Son günlər bəzi rayonlarımızı cənginə alan təbii fəlakət əsl fəlakət gətirib. Leysan və sel bəzi rayonlarda canlar da alıb. İnsanlar evlərini itirib, əkin sahələri məhv olub.

Bunu son illər ölkəmizdə baş verən ən güclü təbii fəlakət adlandırmaq olar. Bəs təbiətin qəzəbinə tuş gələn bölgələrdə insanların dərdinə kim dərman olacaq?

Artıq müvafiq qurumlar tərəfindən həmin əarzilərdə dağılmış infrastrukturun bərpasına başlanılıb. Amma fərdi evlərin dövlətin hesabına bərpa ediləcəyi ilə bağlı qərar hələ ki, yoxdur.

Hələlik sakinlər ciddi ziyan dəyən evlərində yaşamağa məcburdurlar.

Əkin sahələri məhv olan fermerlərə gəlincə, onların problemi dəyişməyib: həmin sahələrin sığortası yoxdur. Niyə? Çünki bu insanlar sığortaya inanmır. 

Ali Məhkəmədə Lənkəran Rayon İcra Hakimiyyəti (RİH) başçısının sabiq müavini Rasilə Arifqızının barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinə baxılıb.

Hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya protesti təmin edilməyib, aşağı instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Lənkəran RİH-in başçısının sabiq müavini R.Arifqızı tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb.

İstintaqla, R.Arifqızının 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına, həmçinin ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında R.Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Lənkəran Rayon Məhkəməsinin hökmü ilə ona 4 min manat cərimə cəzası təyin olunub. Şirvan Apellyasiya Məhkəməsi apellyasiya protestini təmin etməyib.



Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il iyunun 2-si saat 10:00-da Astara Rayon Prokurorluğunun inzibati binasında Astara, Masallı, Yardımlı, Lənkəran və Lerik rayon sakinlərinin qəbulunu keçirəcək. Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Astara rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək. "Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər”, - məlumatda qeyd edilib.


Cəlilabad rayonunda kartofun qiyməti kəskin şəkildə ucuzlaşıb. Bu barədə "Report"un yerli bürosuna bir qrup fermer məlumat verib. Onların sözlərinə görə, əvvəllər qiymətlər daxili və xarici bazarlara uyğun tənzimlənsə də, son günlər məhsulun qiyməti xeyli aşağı düşüb.

Əhməd Mirzəbəyov dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir! - FOTO

 


Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qax rayon 13 saylı Yol İstismar İdarəsi MMC-nin rəisi Əhməd Mirzəbəyovdur.
Qax rayon 13 saylı Yol İstismar İdarəsi MMC-nin rəisi Əhməd Mirzəbəyov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır...
 Yol tikintisi, yol infrastrukturunun yeniləşdirilməsi, sərnişinlərin rahatlığı, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün körpülərin, yeraltı keçidlərin istifadəyə verilməsi bu gün ölkədə geniş miqyasda aparılan quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər Qax rayonunda da uğurla davam etdirilir. AAYDA Qax rayon 13 saylı Yol İstismar İdarəsi MMC-nin rəhbəri Əhməd Mirzəbəyovun uğurlu xidmətləri sayəsində Qax şəhərinin küçələri və kənd yolları əsaslı şəkildə təmir olunub. Turizm rayonu olan Qaxa gələn qonaqların rahat hərəkəti üçün yolların bərpası idarənin əsas hədəfidir. Turizm mövsümü ərəfəsində hazırda rayonun kəndlərinə gedən yollarda təmir-bərpa işləri görülür.
Əhməd Mirzəbəyovun rəhbərliyi ilə Qax rayonunda yolların müasir standartlar səviyyəsində yenidən qurulması yerli iqtisadiyyatın inkişafına çox böyük töhfələr verir. Son vaxtlar bəzi internet saytlarında Əhməd Mirzəbəyovun fəaliyyətinə və şəxsi nüfuzuna, idarənin adına xələl gətirmək üçün əsası olmayan, yalan və böhtan xarakterli yazılar verilir. Həmin yazıları oxuduqda görürsən ki, konkret fakt olmadan məqsədli və qərəzli şəkildə hazırlanan sifarişli yazılardır. Əhməd Mirzəbəyovun idarəyə rəhbərlik etdiyi dövrdə gördüyü uğurlu işləri nəzərə almayan insanların niyyəti nədir görəsən? Onlar görmürlər ki, Əhməd Mirzəbəyov ötən illər ərzində heç bir nöqsana yol vermədən Qaxda yol infrastrukturunun bərpası və yenidən qurulması üçün çalışıb.
Bu gün Əhməd müəllim var gücü ilə çalışır ki, rayonda yol sarıdan insanların problemi olmasın. Rayonda hamıya məlumdur ki, Əhməd Mirzəbəyovun güclü idarəetmə bacarığı sayəsində 13 saylı yol istismar idarəsi MMC-nin qısa vaxt ərzində böyük uğurlara imza atıb. Bir sözlə Əhməd Mirzəbəyovun kollektivi Qaxda yol infrastrukturuna yeni həyat, yeni nəfəs, yeni mədəniyyət gətirib. Qax sakinləri və rayona gələn qonaqlar yolların bərpasından razılıq edirlər.
Mətbuatla sıx əlaqədə olan Əhməd Mirzəbəyovu "qaynar-xett.az" Azərbaycan xəbər portalının dostu adına layiq görür, onu və rəhbərlik etdiyi kollektivi 2023-cü il "Heydər Əliyev" ili münasibətilə səmimi qəlbdən təbrik edirik.
 
