"44 günlük müharibə mənim üçün 44 ilə bərabər olub"
Tarix: 13-01-2021, 10:30 / Oxunub: 39
Xəbər verdiyimiz kimi Vətən müharibəsində döyüşən əsgərlərimizdən biri də nəğməkar şair Nüsrət Kəsəmənlinin nəvəsi Cavidan Kəsəmənlidir. N.Kəsəmənlinin həyat yoldaşı Rəhilə xanım Moderator.az-a açıqlamasında 44 günlük müharibə dövrünün ona 44 ilə bərabər olduğunu deyib və Cavidan haqqında danışıb:

"Cavidan universiteti və daha sonra magistraturanı bitirib iyul ayında əsgəri xidmətinə yollandı. Əvvəlcə Ağcabədiyə getdi, bir müddət orda xidmət etdikdən sonra Beyləqana getdi. Sentyabr ayında Vətən müharibəsi başlayanda Cavidan zəng vurub dedi ki, "narahat olmayın, biz Füzuliyə getdik”. Füzulidən sonra Cəbrayıl, Qubadlı və Zəngilan istiqamətində döyüşlərdə oldu. Allahıma and olsun Cavidanı bir yaşından mən böyütmüşəm. Sənəddə oğlum kimi yazılıb. Amma bir şeyi də deyim ki, 44 günlük müharibə mənim üçün 44 ilə bərabər olub. Təkcə Cavidana görə yox, bütün əsgərlərimizə görə narahat idim. Pəncərədən baxanda deyirdim ki, Allah, yağış yağmasın, külək olmasın, çünki uşaqlara soyuq olar. Şükür Allaha, onlar döyüşə-döyüşə getdilər, torpaqlarımızı işğaldan azad etdilər. Müharibənin çətinliklərini də gördük. Bir dəfə Cavidanın yanında olduq və gördüklərim məni çox qürurlandırdı. Əsgərlərimizdə elə ruh yüksəkliyi gördüm ki, özüm də qürurlandım. Təbii ki, hər şey rəhbərlikdən asılıdır. Cənab prezident İlham Əliyev sağ olsun ki, əsgərlərimizə çox böyüklük edib və Allah onu bu böyüklükdən əskik etməsin. Mən hətta iyul ayında Cavidanı yola salanda uşaqlarımız çalıb-oynayırdılar. Bir-biriləri ilə yeməklərini paylaşırdılar. Onda dedim ki, əsgərlərimizdə bu ruh yüksəkliyi varsa, onlar torpaqlarımızı işğaldan azad edəcəklər. Cavidana müharibədə olanda dedim ki, bir narahatçılığın yoxdur ki? Dedi ki, elnən gələn narahatçılıqdı, inşallah yaxşı olacaq. Dedi ki, mən əsgərlərimizdən geri qala bilməzdim”.

Rəhilə xanım ata-anasının və qardaşının da müharibə iştirakçısı olduğunu bildirib:
"Atam və anam İkinci Dünya Müharibəsi iştirakçısı olub. Böyük qardaşım Birinci Qarabağ savaşında Füzulidə ağır yaralanıb və birinci qrup əlildir. Qarabağ problemi bizim evdə daim danışılıb. Bütün bunlar Cavidana ordan gəlib. Nüsrət müəllim əsərlərində də Qarabağ probleminə yer ayırıb, poemalar yazıb. Allah əsgərlərimizi qorusun. Biz müharibədə şəhidlər verdik, Allah onlara rəhmət eləsin. Ailələrinə səbr arzulayıram”.
|
||
|
Axtarış
Qaynar-xett TV
Xəbər lenti
Bu gün, 15:30

Azərbaycan əsgəri minaya düşərək şəhid olub - FOTO
Bu gün, 15:00

Səməd Seyidov: "AŞPA sessiyasına ilk dəfə ərazi bütövlüyünü bərpa etmiş ölkə kimi gedirik"
Bu gün, 14:00

AVCİYA Quba qalası ilə bağlı nazirə müraciət ünvanladı
Bu gün, 13:30

Kirayədə yaşayan prokurorluq işçilərinə ailə üzvlərinə görə də pul kompensasiyası ödəniləcək
Bu gün, 12:30

“Neftçi” və “Qarabağ” səfərdə qələbə qazanıb
Bu gün, 11:00

O doğulmamış atası Sibirə sürgün edildi, ömrünü mənfi rollara həsr etdi - Kinomuzun “Göygöz kosa”sı...
Bu gün, 10:30

"Qızlar maşını, evi olan oğlana ərə getmək istəyir"
Bu gün, 10:00

Əli Əsədov Türkiyəyə dəvət olundu
Bu gün, 09:30

Ersin Tatardan 20 Yanvar mesajı: "İstiqlal uğruna canlarını verənlər bugünkü zəfərin təməlini atdılar"
Dünən, 17:00

Üç Avropa ölkəsi 20 Yanvarı birlikdə andı - FOTOLAR
Dünən, 16:00

Qırğızıstan hökuməti istefaya getdi
Dünən, 13:30

“Kobud danışan rus əsgərinin cavabını verdim, avtomatı üstümə çəkdi, adamlar araya girməsə...”
Dünən, 11:30

“İndiyə kimi qeyri-rus millətindən olan bu qədər insan Rusiyaya qarşı belə çıxış etməyib”
Dünən, 10:30

İtaliya hökuməti “Pfizer”i məhkəməyə verəcək
Dünən, 08:00

Üçüncü ölkələrdən Azərbaycan və Türkiyəyə səfər zamanı pasportdan istifadə məcburi olacaq
20-01-2021, 18:00

Ötən il “Google”da ən çox axtarılan sözlər məlum olub
Reklam

Ən çox oxunanlar