“Ulduz müharibələri” filmindəki rolları ilə məşhur olan britaniyalı aktyor Alan Harris 82 yaşında vəfat edib. 
Bu barədə “Metro” xəbər yayıb.
Onun ağciyər xərçəngindən öldüyü bildirilir.
Qeyd edək ki, Harris gənclik illərində model olub, lakin sonra həyatını tamamilə kinoya həsr edib.
O, “Ulduz müharibələri”nin üç orijinal epizodunda, o cümlədən, “Epizod V: İmperiya cavab zərbəsi vurur”da çəkilib.

 

 

 


 
Türkiyənin məşhur aktrisası Hülya Avşarın ada almaq xəyalı suya düşüb.Yay aylarını Balıkesirdəki lüks villasında keçirən sənətçi 2007-ci ildən etibarən Çiçək Adasını satın almağa çalışır.
Bağ evinin yaxınlığında yerləşən ərazi eyni zamanda ərəb iş adamlarının diqqət mərkəzindədir. Böyük tələbatın olduğunu görən ada sahibləri mülkün qiymətini artırıb. Əvvəl 105 milyon lirəyə (29 milyon 862 min AZN) satılan adanın dəyəri 30 milyon bahalaşıb.  
Dünya ulduzları kimi ada sahibi olmaq istəyən Avşarın bu istəyi qiymət artımından sonra reallaşmayıb.
Qeyd edək ki, Çiçək Adası 400 kvadrat metr ərazini əhatə edir. 1929-cu ildə Yunanıstana köçən Hatırlı ailəsi həmin ərazidə yaşayır. Ada zeytun ağacları ilə zəngindir.(

 


 

Bu gün Xalq artisti Mübariz Tağıyevin doğum günüdür. O, 1948-ci ilin bu günü anadan olub. 
M.Tağıyev doğum günüylə bağlı danışaraq öz xoş təəssüratlarını bölüşüb:
“Bu günümü belə qərara gəldim ki, elə ailəmin əhatəsində, övladlarımla, nəvələrimlə bir yerdə keçirim. Ömür gedir, mühasirələr içərisindəyik, müharibə gözləyirik, atalarımızdan eşitdiyimiz müharibələr bizim də başımıza gəldi. Amma bununla yanaşı, bu gün çiçəklənən Azərbaycan da görürük, övladlarımız böyüyür. Ən böyük arzum təbbi ki, işğal altındakı torpaqlarımızın azad edilməsi və xalqımızın öz ata-baba yurdlarında yaşadığını görməkdir. Diqqətiniz üçün sizlərə də təşəkkür edirəm”. 
Qeyd edək ki, M.Tağıyev peşəkar idmançı olaraq üzgüçülüklə də məşğul olub. Ermənistan Dövlət Orkestrində solist kimi fəalliyyət göstərib. Sonralar Bakıda Rəşid Behbudovun rəhbərliy ilə Mahnı Teatrında solist kimi çalışıb. 1985-ci ildən Azərbaycan Dövlət Teleradio Komitəsində Rafiq Babayevin rəhbərliyi ilə Estrada-simfonik orkestrinin solisti vəzifəsində işləyib. O, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına, 16 may 2016-cı ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, 14 sentyabrda 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 
Atası Hüseyn Tağıyev kamança ifaçısı, anası Rübabə xanım Babayeva isə jurnalist olub. 

 


 

Jurnalist cəmiyyətin əsas dil daşıyıcılarından biridir. Bu səbəbdən təkcə dili bilmək bu peşə sahibləri üçün kifayət deyil. Həm yazılı, həm də şifahi nitqin qorunmasında əsas rol oynayan jurnalistlər ədəbi dilin normalarına ciddi əməl etməli, cəmiyyətə nümunə olmalıdır. Bu səbəbdəndir ki, hər il istər çap, istərsə də elektron mediada monitorinqlər aparılır. Bəs, bu monitorinqlər müsbətə doğru dəyişkliklərə səbəb olurmu? Mediada hansı dil qaydaları pozulmağa davam edir?

