“Kişi kişi ilə döyüşər, kişidən qisas alar, ağacdan, çaydan, bağdan qisas almaq nə deməkdir?”

Tarix: 10-03-2021, 16:00 / Oxunub: 327

Nurəddin Mehdixanlı: "Bu, artıq anti-insani, anti-bəşəri bir davranışdır”

 

Ermənilərin 30 ilə yaxın müddət ərzində işğalda saxladıqları ərazilərimizdə sadəcə sosial obyektləri, infrastrukturu, dini-tarixi abidələri, yaşayış evlərini deyil, həm də ekosistemi sıradan çıxardığı, təbiətə ciddi ziyan vurduqları məlumdur. Artıq xarici ölkə KİV-lərində də bununla bağlı çoxsaylı materiallar işıq üzü görməkdədir.

 

Xalq artisti Nurəddin Mehdixanlı, ermənilərin təbiətdən qisas almaq cəhdinin, onların mənfur xislətindən irəli gəldiyini qeyd etdi:

 

"Biz hər zaman görmüşük ki, kişi kişi ilə döyüşər, kişi kişidən qisas alar. Ya qarşındakı səni məhv edər, ya sən qarşındakını. Amma ağacdan, çaydan, bağdan qisas almaq nə deməkdir? Daşdan-divardan, abidədən qisas almaq nədir? Bu, artıq anti-insani, anti-bəşəri bir davranışdır.

 

Dünyada bu günə kimi çox "izm”lər olub. Kommunizm, sosializm, faşizm və s. Lakin artıq dünyda daha bir "izm” mövcuddur. Bu, "ermənizmdir”. Bu, hər kəsə qarşı qəzəbli olmaq, özündən başqa digərlərinin yaşamaq haqqını tanımamaq deməkdir. Dünya "ermənizmin” özü ilə gətirdiyi bəlaları görməli və ona qarşı mübarizədə yaxından iştirak etməlidir”.



Axtarış
Xəbər lenti
Reklam