ÜST 100 gün ərzində bütün dünyada koronavirusa qarşı vaksinasiyanın başlamasını vacib sayıb
Tarix: 12-01-2021, 16:34 / Oxunub: 316
Tibbi heyət və xüsusi riskli insanların koronavirusa qarşı peyvəndlənməsi qarşıda 100 gün ərzində dünyanın bütün ölkələrində start götürməlidir.
AZƏRTAC xəbər verir ki, bu tələblə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus çıxış edib. Bir sıra ölkələri "peyvənd millətçiliyi"nə görə tənqid edən baş direktor bir sıra zəngin ölkələrin indiyədək istehsal olunan peyvənd dozalarının demək olar ki, hamısını aldıqlarını, orta və yoxsul ölkələrdə isə buna görə vaksinasiya kampaniyalarının başlamadığını bildirib. Həmçinin qeyd edilib ki, bir sıra ölkələrdə "BioNTech" şirkətinin peyvəndi kimi həssas peyvənd maddələrinin saxlaması üçün müvafiq soyuducu sistemlərin olmaması əlavə loqistik çətinliklər yaradır.
T.Qebreyesus həmçinin bildirib ki, hazırda ÜST ekspertləri Çində peyvənd istehsalçıları olan "Sinovac" və "Sinopharm” şirkətlərinə onların peyvənd maddələrinin lisenziyalaşdırılması üçün beynəlxalq standartlara cavab vermələri istiqamətində dəstəkləyirlər. Eyni zamanda ÜST "AstraZeneca" şirkətinin peyvəndinin təhlükəsizlik və effektivliyi ilə bağlı məlumatların təqdim olunmasını gözləyir. Bütün bu işlər tamamlandıqdan və ÜST-ün standartları ödənildikdən sonra dünya bazarlarında koronavirusa qarşı tətbiq olunacaq peyvəndlərin sayı artacaq.
|
||
|
Axtarış
Qaynar-xett TV
Xəbər lenti
Bu gün, 15:30

Azərbaycan əsgəri minaya düşərək şəhid olub - FOTO
Bu gün, 15:00

Səməd Seyidov: "AŞPA sessiyasına ilk dəfə ərazi bütövlüyünü bərpa etmiş ölkə kimi gedirik"
Bu gün, 14:00

AVCİYA Quba qalası ilə bağlı nazirə müraciət ünvanladı
Bu gün, 13:30

Kirayədə yaşayan prokurorluq işçilərinə ailə üzvlərinə görə də pul kompensasiyası ödəniləcək
Bu gün, 12:30

“Neftçi” və “Qarabağ” səfərdə qələbə qazanıb
Bu gün, 11:00

O doğulmamış atası Sibirə sürgün edildi, ömrünü mənfi rollara həsr etdi - Kinomuzun “Göygöz kosa”sı...
Bu gün, 10:30

"Qızlar maşını, evi olan oğlana ərə getmək istəyir"
Bu gün, 10:00

Əli Əsədov Türkiyəyə dəvət olundu
Bu gün, 09:30

Ersin Tatardan 20 Yanvar mesajı: "İstiqlal uğruna canlarını verənlər bugünkü zəfərin təməlini atdılar"
Dünən, 17:00

Üç Avropa ölkəsi 20 Yanvarı birlikdə andı - FOTOLAR
Dünən, 16:00

Qırğızıstan hökuməti istefaya getdi
Dünən, 13:30

“Kobud danışan rus əsgərinin cavabını verdim, avtomatı üstümə çəkdi, adamlar araya girməsə...”
Dünən, 11:30

“İndiyə kimi qeyri-rus millətindən olan bu qədər insan Rusiyaya qarşı belə çıxış etməyib”
Dünən, 10:30

İtaliya hökuməti “Pfizer”i məhkəməyə verəcək
Dünən, 08:00

Üçüncü ölkələrdən Azərbaycan və Türkiyəyə səfər zamanı pasportdan istifadə məcburi olacaq
20-01-2021, 18:00

Ötən il “Google”da ən çox axtarılan sözlər məlum olub
Reklam

Ən çox oxunanlar