Moşu Söylünün söyüşündən danışdı

Tarix: 21-04-2020, 17:47 / Oxunub: 325

Moşu Söylünün söyüşündən danışdı

 

Xalq artisti Valeh Kərimov həmkarı, Xalq artisti Afaq Bəşirqızı ilə bağlı yaranmış qalmaqala fikir bildirib.

"Yeni Sabah” xəbər verir ki, sənətkar "Ölkə.Az"-a açıqlamasında dünənki hadisədən xəbərsiz olduğunu deyib:

''Mən dünən Afaq xanımla gedən xəbərlərdən xəbərsizəm. Çünki həmin xəbərəri nə oxumuşam, nə də izləmişəm. Köhnə həmkarı olduğuma görə də yalnız yaxşı tərəflərini deyə bilərəm. Afaq xanım istedadlı bir aktrisadır. Xalqın, hər kəsin sevdiyi Xalq artistidir. Çox yaxşı iş yoldaşıdır. Biz Afaq xanımla 15 il birlikdə işləmişik. Hər zamanda bir-birimizə hörmət etmişik''.

Qeyd edək ki, ötən gün Xalq artisti Afaq Bəşirqızı ARB TV-də yayımlanan "Elgizlə izlə" proqramında işlətdiyi qeyri-etik ifadələrlə gündəmə gəlib.



Axtarış
Xəbər lenti
Reklam