“Onu Azərbaycana təhvil versəniz Rusiya səfirliyini partladacağıq…” - ŞOK TƏHDİD

Tarix: 13-11-2021, 12:30 / Oxunub: 3760
"Rusiya Norayrı Azərbaycana təhvil verərsə, növbəti qumbara Rusiya qoşunlarına və Rusiya səfirliklərinə doğru atılacaq”.
 
Bu sözləri "Sasna Tsrer” partiyasının radikal qruplaşmasının nümayəndəsi Vaan Avakyan deyib.
 
O, Şuşa şəhəri yaxınlığında hərbçilərimizə qumbara atan erməni terrorçusunu sülhməramlıların Azərbaycana təhvil verəcəyi təqdirdə Rusiya tərəfini hədələyib.
 
Təsdiqlənməmiş məlumatlara görə, sülhməramlılar, artıq saxlanılan şəxsi Ermənistan tərəfinə təhvil veriblər. Rəsmi Bakı, hələlik vəziyyəti şərh etməyib.
 
Xatırladaq ki, "Sasna Tsrer” ümumerməni partiyası 2016-cı ildə İrəvandakı Erebuni rayonunda 9 polisi girov götürməklə yadda qalan terror təşkilatıdır.


Axtarış
Xəbər lenti
Reklam