MM-in Komitə sədri: “Bu qanunun qəbulu ilə əlavə 40-50 min nəfərə işsizlikdən sığorta haqqı vermək imkanı yaranacaq”

Tarix: 4-08-2020, 12:30 / Oxunub: 343
 
 

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı komitə sədri Musa Quliyev deyib.

O bildirib ki, işsizlikdən sığorta təyin olunması üçün tələb olunan 3 illik müddət də qanun layihəsinə təklif edilən dəyişikliklə 1 ilə endirilir: "Bütün dəyişikliklər vətəndaşlar üçün müsbət yöndədir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, bu gün 520 mindən çox vətəndaş müddətli əmək müqaviləsi ilə çalışır: "Yəni potensial olaraq bu vətəndaşlar bizə müraciət edə bilər. Buna görə də hazırlıqlı olmaq, vətəndaş məşğulluğunun təmin olunması üçün zəruri tədbirlər həyata keçirilir. Şəxsin fərdi məşğulluğu təmin olunanadək işlər davam etdiriləcək. Burada əsas məqsəd işsiz vətəndaşların işlə təmin olunmasıdır. İşsizlikdən sığorta haqqında qanunda fondun vəsaitlərinin hansı istiqamətdə xərclənəcəyi göstərilir”.


Axtarış
Xəbər lenti
Reklam