 

Mövzu ilə bağlı Modern.az-a danışan filologiya elmləri doktoru, media eksperti Qulu Məhərrəmli tənqidlərin az da olsa, nəticə verdiyini deyir:

“Ümumiyyətlə, keçirilən monitorinqlər, edilən tənqidlərin müəyyən dərəcədə təsiri var. Deməzdim ki, köklü dəyişiklik var. Hər halda redaktorlar, televiziya aparıcıları, müxbirlər çalışırlar ki, dil qaydalarına əməl etsinlər. Amma bunu çoxtərkibli hesab etmək olmaz. Çünki monitorinq mövcud situasiyanı üzə çıxarır və yaranan situasiyanı bəlkə bir az formalaşdırır. Peşəkarlıq artmasa, jurnalistlər dil qaydalarını yaxşı bilməsə, belə hallar davamlı olacaq. Yəni, nöqsanları, dil qüsurlarını aradan qaldırmağın ən gözəl yolu peşəkarlıqdır. Çünki yaxşı jurnalist,  yaxşı yazan adam həm də əsas ifadə vasitəsi olan dili yaxşı bilməlidir. Dili bilməyəndə bu cür yalnışlıqlara yol verilir. Sözlər yerində işlənmir, ümumi qaydalar pozulur. Əlbəttə ki, monitorinqlər olmalıdır. Milli Televiziya və Radio Şurası da bunu edir, Dilçilik İnstitutu da buna kömək etməyə çalışır, başqa qurumlar da, məsələn qeyri-hökumət təşkilatları da yaxşı işləyirlər”.

 

Qulu Məhərrəmli mediada yol verilən əsas dil nöqsanlarından da danışıb:

“Mənə elə gəlir ki, indi ən ciddi dil qayda pozuntusu sözlərin yersiz işlədilməsi, söz sırasının, bir də məntiqi mənanın pozulmasıdır. Yəni, adamlar sözü işlədir, amma mənasının fərqinə varmır. Leksik layı yaxşı bilmirlər, bəzən uzlaşma qaydasına əməl olunmur. Məncə, həmin qüsurlar televiziya və radioda saytlara nisbətən azalır. Radio və televiziyalarda isə əsasən cümlələr uzun olur, uzlaşma pozulur, orfoepiya qaydalarına əməl olunmur, bir də məntiqi vurğular hiss olunmur. Mətnin çatdırılmasında məntiqi vurğu əsas rol oynayır. Bəzən mətni oxuyan aparıcı dəqiq bilmir ki, nəyi vurğulamaq lazımdır. Bu da ondan irəli gəlir ki, əvvəlcədən mətnin üzərində işləmirlər”.

 

O, son zamanlar xarici adların dilimizdə müxtəlif formalarda işlənməsinə də münasibət bildirib:

“Alınma sözlərin və xüsusi adların deyilişi və yazılışı həm yazılı, həm də elektron mediamızın problemlərindən biridir. Bununla bağlı vahid norma olmadığına görə hərə istədiyi şəkildə deyir. Əvvəllər televiziya və radiolarda mütəxəssislər olurdu. Onlar belə sözlərin həm deyilişini, həm yazılışını, həm də vurğusunu müəyyənləşdirirdilər. Bu sözlərlə bağlı konkret prinsiplər var, həmin prinsiplər gözlənilməlidir. Biz fransızcadan alınan sözdə vurğunu axırda deməyə çalışmalıyıq. Yaxud da alman dilində vurğu birinci hecaya düşür, bunu da nəzərə almaq lazımdır. Bunlar xüsusi hallardır və bunu efir adamları yadlarında saxlamalı və əməl etməlidirlər”.

 


