Gözlənilməz uğur qazanan rejissorumuz: “Filmimə inanıram”

Tarix: 29-07-2020, 15:12 / Oxunub: 39
 
 


 

"Kim desə, bu boyda hadisədən sevinmədim, demək yalan danışır”

Bu sözləri Kulis.az a "Səpələnmiş ölümlər arasında” filmi Venesiya Kinofestivalının əsas proqramına daxil olan, rejissor Hilal Baydarov söyləyib. O, daha sonra əlavə edib:

"Bu il pandemiyaya görə, Venesiya festivalında ən ağır il sayılırdı. Belə bir vəziyyətdə bu uğuru gözləmirdim. Bu mənada, bu nəticə mənim üçün gözlənilməz oldu.” Rejissor filmin növbəti mərhələlərdə uğur qazanacağına inandığını bildirib:

"Təvazökarlıqdan uzaq olmasın, mən filmimə inanıram. İnşallah daha böyük uğurlarım olar. Ümumilikdə, yeni nəsil rejissorlarımıza inanıram. Gənclər yaxşı filmlər çəkir, gələcək üçün böyük uğurlarımız olacaq.”

Xatırladaq ki, filmin təqdimatı 2-12 sentyabrda Vensiyada keçiriləcək.

Bu ilin noyabrında isə Azərbaycanda təqdimat keçiriləcəyi gözlənilir:

"Hələ kinoteatrlarla danışmamışıq. Pandemiya aradan qalxandan sonra danışmaq və mümkün olsa təqdimat eləmək fikrimiz var.”

"Səpələnmiş ölümlər arasında” filmi Venesiya Kinofestivalının əsas proqramına daxil olunan ilk Azərbaycan filmidir.


Axtarış
Xəbər lenti
Reklam