“Ağdamın işğaldan azad edilməsinə inana bilmirəm, elə bilirəm ki, yuxudayam...”

Tarix: 21-11-2020, 08:00 / Oxunub: 313
 
 


 


Xalq artisti, muğam ifaçısı Aygün Bayramova doğulduğu Ağdam rayonunun işğaldan azad olunmasına görə sevindiyini bildirib. 

Xanəndə Moderator.az-a açıqlamasında öz xoş təəssüratlarını bölüşüb:

"Bu günü biz 27 il idi ki, gözləyirdik. Bir az əvvəl Şəhidlər Xiyabanında gəlmişəm. Bütün şəhidlərimizin qarşısında baş əyirik. Onlar olmasaydı, təbii ki, biz topaqlarımızı azad edə bilməzdik. Onların qanı, canı bahasına torpaqlarımızı düşməndən azad etdik. Təbii ki, mən qarabağlı kimi o torpaqlarda böyümüşəm, uşaqlığım Ağdamda keçib. Hər il bu günü səbirsizliklə gözləmişik. Hələ inana bilmirəm, elə bilirəm ki, yuxudayam. Hamımız bilirik ki, bu illər ərzində düşmən torpaqlarımızı talan edib. Amma inşallah gözləyirəm ki, o yerlərimizə gedib dua edək, rahat nəfəs alaq. Şükür olsun ki, Allah bizə bu günü qismət etdi”.



Axtarış
Xəbər lenti
Reklam