“Azadlıq Radiosu”nun Azərbaycan redaksiyasının sabiq direktoru Mirzə Xəzər yanvarın 31-də Münhendə dünyasını dəyişib.

Bu barədə sosial şəbəkədə xəbər verilib.

Qeyd edək ki, Mirzə Xəzər 1987-ci ildən Almaniyanın Münhen şəhərində yaşayırdı.

Mirzə Xəzər 1987-2003-cü illərdə “Azadlıq Radiosu”nun Azərbaycan redaksiyasının direktoru vəzifəsində işləyib.

Allah rəhmət eləsin!