“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin mərkəzində ərəb dilində Azərbaycan dilinin qrammatikası kitabının təqdimatı olub.
Tədbirdə çıxış edən diaspora sədri tədqiqatçı-alim Seymur Nəsirov Azərbaycan dili ilə ərəb dili arasındakı əlaqələrdən və Azərbaycan dilində minlələrlə ərəb dillindən alınma sözlərin olduğunu qeyd etmişdir. 
S.Nəsirov Misir ilə Azərbaycan arasında tarixi, mədəni, siyasi əlaqələrdən, Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıq ənənələrindən söhbət açıb. Xalqlarımız arasında əlaqələrin inkişafında Azərbaycan dilinin tədrisi əvəzsiz rol oynadığını da qeyd edən diaspora sədri kitabın əhəmiyyətindən də söhbət açmışdır.
Sonra kitabın müəllifi misirli İsra Adil Mahmud təlif etdiyi "Azərbaycan dilinin qrammatikası" kitabı haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. İsra xanım kitabın əsas iki hissədən ibarət olduğunu bidirib. Kitabın birinci hissəsində, Azərbaycan dilinin qrammatikasını ərəb dilinidə sadə şəkildə izah etdiyini vurğulayan müəllif, ikinci hissəsinin əsasən dialoq olmaqla yanaşı, Azərbaycanın böyük şəhərləri, dahi, görkəmli və tanımmış şəxsləri haqqında da yazdığını diqqətə çatdırıb. İ.Adil bu kitabın Misirdə, ərəb dilində, Azərbaycan dilinin qrammatıkasını izah edən ilk kitab olduğunu da qeyd etmişdir. 
İsra xanım çıxışının sonunda ona Azərbaycan dilini öyrədən Seymur Nəsirov başda olmaqla müəllimlərinə və Azərbaycan diaspora mərkəzinin idarə heyətinə öz dərin minnətdarlığını bildirərək, gələcəkdə bu sahədə çalışmalarını davam etdirəcəyini qeyd etmişdir.
Qeyd edək ki, İsra Adil Qahirə Universitetinin ədəbiyyat fakültəsində ilk Azərbaycan dilini dərsini alandan sonra iki ildir ki, Qahirədə diaspora mərkəzində Azərbaycan dilini öyrənir. Hal-hazırda Misirin müxtəlif universitetlərində təhsil alan dünyanın 27 ölkəsindən olan 300 dən çox tələbə, Azərbaycan dili başda olmaqla müxtəlif fənnlər üzrə Qahirədəki Diaspora Mərkəzində ödənişsiz təhsil alırlar. 
Tədbirin sonunda İsra Adil, Azərbaycan dilinin yayılmasında göstərdiyi səylərə görə diaspora tərəfindən mükafatlandırılmışdır.  
Elnur Eltürk

 


Ana olmaq hissini bütün qadınlar yaşamaq istəyir. Kimisinə tez, kimisinə isə gec nəsib olur. Xüsusilə, özünü karyerasına həsr edən qadınlar gec ana olmağa üstünlük verirlər.
Modern.az  gec ana olan azərbaycanlı məşhurları təqdim edir.
Zülfiyyə Xanbabayeva  (1967)
Xalq artisti 40 yaşında ana olub. Belə ki, müğənninin 40 yaşından sonra Dəniz adlı qız övladı dünyaya gəlib.
Sevil Nuriyeva (1973)
Tanınmış teleaparıcı Sevil Nuriyeva 2014-cü il mayın 28-də 41 yaşında oğul övladı dünyaya gətirib. Sevil Nuriyevanın həyat yoldaşı Etimad İsmayılov 2018-ci ilin sentyabrında Türkiyədə öldürülüb.
Aytən Səfərova (1972)
Teleaparıcı 2018-ci il dekabrın 1-də 43 yaşında üçüncü dəfə ana olub. Onun Nizami adlı oğlu dünyaya gəlib.
 Nazənin Salayeva (1964 )
Müğənni Nazəninin ana olmaq xəbəri mətbuatda böyük rezonansa səbəb olmuşdu. Belə ki, 50 yaşında ana olan müğənni süni mayalanma yolu ilə uşaq sahibi olub.
 Flora Kərimova (1941 )
Xalq artisti Flora Kərimova üç dəfə ailə həyatı qurub. Üçüncü evlilikdən Zümrüd adlı qız övladı dünyaya gəlib. Xatırladaq ki, müğənni 39 yaşında ana olub.
 Elmira Ələkbərzadə (1973)
Müğənni Emma Ələkbərzadə gec ailə quraraq, 41 yaşında ana olub.
 Xoşqədəm Hidayətqızı (1974)
Teleaparıcı Xoşqədəm Hidayətqızı 40 yaşında, ikinci dəfə 2014-cü ildə Türkənin  məşhur müğənnisi Doğuşla ailə həyatı qurub. Bu nikahdan cütlüyün 2 əkiz övladı dünyaya gəlib. Məlumat üçün bildirək ki, teleaparıcının ilk nikahdan Zaur adlı oğlu var.
Mələykə Əsədova (1966)
Xalq artistinin qızı Güləri 40 yaşında dünyaya gətirib.
Gülyanaq Məmmədova (1973)
Xalq artisti 2017-ci ildə 44 yaşında dördüncü dəfə ana olub.
Tünzalə Əliyeva (1973 )
Hər kəsin “Toppuş bacı” ləqəbi ilə tanıdığı Əməkdar artist 2013-cü ildə Röyal Babayevlə ailə həyatı qurub. Aktrisa 43 yaşında ana olub. Qeyd edək ki, Tünzalə Əliyevanın Zəhra adlı qız övladı dünyaya gəlib.

