Putinin fəxri fərmanı Polad Bülbüloğluna təqdim edildi - FOTOLAR

Tarix: 12-02-2020, 16:30 / Oxunub: 36

 


 

Xəbər verdiyimiz kimi, bu gün Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla MDB-yə üzv ölkələrin səfirləri arasında görüş keçirilib.
Azərbaycanın Rusiyadakı səfirliyindən “Report”un Rusiya bürosuna verilən məlumata görə, görüş zamanı Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə onun adından “Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi böyük töhfəyə görə” Fəxri Fərmanını Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğluna təqdim edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Bundan əlavə, tədbir çərçivəsində Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy MDB iştirakçı dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyəti adından Polad Bülbüloğlunu “Humanitar əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə görə” medalı ilə təltif edib.
Tədbirdə iştirak edən diplomatik missiyaların rəhbərləri də azərbaycanlı həmkarını səmimi təbrik ediblər.


Axtarış
Xəbər lenti
Reklam