Tərtər rayon sakini 1939-cu il təvəllüdlü ali təhsilli həkim, hazırda pensiyada olan İsmayılov Rüstəm Hüseyn oğlu 22 iyun 2020-ci il tarixdə gecə saat 10:00 radələrində oğlu İsmayılov Pərviz tərəfindən vəhşicəsinə döyülüb.Lakin ötən müddət ərzində ona ağır bədən xəsarətləri yetirən oğlu hüquq-mühafizə orqanları tərəfindən layiqli cəzasını almayıb.
Bundan narazı qalan 82 yaşlı Rüstəm İsmayılov Prezident İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə,Daxili İşlər naziri Vilayət Eyvazova şikayət məktubu ünvanlayıb. Şikayətçi məktbunun bir surətini də DünyanınSəsi.az Xəbər Portalına göndərib.
Həmin məktubundan bəzi məqamlarını olduğu kimi təqdim edirik:
Möhtərəm cənab Prezident!
Hörmətli Baş prokuror !
Hörmətli Vilayət Eyvazov!
Yazıb Sizə bildirirəm ki,pensiyaya çıxdıqdan sonra, kənddə təsərrüfat işləri ilə məşğul oluram.
Ailəmdə 6 (altı) övladım var. Onlardan 4-ü qız, 2-si oğlandır. Övladlarımmın hamısını oxudaraq ali təhsil vermişəm. Beş övladım ailəlidir.Kiçik oğlum Pərviz İsmayılov isə subaydır. Övladlarım hamısının özlərinin evləri olmaqla məndən ayrı yaşayırlar.
Balaca oğlum Pərviz İsmayılov Gəncə Humanitar Kollecini bitirib.Hərbi xidmətini başa vurub.Onun hərbi xidməti mənə baha başa gəlib.Onun yolunda bir ata kimi zəhmət çəksəm də, ancaq o bir övlad kimi mənim zəhmətimi dəyərləndirməyərək öz evimizdə dəfələrlə məni təhqir edib və döyübdür.
Mən onun bu əməllərindən Tərtər rayon Polis Şöbəsinə və Tərtər rayon Prokurorluğuna şikayətlər etsəm də, hüquq mühafizə orqanları şikayətimin araşdırılmasına laqeyid yanaşmaqla məni üzdən-gözdən salaraq barışdırıblar. Ancaq bundan heç bir ibrət dərsi götürməyən oğlum Pərviz İsmayılov 22.06.2020-ci il tarixdə gecə saat 10:00-da evimə gəlib dəmir dişli yaba ilə məni vəşicəsinə döyüb və müxtəlif dərəcəli xəsarətlər yetirib. Mən onun əlindən güclə çıxıb qonşuluqda yaşayan böyük oğluma pənah aparmışam.
Döyülməyimlə bağlı DİN-nin "102” xidmətinə şikayət etdikdən sonra, həkim ekspert komisiyası təyin olunub, fiziki zorakılığıa mərzu qalmağım təsdiqlənib.Bundan sonra Tərtər RPŞ-nin təhqiqat qrupunda Pərviz İsmayılov barəsində AR CM-nin 128-ci maddəsi (Qəsdən sağlamlığa yüngül zərər vurma) ilə cinayət işi açılıb və baxılması üçün Tərtər rayon məhkəməsinə göndərilib. Mən Pərviz İsmayılovun AR CM-nin 128-ci maddəsi ilə yüngül məsuliyyətə cəlb edilməsindən narazıyam. Ona görə ki, öz doğma atasını döyüb, ona ağır xəsarətlər yetirən adam gələcəkdə dövlətinə də xain çıxa bilər.
Ona görə də o, bu gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ən ağır maddələri ilə məsuliyyətə cəlb edilərək islah olunmalıdır ki, gələcəkdə daha ağır cinayətlər törətməsin. Oğlum Pərviz İsmayılov əməlləri təkcə bunlara bitmir.O, cəmiyyətimiz üçün olduqca yararsız bir insandır.Əvvəllər işlədiyi Tərtər rayon UGİM-də işində səhlənkarlığa yol verdiyi üçün 2012-ci ildə AR Əmək Məcəlləsinin "70ç” bəndi ilə işdən azad edilmişdir.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağcəbədi Regional idarəsində "Reger” vəzifəsinə işə düzələndə əmək kitabçasını gizlədərək anket məlumatında əvvəlki iş yerini göstərməyərək işə düzəlibdir(Onun Tərtər rayon UGİM-dən 2012-ci ildə işdən azad edilməsi barədə əmrin surətini ərizəmə əlavə edirəm).
Pərviz İsmayılovun dövləti qanunlarımızı saymadan heç bir məsuliyyət nəzərə almayaraq bizim səkkiz nəfər ailəmizə Tərtər rayon İslahat Komisiyası tərəfindən 2001-ci il tarixdə 8 (səkkiz) nəfər ailə üzvülərinə verilən 4.22 ha torpaq sahəsinin 50 sotuna heç bir aidiyyati dövlət qurumlarının icazəsi olmadan qum-çınqıl tökərək yararsız hala salmış və avto-dayanacaq etmişdir. Hər gün həmin yerdə avtomobillər saxlamaqla xeyli miqdarda dayanacaq pulları alsa da,bir manat olsun belə vergi və dövlət sosial müdafiə fonduna pul ödəməyibdir.Tərtər rayonunun hüquq-mühafizə orqanları, xüsusən də rayon Polis şöbəsi onun bu cinayət əməllərinə göz yummaqdadırlar.
Ona görə Sizdən xahiş edirəm ki, öz doğma atasına qarşı etdiyi amansızlığı və sadaladığım bütün ciddi qanun pozuntularını nəzərə alaraq,mənim şikayət ərizəmi xüsusi nəzarətə götürəsiniz və qanunamüvafiq tədbirlərin görülməsinə dair göstəriş verəsiniz. Ümidim Sizlərədri!
Əvvəlcədən Sizlərə dərin minnətdarlığımı bildirirəm!
Utanc hissi keçirərək dərin hörmətlə,
82 yaşlı İsmayılov Rüstəm Hüseyn oğlu
Kanal32.az dünyanınsəsi.az-a istinadla Tərtərli 82 yaşlı qocanın döyülməsini özündə əks etdirən videonu təqdim edir:
82 yaşlı atasını döyən "oğlu” Siz də tanıyın !