 


Bu gün Azərbaycanın Xalq artisti Aygün Kazımova 49 yaşını qeyd edir.  
32 ildir səhnədə olan, Azərbaycan estradasında bir çox ilklərə imza atmış səhnəmizin pop divası ömrünü sənətinə həsr edib.  
Sevənləri üçün bir-birindən gözəl mahnılar, musiqilər səsləndirən Kazımova ölkəmizdən kənarda da sevilir və dinlənilir. 
Oxu.Az kollektivi olaraq sevimli sənətkarımızı ürəkdən təbrik edirik. Ona arzu edirik ki, səsi heç vaxt adını qızıl hərflərlə yazdığı səhnəmizdən əskik olmasın. 

 


Xalq yazıçısı Anar Rzayevin “Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədrliyinə yenidən namizədliyimi irəli sürməyi düşünürəm"  deməsindən sonra bir sıra yazarlar ona qarşı qiyama qalxıblar.
Bəs görəsən AYB sədri uğrunda bu qədər inadkarlığa və israra dəyərdimi?
Moderator.az-ın sualını cavablandıran Anar Rzayev əleyhinə danışan adamlarla hesablaşmadığını bildirib:
“Üç-beş nəfər əleyhimədirsə, min səkkiz yüz yazıçısı mənim tərəfimdədir. Mən əleyhimə danışan adamlarla hesablaşmıram və onların çoxu heç Azərbaycan Yazıçlar Birliyinin üzvü də deyil”.
A.Rzayev yazıçı Əkrəm Əylislinin onun haqqında səsləndirdiyi fikirlərə də münasibət bildirib:
“Onun varlığı o oldu ki, “Yazıçı” nəşriyyatında oturdu və nəşriyyatı da satdı. Sonra da Azərbaycanı ermənilərə satdı”.
Qeyd edək ki, Ə.Əylisli açıqlamasında Anarın otuz il bir vəzifədə oturmasını mənəvi bir yoxsulluq adlandırıb. 

 


