Azərbaycanda bir rayonda səkkiz müəllim koronavirusa yoluxdu - RƏSMİ

Tarix: 1-10-2020, 16:30 / Oxunub: 340
 
 


 

"Məktəb daxilində koronavirusa kütləvi yoluxma qeydə alınmayıb”.

Bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, şagirdlər arasında yalnız ailədaxili yoluxmalar mövcuddur:

"Son 15 gün ərzində bir sinifdə şagirdlər arasında yoluxma yoxdur. Təəssüf ki, müəllimlər arasında yoluxanlar var”.

"Qubada səkkiz müəllim yoluxub. Sumqayıtdan Qubaya qayıdan müəllim digərlərini yoluxdurub”, - deyə nazir qeyd edib.


Axtarış
Xəbər lenti
Reklam