“Fikirləşirəm ki, Azərbaycan Ordusu 44 gün ərzində necə bir möcüzə elədi...”

Tarix: 19-11-2020, 15:42 / Oxunub: 313
 
 


 


"Təəssüflər olsun ki, mən nə Şuşaya, nə Laçına və nə də digər rayonlarımıza getmişəm. Şuşa və Laçında oxumaq üçün ölürəm”

Xalq artisti Cavan Zeynallı torpaqlarımızın işğaldan azad edilməsi xəbərinə hamı kimi çox sevindiyini  bildirib. 

Müğənni  açıqlamasında əvvəl qismət olmasa da, bu dəfə hökmən Şuşanaya, Laçına və digər rayonlarımıza səfər edəcəyini bildirib:

"Mən qələbə xəbərimizə çox sevindim. Düşünürəm ki, ən səadətli adam oldum. Şuşanın işğaldan azad edilməsi xəbərini eşidəndə doyunca ağladım, erəyimə bir rahatlıq gəldi. Fikirləşirəm ki, Azərbaycan Ordusu 44 gün ərzində necə bir möcüzə elədi. Mən deyirdim ki, hələ müharibə uzun müddət davam edəcək. Heç vaxt belə sevinməmişdim. Hər dəfə ölkə başçımızın çıxışlarına baxanda gözlərim yaşarırdı. İndi bütün dünya gördü ki, bizim necə bir mənfur qonşumuz var. Pandemiyaya görə uzun müddət idi kimisə qucaqlayıb öpmürdüm. Amma qələbə xəbərinə görə sevdiyim insanlarla görüşüb-öpüşdüm. Qələbə xəbərindən sonra həyat yoldaşım Röya xanımla elə qucaqlaşdıq ki, indiyə kimi bir-birimizi buraxmamışıq. (Gülür) 

Mən uzun müddət "Qaya” ansamblında işləyirdim və əsasən biz xaricə konsertlərə gedirdik. Təəssüflər olsun ki, mən nə Şuşaya, nə Laçına və nə də digər rayonlarımıza getmişəm. Amma bu dəfə inşallah mütləq o rayonlarımızı ziyarət edəcəm. Şuşa və Laçında oxumaq üçün ölürəm. Xoşbəxtdəm ona görə ki, məni sevən çoxdur”.



Axtarış
Xəbər lenti
Reklam