 
Son illərdə maraqlı kitabları ilə oxucularının böyük hörmətini qazanan Paşa Yaqub təzəcə çapdn çıxan “Gizli elmlər” kitabı ilə yenidən onların görüşünə gəlib. Kitabda müəllifin fizika, kimya, biologiya, kibernetika və informatika, daktiloskopiya elmlərinin bəzi sirləri və onların insan ömrü ilə əlaqələri, eləcə də bu elm sahələrinin insan həyatında rolu ilə bağlı maraqlı fikirləri, araşdırmaları, izahları öz əksini tapmışdır. Son dövrlər baş verən bəzi müəmmalı nəqliyyat (təyyarə, qatar və s) qəzaları və onların səbəbləri, eləcə də bu qəzaların Günəş və Ay tutulmaları ilə bağlılığı, bütün bunların müqəddəs “Quran”la izahlı təfsiri oxucuda böyük maraq doğurur. 
Geniş oxucu auditoriyasına ünvanlanan bu maraqlı kitabda Kainatın (Kainat fizikanın qanunları ilə idarə olunur) gizli qalan bəzi sirləri araşdırılır, riyazi yolla astronomik hadisələrə (Günəş və Ay tululmalarına) bağlanan bir sıra təyyarə və enerji qəzalarının səbəbləri (pərdəarxası məqamları) açıqlanır və həm də bütün bunlar müəyyən cədvəllərə, “Quran”a söykənən düsturlara əsaslanaraq, məktəblərdə tədris olunmayan batini (“daxili”, “iç” - ərəbcə) elm hesab edilən Elmi-lədunun işığı ilə izahlandırılır. Bu izahlarda yüksək elmə, biliyə, qabiliyyətə sahib olan bəzi peyğəmbərlərdən, müxtəlif kəramət sahiblərindən sitatlar gətirilir. Kitabda əxlaq, düzlük, məhəbbət və s. haqqında da maraqlı, müdrik, tərbiyəvi fikirlər vardır. 
Bildiyimiz kimi, Paşa Yaqub həm də tibb elmində uğur qazanmış həkimdir. O, elmi-lədun yolu ilə kəşf etdiyi sirləri tibb elminə tətbiq edərək, özünəməxsus müalicə metodu yaratmışdır. Bu müalicə metodu ilə hətta, tibb elminin sağalmaz hesab etdiyi bir çox xəstəlikləri də sağaldaraq, illərlə Azərbaycanda və xaricdəki klinikalarda dərdinə çarə axtaran insanlara şəfa verərək, onları sevindirməkdədir. Kitabın “Təbabətin sirləri” bölümündə müəllif bir çox xəstəliklərin sirlərindən və onların müalicə yollarından bəhs edir. Bu fəsli oxuduqca, Mendeleyevin ölümündən sonra Elementlərin Dövrü Sisteminin saxtalaşdırılması, cədvəldən çıxarılan elementdə hansı sirlərin gizlənməsi oxucuya məlum olur. Bu saxtalaşdırmanın kimya, biologiya elminə vurduğu zərbənin nəticəsidir ki, bu gün tibb elmində bir çox xəstəliklər müalicəsiz hesab edilir. Kitabı oxuduqca məlum olur ki, Paşa həkimin yaratdığı müalicə metodu həmin cədvəldən çıxarılan elementin sirlərinə əsaslanır. Hansı ki, bir zamanlar böyük Alim və ixtiraçı Nikola Tesla bu sirləri bilməklə daimi işləyən mühərriki yaratmış və enerjinin naqilsiz ötürülməsini kəşf etmişdi.
Müəllifə məxsus olan maraqlı araşdırmalar, izahlar oxunaqlı bir dillə oxucuya çatdırılır və əlbəttə, müəllifin özünün də qeyd etdiyi kimi, aqillərin “kəşf”, cahillərin isə, “fantaziya” adlandıracağı bu tipli maraqlı yazıları, fikirləri kitabları gələcəkdə də davam etdirməyə dəyər. 
Mən hörmətli qələm dostum Paşa Yaquba həyatda möhkəm can sağlığı, elmi-ədəbi yaradıcılığında və həkimlik fəaliyyətində uğurlar arzulayıram. Arzu edirəm ki, maraqlı araşdırmaları ilə böyük rəğbət qazanmış Paşa Yaqub bundan sonra da bu tipli kitabları ilə sevimli oxucularını tez-tez sevindirsin. 
Hörmətlə: Nazim Tapdıqoğlu,
Tarixçi, tədqiqatçı, publisist, şair, 
“Qızıl Qələm” mükafatı laureatı
Bu gün Xalq artisti Hacı İsmayılovun 76 yaşı tamam olur- foto
Bu gün Xalq artisti Hacı İsmayılovun 76 yaşı tamam olur. H.İsmayılov Moderator.az-a açıqlamasında doğum günüylə bağlı öz xoş təəssüratlarını bölüşüb:
“Təbrikiniz üçün çox sağ olun. Bu gün 76 yaşım tamam olur və indi Azərbaycan Teatr Xadimləri İttifaqına gedəcəm bilirsiniz ki, orda sədr müaviniyəm və yoldaşlar məni təbrik edəcəklər. Axşam isə evdə olacam, ötən il yubileyim keçirildiyi üçün bu gün elə bir tədbir və görüşlər nəzərdə tutulmur”.
Xalq artisti bu yaşa qədər yaşadığına görə Allaha şükür etdiyini bildirib:
“Şükürlər olsun ki, Allah mənə bu ömrü verib və bunu da çalışmışam ki, mənalı yaşayıb özümdən sonra bu dünyada bir iz qoyub gedim. Mənə elə gəlir ki, bu yaşa çatdığıma görə Allaha şükür etmək lazımdır. Sənətkarlar görmüşəm, gözəl mühitdə yaşamışam və hər şeydən də razıyam. Doğrusu, məktəb illərində teatra da, idmana da həvəsim var idi, amma son nəticədə teatr qalib gəldi və aktyor olmaq qərarına gəldim”.
Axtarış
Xəbər lenti
Reklam