"Ermənilərlə dinc qonşuluq, sülh, əməkdaşlıq kimi söhbətləri unutmalıyıq..."

Tarix: 29-07-2020, 08:54 / Oxunub: 311
 
 


 

Paşinyan rusiyalı jurnalistə deyir ki, Qafqazda sabitliyi pozan Türkiyədir və bu dövlət erməni soyqırımını davam etdirmək fikrindən geri çəkilməyib. SSRİ dağılandan sonra Türkiyə Qafqaza nəzarəti ələ keçirmək niyyətini reallaşdırmağa başlayıb və s. Bu da bunların ağıllısı. Amma hər şeyi sadə qəbul etməyək.

Bu fikirlər göstərir ki, ermənilər heç vaxt özlərini Rusiyanın kölgəsindən kənarda görməyəcəklər və bu da təbiidir. Çünki ermənilərin Qafqaza köçürülməsi həm də onların bölgədəki əsas rolunu müəyyənləşdirmək olub: bütün qonşu dövlətlərə qarşı Rusiyanın aləti olmaq. Son 200 ildə olduqları kimi.

Amma bu, təkcə Rusiyanın siyasəti deyil, həm də maraqların üst-üstə düşməsidir: Rusiyanın bölgədəki strategiyası ilə erməni dövlətinin fəlsəfəsinin və ən əsası da motivasiyasının üst-üstə düşməsi. Yəni, Ermənistan yaranana kimi erməni kilsəsi nəyi edirdisə, müasir erməni dövləti də onu davam etdirir.

Başqa sözlərlə, öz xalqını assimilyasiyadan, yox olmaqdan qorumaq üçün ona yüzilliklər boyu bütün qonşu xalqlara qarşı nifrət aşılayaraq düşmən edən kilsə idisə, bu gün həmin missiyanı erməni dövləti davam etdirir. Bəli, bu, siyasət deyil, missiyadır.

Odur ki, ermənilərlə dinc qonşuluq, sülh, əməkdaşlıq kimi söhbətləri unutmalıyıq. Bunların heç zaman (ən azı davamlı) olmayacağını qəbul etmək üçün az da olsa erməniliyin mahiyyətini və onun tarixini öyrənmək lazımdır. Bunu anlamayıb xülyalara qapıldıqca məğlubiyyətlərimiz də davam edəcək.

Ərəstun Oruclu, Politoloq


Axtarış
Xəbər lenti
Reklam