Goranboy Dövlət Subartezian quyularının istismarı idarəsi rəisi İsmayıl Əvəzov sərxoş kadrını müdafiə edir?! - İDDİA

Tarix: 21-10-2020, 11:20 / Oxunub: 373

 

Goranboy Dövlət Subartezian quyularının istismarı idarəsi rəisi İsmayıl Əvəzov sərxoş kadrını müdafiə edir?! - İDDİA

 

 

Əziz oxucular!

Ötən gecə Goranboy RPŞ-nin əməkdaşları dövlət nömrə nişanlı maşının sürücüsünü sərxoş vəziyyətdə aşkar ediblər. Araşdırma vaxtı o da məlum olub ki, sözügedən dövlət nömrə nişanlı maşının sürücüsü Şamil adlı şəxsdir. Avtomobil isə Goranboy Dövlət Subartezian quyularının istismarı idarəsinə məxsusdur.

Maraqlıdır, "qaynar-xett.az” informasiya portalının baş direktoru Zaur Əhmədov Goranboy Polis İdarəsinin rəisi Emin müəllimlə şəxsən əlaqə saxlayarkən qarşı tərəf "Şamili xidməti ilə əlaqədar talonu olmadığı üçün saxlamışdıq, lakin sonra tələb olunan sənədi təqdim etdiyi üçün biz onu sərbəst buraxmışıq” etifaını etdi. Lakin Goranboy Dövlət Subartezian quyularının istismarı idarəsi rəisi İsmayıl Əvəzov isə polisin cavabının tam əksini etiraf edib. Belə ki, "qaynar-xett.az” və "aztv.news” xəbər agentliklərinin baş direktorları Zaur Əhmədov və Seymur Məmmədovla telefonla danışarkən Şamilin gerçəkdən də sərxoş olduğunu boynuna almış, amma maşının guya şəxsi olmasını demişdir.

Bizim araşdırmamımız zamanı isə tamam fərqli, təzadlı bir məqam aşkarlanmışdır. Belə ki, Şamil adlı sürücünün özünün şəxsi maşını olmadığı tərəfimizdən sübuta yetirilib.

Əziz oxucular!

Maraqlıdır, ölkəmizdə müharibə şəraitinin hökm sürdüyü bir dönəmdə, Goranboy kimi bir məkanımızın hər gün düşmən atəşinə tutuduğu məqamda Goranboy Dövlət Subartezian quyularının istismarı idarəsinin sürücüsü və müdiri sərxoşluq əməllərini ört-basdır etməklə nədə maraqlıdırlar?!

Mövzunu diqqətdə saxlayacağıq. Və sözügedən dövlət nömrə nişanını da oxuculara təqdim edəcəyik.

Bizi izləyin...

 



Axtarış
Xəbər lenti
Reklam