Mingəçevirdə koronavirus xəstələri karantin postunda saxlanıldı

Tarix: 21-11-2020, 14:30 / Oxunub: 311
 
 


 

Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirusa yoluxan şəxslərin yaşadıqları ünvanı tərk etdikləri müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Mingəçevir şəhəri ərazisində qurulan karantin postunda koronavirus infeksiyasına yoluxan və yaşadığı evi tərk etmiş şəhər sakinləri F.Ağayev və onun arvadı T.Ağayeva özlərinə məxsus "Hyundai” markalı avtomobillə Gəncə şəhərinə getmək istəyərkən saxlanılıblar.

Müəyyən edilib ki, koronavirus testlərinin nəticəsi pozitiv çıxdığına görə, onlara ev şəraitində müalicə təyin olunub, qaydalara riayət etmələri tapşırılıb. Lakin onlar qaydaları pozaraq yaşadıqları evi tərk ediblər.

Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət olunub və həmin şəxslər yaşadıqları ünvana geri qaytarılıblar.

F.Ağayev və T.Ağayeva barəsində Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.


Axtarış
Xəbər lenti
Reklam