"Əgər Rusiya Qarabağdakı hərbçi sayını artırsa və Fransa ilə ABŞ da kampaniyaya qoşulsa..."
Tarix: 30-11-2020, 15:30 / Oxunub: 320
Noyabrın 10-da Qarabağda atəşkəsə dair imzalanan Bəyanatda Rusiya sülhməramlılarının sayının 1960 nəfər olacağı qeyd edilib.
Bundan başqa Rusiyanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, minatəmizləyənlər, hərbi mühəndisləri də Qarabağa gətirir.
Belə ki, 23 noyabrda Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbçiləri xüsusi təlim keçmiş itlərlə birlikdə Dağlıq Qarabağda minadan təmizləmə əməliyyatına göndərilib.
Eyni zamanda Türkiyə hərbçilərinin də müşahidə postları arasında xidmət aparacağı və minatəmizləmə prosesinə qatılacağı bildirilir.
Ümumiyyətlə beynəlxalq təcrübədə sülhməramlı sayına nəzarət mexanizmi varmı?
Politoloq Sədrəddin Soltan Cebhe.info-ya açıqlamasında deyib ki, Rusiyanın Qarabağda göndərdiyi sülhməramlılarla yanaşı, digər qruplardan olan şəxsləri də hesalasaq, sayın 5 minə çatacağını gözləniləndir:
"Rusiya son zamanlar yalnız mina təmizləyənlərlə deyil, eyni zamanda Qırmızı Xaç Cəmiyyətinin və Fövqəladə Hallar Nazirliyinin xətti ilə də Qarabağdakı təmsilçilərinin sayını artırır. Bəyanatda sülhməramlı sayı 1960 nəfər nəzərdə tutulmuşdusa, belə görünür ki, bu say gəlib 5 minə çatacaq. Bəyanatda göstərilməyib ki, Rusiyadan Qarabağa sülhməramlı missiyanı yerinə yeritmək üçün nəzərdə tutulan texnikaları gətirən heyət də həmin o 1960 nəfərlik kontingentin tərkibinə daxildir, ya yox. Hazırda Qırmızı Xaç, Fövqəladə Hallar Nazirliyi xəttiylə, mina təmizləyənlər adı ilə gələnləri də hesaba qatsaq, Qarabağda Rusiya hərbi heyətinin sayı 2000-dən çox olur. Bunların sayının perspektivdə artmayacağına dair təminat da yoxdur. Rusiyadan Qarabağa gətirilən hərbi kontingentin sayı ilə bağlı Azərbaycanla Rusiya arasında hər hansı bir müqavilənin olub-olmadığı da hələlik məlum deyil. Ola bilər ki, razılıq əsasında və müəyyən detallar nəzərə alınaraq bu say artırılır. Lakin Rusiyadan Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin, minatəmizləyənlərin hansı sənədə əsasən gətirilərək Qarabağda fəaliyyətə cəlb edilməsi hələlik aydın deyil. Çünki ictimaiyyətə belə bir sənəd açıqlanmayıb. Ona görə də bu istiqamətdə narahatlıqlar var. Ehtimal etmək olar ki, Rusiya heyətinin Bakıya səfəri zamanı bu məsələlərə münasibət bildirilib”.
Ekspert bildirib ki, Qarabağda yerləşdirilən Rusiya sülhməramlıları BMT-nin mandatı altında fəaliyyət göstərmir. Sadəcə olaraq Rusiya bu məsələ ilə bağlı BMT-yə məlumat verir:
"Sazişdə nəzərdə tutulub ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Qarabağda fəaliyyət göstərəcək. Lakin görünən odur ki, BMT hələlik yerindən tərpənmir. Digər tərəfdən, Azərbaycan əhalisinin Xankəndində, Xocalıda və digər rayonlarda ermənilərlə birgə yaşaması, Qazaxla Naxçıvanın işğal edilmiş kəndlərinin qaytarılması məsələsi gündəmdə yoxdur. Sülhməramlı kontingenti münaqişə bölgəsinə adətən əhlinin sayı və ərazinin sahəsinə uyğun olaraq yerləşdirilir. Yəni burada konkret rəqəm yoxdur. Bu prosesi BMT-nin Təhlükəsizlik Şurası tənzimləyir ki, hansı ölkəyə nə qədər sülhməramlı daxil olmalıdır. Münaqişə zəiflədikdən sonra da sülhməramlıların sayı azaldılır. Rusiya sülhməramlıları Laçın dəhlizinə nəzarət etmək və sülhməramlı missiyanı yerinə yetirmək üçün nəzərdə tutulub. Yəni hər bir erməninin yanında bir rus hərbçisinin olması nəzərdə tutulmayıb”.
S.Soltan əlavə edib ki, mina axtarma işlərində Türkiyə hərbçiləri də iştirak edəcək:
"Fransa da erməni icmasına yardımlar edəcəyini və Qarabağdakı şəhərlərin bərpasına kömək göstərəcyini bildirib. Deməli, perspektivdə erməniləri bir rus və bir fransız əsgəri mühafizə edəcək. Böyük ehtimalla perspektivdə ABŞ da bu kampaniyaya qoşulacaq. Əgər Rusiya Qarabağdakı hərbçi sayını artırmağa davam etsə və Fransa ilə ABŞ da kampaniyaya qoşulsa, Qarabağda hər bir ermənini 3 hərbçi-rus, fransız, amerikalı mühafizə edəcək. Bu isə cəfəngiyyatdır. Çünki Rusiya sülhməramlılarının sayı çoxalıb erməniləri mühafizə etdikcə, yerli əhalidə əlavə qıcıq yaradacaq. Ona görə də məsələni oranın yerli əhalisi olan azərbaycanlılarla ermənilər arasında anlaşmaya buraxmaq lazımdır. Yoxsa erməniləri silahla müdafiə edib, azərbaycanlılardan qorumaq düşmənçiliyi gücləndirməkdir. Əgər Rusiya belə davam edərsə, bu, azərbaycanlılarla ermənilər arasında nifaqın güclənməsinə yardım edəcək, nəinki sülh yaratmaq. İndi bir məsələ də var ki, sülhməramlı prosesə Müşahidə Mərkəzi yaradılıb və burada Türkiyə də iştirak edəcək. Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar da çıxışında bildirib ki, türk əsgəri Qarabağda qurulacaq müşahidə postları arasında patrul xidməti aparacaq, həmçinin bölgənin minalardan təmizlənməsində də iştirak edəcək. Lakin təcrübədə sülhməramlıların artıb- azalmasına nəzarət edən mexanizm yoxdur. Sadəcə, münaqişə zəiflədikcə sülhməramlıların sayı da azaldılır və ərazidən çıxarılır. Bu prosesi BMT-nin nəzarəti ilə NATO qoşunlarının timsalında izləmişik. Yəni onlar girdikləri ölkədə münaqişə zəiflədikcə çıxıblar. Lakin Rusiya sülhməramlıları timaslında bunu görməmişik. Xüsusən Abxaziyada və Dnestryanı bölgələrdə Rusiya sülhməramlıları nəyinki çıxmayıb, əksinə daha da möhkəmləniblər”.
|
||
|
|
Axtarış
Qaynar-xett TV
Xəbər lenti
Bu gün, 10:30

