"Yaxın 3 ayda hər 5 müəssisədən biri İFLASA UĞRAYA BİLƏR...”

Tarix: 27-08-2020, 19:48 / Oxunub: 347
 
 


 

Mərkəzi Statistika Bürosunun apardığı bir sorğuya görə, İsrail müəssisələrinin ən azı 19% -i yaxın bir neçə ayda iflasa uğraya  bilər.

Bu barədə "The Times Of Israel” məlumat yayıb.

Mövcud bazar şəraitində hər 5-ci müəssisənin yaxın 3 ayda iflas edə biləcəyi qeyd olunur. 
Eyni zamanda İsrail müəssisələrinin ən azı 79% -i son bir  ayda gəlirlərinin ən azı 25%  aşağı  düşdüyünü bildirib.

Yayımlanan rəqəmlərə görə, İsraildə epidemiyanın başlanğıcından bəri işçilərin 11,5% -i işsiz qalıb. Digər 6.4% -i isə ödənişsiz məzuniyyətdədir.


Axtarış
Xəbər lenti
Reklam