Paşinyanın istefa verəcəyi tarix açıqlandı

Tarix: 29-03-2021, 15:30 / Oxunub: 324
Paşinyanın istefa verəcəyi tarix açıqlandı
Ermənistan Baş naziri Nikol Paşinyan istefaya gedəcəyi tarixi açıqlayıb.
 
Paşinyan bu barədə Armavir sakinləri ilə görüşündə danışıb.
 
"Aprel ayında istefa verəcəm, ancaq hakimiyyəti tərk etmək üçün deyil, erkən parlament seçkiləri keçirmək üçün. Baş nazir kimi fəaliyyət göstərməyə davam edəcəm", - Paşinyan vurğulayıb.
 
Qeyd edək ki, daha öncə İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan Paşinyanın 20 aprelə qədər istefaya gedəcəyini açıqlamışdı.


Axtarış
Xəbər lenti
Reklam