İtaliya hökuməti “Pfizer”i məhkəməyə verəcək
Bu gün, 10:00

"Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
Bu gün, 08:00

Üçüncü ölkələrdən Azərbaycan və Türkiyəyə səfər zamanı pasportdan istifadə məcburi olacaq
Dünən, 17:00

Hulusi Akar Məsud Bərzani ilə görüşüb
Dünən, 16:00

Milli Məclisin İnsan Hüquqları komitəsinin 2021-ci ilin yaz sessiyasında ilk iclası keçirildi
Dünən, 15:30

Messinin cəzası açıqlandı
Dünən, 13:30

Polietilen torbalar alıcılara pulla təqdim olunacaq
Dünən, 12:30

Azay Quliyev seçicilərlə videogörüş keçirib - FOTO
Dünən, 11:30

BDU-da “20 yanvar - Xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi” mövzusunda dəyirmi masa keçirilib
Dünən, 10:00

"Kasıba ərə getmərəm" deyən Pərvinə əsgərdən cavab: "Sənin nəslini kasıb oğlanlar qoruyur"
Dünən, 10:00

Xalqımızın azadlıq və bölünməzlik uğrunda “20 YANVAR” tarixindən başlayan mübarizəsi...
Dünən, 09:00

20 Yanvar faciəsindən 31 il ötür
19-01-2021, 18:00

DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
19-01-2021, 17:30

Daha iki şəhid ailəsinə təqaüd kartları təqdim edilib
19-01-2021, 17:00

Cəlilabadda avtomobildən 32 kq-dan çox narkotik aşkarlanıb
19-01-2021, 16:30

Yaponiyada güclü qar 60 nəfərin ölümünə səbəb oldu
19-01-2021, 16:00

Cəbrayıl və Xocavənddə daha 8 erməni hərbçinin cəsədi TAPILDI
19-01-2021, 15:30

Milli Məclis lombardlarla bağlı qanun layihəsini müzakirə edəcək
19-01-2021, 15:00

Abdin Fərzəliyev yeni şöbə müdiri təyin etdi
19-01-2021, 14:30

20 Yanvara həsr olunmuş xüsusi dərslər keçiriləcək
19-01-2021, 14:00

“Rusiya Azərbaycan əleyhinə hər hansı bir addım atmayacaq”
19-01-2021, 13:30

Vilayət Eyvazovdan yeni təyinat
19-01-2021, 13:00

Millət vəkilinin məqaləsi “Global Media”-da yayımlanıb
19-01-2021, 12:30

Milli Məclisin iclası Şuşada keçirilə bilər...
19-01-2021, 12:00

Goranboyda yol polislərinə müqavimət göstərən şəxs həbs edilib
19-01-2021, 11:30

Da Vinçinin oğurlanmış əsəri tapıldı
Reklam

Ən çox oxunanlar