Zaur Əhmədov 

 

Şirvan Dövlət İqtisadiyyat Və Humanitar Kolleci Haqqında Yazilanların Heç Bir Əsası Yoxdur

 

Son günlər müxtəlif xəbər saytlarında Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci və kollecin direktoru filologiya elmləri üzrə fəlsəfə doktoru Barxudar Barxudarov haqqında heç bir əsası olmayan yazılar dərc olunmaqdadır.

Əgər jurnalsitikanın prinsiplərini və qanuna uyğunluqlarını nəzərə alsaq, jurnalist dəlil, sübut olmadan heç bir xəbəri fakt kimi yaza bilməz. Bundan başqa fakta söykənməyən hər hansı xəbəri yazmaqla şəxsiyyətə toxunma birbaşa cinayət məsuliyyətidir. 

Sosial şəbəkədə antimilli qüvvələr bir neçə iş adamının nümunəvi fəaliyyətinə kölgə salmaq niyyətinə düşüblər. Belə ki, ömrü boyu Azərbaycan təhsilinə, dövlətə, dövlətçiliyə və xalqa xidmət edən tanınmış elm adamı Barxudar Barxudarovla bağlı qarayaxma kampaniyasına start veriblər. Bu kampaniyanı aparanlar isə öz gözlərində tiri görməyib başqasının gözündə çöp axtaranlardan başqası deyil. 

Əvvəla Barxudar Barxudarov Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə direktor təyin olunduqdan sonra, sözügedən elm ocağında demək olar ki, yüksək səviyyədə canlanma var.

Çünki, Barxudar Barxudarov Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə öz evi kimi baxır. Barxudar Barxudarov tələbələrlə özü şəxsən görüşərək mütamadi söhbətlər aparır, onları dinləyir, problemlərin həlli yolunda əlindən gələni əsirgəmir.

Sonda onu qeyd etmək istəyirəm ki,

Amma ki, mənim zənnimcə faktsız- sübutsuz olan yazılar, xəbərlər sadəcə məqsəd yönümlü olaraq nəzərdə tutulub və bisavadlıqdan xəbər verir. Bütün bunların şahidi olduqda isə belə məqamlar gülüş doğurur. Əziz həmkarlar hər hansı bir fərd haqqında xəbər yazanda mütləq fakt göstərin ki,” bisavad "görünməyəsiniz.

Jurnalistlərə tövsiyyəm odur ki, kiminsə haqqında əsası olmayan nəyisə yazanda, ilk növbədə özünü barəsində o formada yazı yazılan şəxsin yerində görsünlər…Yazılanlar şər və böhtandır və jurnalistə layiq olmayan hərəkətlərdir.

Necə deyərlər? ” Görünən kəndə nə bələdçı”

Xəbəral.az


Gədəbəy rayonunda 2 piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Gədəbəy şəhər ərazisində qeydə alınıb.

Hər ikisi müxtəlif bədən xəsarətləri alıblar və xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


 


Bu gün haqqında danışmaq istədiyimiz şəxs Qəbələ rayon Regional Meşə İdarəsinin rəisi Əkrəm Babayevdir. Əkrəm Babayev daha öncə Şəki Regional Meşə İdarəsinin rəisi vəzifəsində çalışmışdır. Daha sonra Qəbələyə təyin olunmuşdur. Daha aydın desək Şəkini yarıtdı, qaldı Qəbələ. 

