. Qısa müddət ərzində şirkətimizin ayrı-ayrı bölmələrinin xeyli əməkdaşı səfərbər olunaraq ordu sıralarına, hərbi hissələrin tabeçiliyinə yola salınmışlar. Həmin əməkdaşlarımızın hamısının iş yeri və vəzifəsi saxlanılmaqla, əmək haqqlarının tam şəkildə ödənilməsi təmin olunacaqdır.

"AzeriMed"MMC 
rəhbərliyinin orduya dəstək məqsədilə ayırdığı 500 min manatlıq həyati vacib əhəmiyyətli sərfiyyat materialları və dərman preparatları da davamlı şəkildə Azərbaycan Ordusunun sərəncamına göndərilir.Hər zaman dövlətimizin, ordumuzun yanında olan şirkətimiz ümumi qələbəmiz üçün dəstək aksiyalarını davam etdirəcəkdir.


Qarabağ Azərbaycandır!

#KarabakhisAzerbaijan #AzeriMed

Axtarış
Xəbər lenti
Reklam