Azərbaycanda dəhşətli qətl: Qayınata kürəkənini öldürüb meşədə basdırdı

Tarix: 24-07-2020, 12:49 / Oxunub: 322
 
 


 

Lerik rayonunda qətl hadisəsi baş verib.

Hadisə iyul ayının 20-də, günorta saatlarında rayonun Çayrud kəndindəki meşəlik ərazidə qeydə alınıb.

Əslən Lerikdən olan, Bakının Xətai rayon sakini - 1960-cı il təvəllüdlü Akif Yədulla oğlu Rzayev ailə münaqişəsi zəminində kürəkəni - 1981-ci il təvəllüdlü Əkbər Məmmədəli oğlu Nuriyevi qətlə yetirib. O, meyiti yandıraraq, meşədə dəfn edib və paytaxta qayıdıb.

Hadisədən iki gün sonra Ə.Nuriyevin itkin düşməsindən narahat olan qohumları bu barədə əlaqədar qurumlara müraciət ediblər. Şübhəli şəxs qismində saxlanılan Akif Rzayev qətli törətdiyini etiraf edib.

Dünən axşam saatlarında hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən A.Rzayevin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Meyit basdırıldığı yerdən çıxarılaraq, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsində müayinə olunduqdan sonra aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Əkbər Nuriyev üç ildən çoxdur Akif Rzayevin qızı ilə ailə həyatı qurub. Ailədaxili münaqişələrə görə qayınatanın kürəkəni ilə birlikdə Bakıdan Lerikə yola düşməkdə məqsədinin onu öldürmək olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Axtarış
Xəbər lenti
Reklam