Əkrəm müəllim Şəki rayon Regional Meşə idarəsində rəis vəzifəsində çalışdığı zaman çox qanunsuz işlər görmüşdür. Meşələri talan etmiş, ağacları kəsdirirdi. Satırdı. Gələn puluda qoyurdu cibinə. Gözü doymurdu. İndi məsələ o qədər maraqlıdır ki. Şəkini talan etdi, keçib indi Qəbələyə. Bütün şəhid və qazi ailələrinin qarşısında baş əyir, onlara ömrümüzün sonuna qədər borclu olduğumuzu bildiririk. Lakin onu da bildirmək istəyirik ki, Əkrəm müəllim qazi olduğundan istifadə edərək, öncə Şəki rayonunu bərbad vəziyyətə qoydu, indidə keçib Qəbələyə. Daha maraqlı məqam odur ki, hara baxır bizim Ekologiya və Təbii Sərvətlər Nazirimiz Cənab Muxtar Babayev? Şəkini yaxşı talan etdi deyəmi Əkrəm müəllimə mükafat verib onu Qəbələyə göndəriblər? Bəlkə Əkrəm Babayevin Nazir Muxtar Babayev ilə hansısa qohumluğu var? Bəlkə ortada hansısa dostluq münasibəti var bilmədiyimiz. Yoxsa cənab Nazirə belə kadrlarmı lazımdır ki, ona böyük etimad göstərib Qəbələ kimi böyük rayona gətirib. Şəki rayonunda fəaliyyət göstərən zaman KİV Əkrəm Babayev və onun qanunsuzluqları barəsində nə qədər çəkirdilər, yazırdılar, ictimailəşdirirdilər. Lakin Ekologiya və Təbii Sərvətlər Nazirimiz Muxtar Babayev buna bir məhəl qoymadı, görməzdən geldi. Buradan belə nəticəyə gəlmək olur ki, ölkəni talamaq üçün Əkrəm müəllim lazımi kadrdır. Əsasəndə Muxtar Babayev üçün. Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Yazıb, ictimailəşdirib xahiş edirik ki, Əkrəm  Babayevin gördüyü bütün işlər ciddi araşdırılsın. Barəsində lazımi tədbirlər görülsün. Əgər bu məsələ tezliklə həll yolunu tapmasa Əkrəm Babayev kimi insanlar ölkəmizi talayıb, uçuruma aparacaqlar. 



Şəki rayonunun Qudula kənd tam orta məktəbində 27 nəfər şəxsin - 24 şagird və 3 müəllimin zəhərlənməsi faktı üzrə Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.


"Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs

Smeta mühəndisi

Son tarix 17 iyn 2023 - [email protected]

Vəzifə öhdəlikləri:
İnşa olunan obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsini təmin etmək.
Lahiyə təşkilatlarından lahiyə sənədlərini qəbul etmək və onlarla birlikdə, podrat tikinti təşkilatlarının iştirakı və bu sənədləri müzakirə etmək, lahiyə təşkilatlarının tərtib etdiyi smeta sənədlərinin düzgünlüyünü, qüvvədə olan normativ sənədlərə uyğunluğunu yoxlamaq.
Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklər etmək.
Layihə-smeta sənədlərini lahiyə təşkilatları ilə razılaşdırmaya hazırlamaq.
Layihə-smeta sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət etmək və təsdiq olunması üçün hazırlamaq.
Təsdiq edildikdən sonra, layihə-smeta sənədlərini tikinti təşkilatlarının müvafiq şöbələrinə göndərmək.
Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədləri təqdim etmək;
Layihə-smeta sənədləri üzrə lazımi arayışlar hazırlamaq.
Onların arxivdə saxlanmasını təmin etmək. Müəyyən edilmiş forma üzrə hesabatları tərtib etmək.
Namizədə dair tələblər:
İnşaat sektorunda istifadə olunan materialların, məmulatların, konstruksiyaların, avadanlıqların xüsusiyyətlərini və təyinatlarını bilmək;
Sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarına bələd olmaq;
Müvafiq sahə üzrə ali təhsilli;
Müvafiq işlər üzrə kalkulyasiyaların, hesabatların tərtib olunması və yoxlanılması qaydalarını bilmək;
Sahə üzrə ən azı 3 il iş təcrübəsi 
Tikinti norma və qaydalarına dair biliklər;
Layihə və tikinti-iqtisadi hesablamaların aparılması bilikləri;
Komandada və fərdi şəkildə işləmə bacarığı;
Sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;
Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Əmək şəraiti:
İş yeri: Bakı və Qarabağ ərazisi
İş rejimi: 5 gün, 09:00 – 18:00
Əmək haqqı: 1600-1400 AZN (net) 
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində "Smeta mühəndisi” yazmaqla göndərə bilərlər. 

Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Memar
 Son tarix 17 iyn 2023  - [email protected]

Vəzifə öhdəlikləri:
Müxtəlif obyektər üçün kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanması;
Layihələndirmə layihə təkliflərinin və şəhər, məssisə, bina və qurğuların baş planlarının işlənib hazırlanması, müvafiq orqanlarla, nəzərdə tutulmuş layihə həlli və tikintinin yerinə yetirmə şərtlərinin razılaşdırılması; 
Layihə işlərinin müəyyən edilmiş vaxtda icrasını, keyfiyyət və qənaət etmənin yüksəldilməsinin, habelə qəbul edilmiş layihə həllinin, layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ materialla uyğun olmasının təmin edilməsi; 
Lazımi texniki-iqtisadi əsaslandırma və tikini-quraşdırma işlərinin həcmi üzrə hesablamanın tərtib edilməsi, tikintinin smeta dəyərinin, lazımi tərkibdə və sayda avadanlıq məmulat və materialların müəyyən edilməsi; 
Layihə - axtarış işlərinin aparılması üzrə sifarişçi və subpodrat təşkilatlarla müqavilə bağlanması üçün materialların hazırlanması; 
Subpodrat təşkilatlara texniki tapşırıqların işləyib hazırlanması və tapşırılmış işin icrası üçün, onların lazımi məlumatlarla təmin edilməsi;
Layihələndirilən obyektlərin tikintisində müəllif nəzarətini yerinə yetirilməsi, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə, standart və texniki şərtlərə uyğun olmasına nəzarət edilməsi;
Namizədə dair tələblər:
Sahə üzrə ən azı 3 il iş təcrübəsi 
Memarlıq sahəsi üzrə ali təhsil
Tikinti norma və qaydalarına dair biliklər;

Şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçirilməsinə dair biliklər;
Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini
Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartlar, texniki şərtlər və digər rəhbər materiallar haqqında geniş məlumat;
Layihə və tikinti-iqtisadi hesablamaların aparılması bilikləri;
Layihələndirmə və tikinti işində qabaqcıl təcrübəyə sahib olmalıdır
Komandada və fərdi şəkildə işləmə bacarığı;
Sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;
Microsoft Office, AutoCad, 3Dmax, Revit və s. proqramlarda səlis işləmə bacarığı;
Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Əmək şəraiti:
İş yeri: Bakı və Qarabağ ərazisi
İş rejimi: 5 gün, 09:00 – 18:00
Əmək haqqı: 1640 AZN (net) 
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində "Memar” yazmaqla göndərə bilərlər. 

Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

SMM (Sosial Media Marketinqi) mütəxəssis
 Son tarix 17 iyn 2023 [email protected]

Vəzifə Öhdəlikləri:
SMM strategiyasının hazırlanması – hədəf auditoriyanın müəyyən edilməsi və onun maraqlarının öyrənilməsi;
Sosial şəbəkələrdə hesabların yaradılması və idarə olunması;
Dövlətə dair rəsmi çıxışların, sosial hesablardakı paylaşımların, sərəncam və əmrlərin daim izlənməsi və paylaşılması;
Bayram və anım günlərində, əlamətdar hadisələr barədə xüsusi postların operativ şəkildə hazırlanıb yayımlanması;
Mütəmadi olaraq KİV və sosial şəbəkələrin monitorinqinin həyata keçirilməsi  və təhlilin aparılması;
Kontent və postların hazırlanması (foto, video, mətn); 
Paylaşımların vaxtında və qüsursuz şəkildə yayımlanması;
Azərbaycan dilinin orfoqrafik və qrammatik qaydalarına əməl edərək mətnlərin yazılması;
İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə Dair Tələblər:
Ali təhsil (Marketinq, iqtisadiyyat)
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Komandada işləmək və təşkilatçılıq bacarığı;
Peşəkar səviyyədə təqdimat və ünsiyyət və bacarığı;
Azərbaycan dili və qrammatikasını mükəmməl səviyyədə bilməsi, rus və ingilis dilləri biliyi üstünlükdür;
Sosial media planlama və idarəetmə təcrübəsi, sosial aktivliyin olması;
Gündəmi izləmək, analiz etmək və araşdırma aparmaq qabiliyyəti;
Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Əmək şəraiti:
İş yeri: Bakı və Qarabağ ərazisi
İş rejimi: 5 gün, 09:00 – 18:00
Əmək haqqı: 1400 AZN
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində "SMM mütəxəssis” yazmaqla göndərə bilərlər. 

Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Axtarış
Xəbər lenti
Reklam