
Bu gün Azərbaycanın və Dağıstanın Xalq artisti, bəstəkar Elza İbrahimovanın doğum günüdür.
E.İbrahimova 1938-ci ildə Hacıqabul şəhərində anadan olub. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirib. Hələ uşaq yaşlarından musiqiyə olan böyük məhəbbəti valideynləri tərəfindən dəyərləndirilir və o, musiqi məktəbinə yazılır.
Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyir. Məmməd Rahimin sözlərinə bəstələnmiş "Yalan ha deyil” mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olur. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi "Qurban verərdim” əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilir.
Amma sonradan "Qurban verərdim”lə bərabər "Sən mənə lazımsan” (söz. Əliağa Kürçaylı), "Bağçadan keçmisən” (söz. Ə.Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları siyahısına qoşulur.
Yaradıcılığı təkcə estrada janrı ilə kifayətlənməyən bəstəkar diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, "Afət”, "Şeyx Şamil” və "Yanan laylalar” operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibəti ilə neftçilərə həsr olunmuş himnin də müəllifidir.
Yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib. Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən "Ey vətən” əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biri olub. Azərbaycan şairlərinin yüzlərlə şeirlərinə və rus dillərində onlarla poetik nümunəyə musiqi yazıb.
1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi adına layiq görülüb.
2008-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına sahib olub.
Uzun sürən xəstəlikdən sonra 11 fevral 2012-ci ildə 74 yaşında vəfat edib.
Bəstəkar İkinci Fəxri xiyabanda dəfn olunub.
Bakıda "I Turan Kitab Festivalı” keçiriləcək.
"Report”un məlumatına görə, festival 11-15 yanvar 2023-cü il tarixlərində "Çapar yayınları”nın təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, DOST Agentliyinin, Yunus Əmrə İnstitutunun Bakı mərkəzinin təşkilati dəstəyi ilə baş tutacaq.
Festivalda ölkənin 40-a yaxın nəşriyyatı, 20-yə yaxın kitab mağazası iştirak edəcək.
"I Turan Kitab Festivalı”nda kitab təqdimatları, imza saatları, qiraət saatları, mühazirələr olacaq, müəlliflərlə görüşlər keçiriləcək.
Qeyd edək ki, "Pasaj-1901” sərgi salonunda olacaq festivala giriş sərbəstdir.

"Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Şuşa ili”nə həsr olunan "270-ci səhifə” adlı sənədli filmi ərsəyə gətirib.
"Report” xəbər verir ki, əsas məqsədi işğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərəri göstərmək olan sənədli filmdə Şuşada işğal vaxtı ermənilər tərəfindən dağıdılmış mədəniyyət abidələri, məktəblər və tədris mərkəzləri, eləcə də bu şəhərdə mövcud olmuş mədəni mühit və milli irsimiz barəsində ətraflı söz açılır.
Filmin adı Qarabağımızın mirvarisi Şuşa şəhəri bu il 270 yaşını qeyd etdiyinə görə rəmzi olaraq "270-ci səhifə" adlanır. Azərbaycanın müxtəlif tarixi dövrlərini yaşamış Şuşa şəhəri həm də bir tarix kitabıdır. Yaradıcı heyət film boyu sanki bu kitabı vərəqləyir.
Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad edir. Filmdə azad olunandan sonra gözəl Şuşanın artıq dirçəldilməsindən də bəhs olunur.
Ekran əsərinin ərsəyə gəlməsində Müsəllim Həsənov (araşdırmaçı), Zəka Quluyev (rejissor), Kəmalə Cahidqızı (prodüser), Emin Hüseynov (quruluşçu operator), Soltan İbrahimov (operator), Arzum Nuruşzadə (montaj) və Ayaz Mirzəyevdən (ssenari müəllifi) ibarət yaradıcı komanda birgə fəaliyyət göstərib.
Məlumat üçün bildirək ki, "Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin "Erməni işğalı nəticəsində Şuşanın maddi-mədəni irsinin talanması və təhsil ocaqlarının dağıdılması” adlı layihəsi bu il Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin qalibi olub. "270-ci səhifə" adlı film bu layihə çərçivəsində hazırlanıb. Filmin tezliklə həm yerli ictimaiyyətə, həm də xarici dillərdə beynəlxalq auditoriyaya təqdimatı nəzərdə tutulur.
Filmin anonsunu bu linkdən izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=Izk_kR_TbTY
"Zorro maskası” və "Zorro əfsanəsi” filmlərinin ulduzu Antonio Banderas öz varisini açıqlayıb.
Onun fikrincə, meksikalı qəhrəman rolunun növbəti ən yaxşı ifaçısı "Marvel” kainatının üzvü Tom Holland ola bilər.
"Mən onunla "Uncharted: Off the Cards” filmində işləmişəm. O, çox enerjili və əyləncəlidir, onda bu qığılcım var. Elə isə niyə olmasın ki?”, - deyə Banderas bildirib.
Eyni zamanda, o, məşhur franşizaya özünün də qayıtmasını istisna etməyib.
Ramana qəsri Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində yerləşən tarix-memarlıq abidəsidir.
Qəsr Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınıb. 2001-ci ildə Nardaran qəsri digər Xəzəryanı müdafiə qurğuları ilə birlikdə UNESCO-nun Ehtiyyat siyahısına daxil edilib.
Bütün kənd 100 faiz tam işıqlıdır. Burada 300 iş yeri mövcuddur. Məşhur "Koroğlu”, "Nəsimi” və "Babək” filmlərinin müəyyən səhnələri Ramana qalasında çəkilib.
"Global Photo Stock”un əməkdaşı qəsrdən fotolar lentə alıb.
Tanınmış rəssam Rakif İsmayılov vəfat edib.
Məlumatına görə, o, 65 yaşında dünyasını dəyişib.
Məlumata görə, mərhum şəkər xəstəliyindən əziyyət çəkirdi. Bir müddət öncə onun ayağı amputasiya olunmuşdu.
Qeyd edək ki, R.İsmayılov Masallının Ağakişibəyli kəndində anadan olub. O, Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirib. Daha sonra Moskvada təhsilini davam etdirib, Xalq rəssamı Tahir Salahovdan 4 il təhsil alıb. Ölkədə portretçi rəssam kimi tanınıb. İsmayılov son illərini Bakının Nizami küçəsində turistlərin portretini çəkməklə keçirib.


































