Bakı bir günə həll etdi: Axundovun qaytarılması Ermənistanı qarışdırdı


Bakı və İrəvanın razılaşması nəticəsində Ermənistanın əsirliyində olan iki hərbçimiz – Hüseyn Axundov və Aqşin Bəbirov Azərbaycana qaytarılır, qarşılığında 32 erməni hərbçisi təhvil verilir. Bu addım Ermənistanda ciddi müzakirələrə səbəb olub, xüsusilə Hüseyn Axundov və Aqşin Bəbirova qarşı irəli sürülən qondarma ittihamlar fonunda.

Publika.az xəbər verir ki, ermənilər Hüseyn Axundova ömürlük həbs cəzasının verilməsindən bir gün sonra azad edilməsini Paşinyan hakimiyyətinin zəifliyi və Azərbaycan qarşısında geri çəkilməsi olaraq qiymətləndirir.

Aqşin Bəbirov və Hüseyn Axundov bu ilin 9 aprelində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Hərbçilərimiz Ermənistanda işgəncəyə məruz qalıb və ermənilər törətdikləri vəhşlikləri sosial şəbəkələrdə yayıb. Bu vəhşilik Azərbaycanda ciddi ictimai müzakirəyə səbəb oldu. Daha sonra Ermənistan hakimiyyəti hərbçilərimizə qarşı qondarma ittihamlar irəli sürdü və Ermənistan məhkəməsi mayın 8-də Aqşin Bəbirovu 11,5 il müddətinə, iyunun 21-də Hüseyn Axundovu 20 il müddətinə azadlıqdan məhrum etdi.

Dekabrın 6-da isə Ermənistanın Appelyasiya məhkəməsi Hüseyn Axundovla bağlı qərarı dəyişərək, ona ömürlük həbs cəzası verib. Bu qərardan cəmi bir gün sonra – 7 dekabrda hərbçilərimizin azad edilməsi qərarı Azərbaycanın öz əsgərinə verdiyi dəyəri sübut edir.

Ermənistanda əsas müzakirə mövzu da məhz Hüseyn Axundova ömrlük həbs qərarının verilməsndən bir gün sonra Azərbaycana qaytarılmsıdır.

Hüseyn Axundovun qətlə yetirdiyi iddia etdikləri Zəngəzur mis-molibden kombinatının mühafizəçisinin qızı Hayrapet Meliksetyanın qızı Ani Meliksetyan Nikol Paşinyanı söyüb. O atasının əsas qatilinin Paşinyan olduğunu deyib.

"Nikol Paşinyan, sən alçaq, lovğa, yalançı adamsan. Atamı qaytar, qatil!” – o deyib.

Qeyd edək ki, Ermənistan hakimiyyəti H.Axundovun Meliksetyanı öldürdüyünü iddia etsə də, erməni mediası bu iddianı təkzib edən faktların olduğunu yazırdı.
"Böyük sülh"ü yaxınlaşdıran işarə: Ermənistan imza atır, 8 kənd qaytarılır və...



Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Respublikası Prezidentinin Ad­ministrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair ra­zılıq əldə olundu. Humanizm dəyərlərini rəhbər tutaraq və xoş­məramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir. Ermənistan Respublikası da, öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir.

Mövzu ilə əlaqədar Publika.az-a danışan deputat Musa Quliyev hesab edir ki, Ermənistan və Azərbaycan arasında əsirlərin mübadiləsinin baş verməsini münasibətlərin yumşaldılması kimi qiymətləndirmək lazımdır:

"Eyni zamanda, Prezident Administrasiyası və Ermənistan baş nazirinin katibliyinin yaydığı birgə məlumata görə, digər yumşaldıcı, qarşılıqlı etimadı artıran addımlar atılır. Artıq Ermənistan və Azərbaycan müəyyən beynəlxalq məsələlərdə bir-birini dəstəkləyən addımlar atıblar.

Bütün bunlar bölgədə sülhün və əməkdaşlığın bərpa olunmasına aparan addımlardır. Hesab edirəm ki, bu, həm də artıq Ermənistanla Azərbaycan arasında böyük sülhün imzalanmasını yaxınlaşdıran işarələrdir. Cənab Prezident Tbilisidə olarkən demişdi ki, Ermənistan və Azərbaycan arasındakı münasibətlər qarşılıqlı etimad əsasında və başqa qüvvələrin müdaxiləsi olmadan tənzimlənməlidir, tənzimlənə bilər. Sülh müqaviləsi də, bölgənin əməkdaşlıq məsələləri də bölgədə həll olunmalıdır. Ermənistanda hələ də təəssüf ki, dövlətçilik çox zəifdir və Ermənistan tərəfinə müəyyən təzyiqlərin olması gözləniləndir. Amma Azərbaycan öz yolu ilə gedir və biz çox arzu edərdik ki, qısa müddət ərzində sülh müqaviləsi bağlansın".

Politoloq Elxan Şahinoğlu qeyd edib ki, Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar hər iki tərəf üçün faydalıdır:

"Bunu mən aylar öncə də vurğulayırdım. Çünki vasitəçilərin xüsusi maraqları olur. Bu maraqlar bəzən öz aralarında da çatışır. Ən optimal yol birbaşa danışıqlardır. Artıq bu, öz faydasını da verməyə başlayıb. Əsirlərimiz qaytarılır. Növbəti addımlar da atıla bilər. Hesab edirəm ki, gələn il də proseslər bu sürətlə davam etsə və Ermənistan qarşılıqlı addımlar atsa, sülh sazişinin imzalanması mümkün ola bilər. Bir şərtlə ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədə imza atsın, dəhliz məsələsində razılığa gələk və bizim kəndlərimizi geri qaytarsın".
Azərbaycanla Ermənistanın təkbətək görüşündən narahat olan ölkələr var: Təxribat gözlənilir?




Ötən gün humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini Ermənistan Respublikası isə 2 azərbaycanlı hərbçini azad edib.

Ehtiyatda olan general Yücel Karauz məsələ ilə bağlı Publika.az-a açıqlamasında qeyd edib ki, bu, sülh yolunda böyük addımdır:

"Bundan daha vacib məsələ iki dövlətin üçüncü dövlət olmadan danışması, razılaşmasıdır. Hər iki dövlət problemləri ortaya qoyub danışırsa, bu, sülhə gedən yolu tezləşdirir. İllərdir deyirik ki, sülhə xidmət edən, heç kimin müdaxiləsinə ehtiyac olmadan aparılan danışıq ən faydalı və realdır. Nəhayət, bu mərhələyə çatıldı. Həqiqətən də qarşılıqlı etimad və xoş niyyətlə həyata keçirilmiş bu fəaliyyət çox xoş mesaj verir. Çünki sülh yolunda həllini gözləyən problemlər var. Bu məsələlərin ən doğru, səmimi, aydın və qanunauyğun şəkildə həll edilməsi və ifadə olunması vacibdir.

Amma təbii ki, Ermənistanın davranışınlarını, mövqeyini tez-tez dəyişdirdiyinin şahidi olmuşuq. Ümid edirik ki, bu dəfə Ermənistan dəyişməyəcək. Öz qərarlarını özü verməyi seçəcək. Ümumiyyətlə, sülh masası hansı ölkədə qurulursa qurulsun, təxribat gözləniləndir.

Çünki iki dövlətin təkbətək görüşməsindən, qərar verməsidən narahat olan dövlətlər var. Ermənistanın daxili siyasətindəki olan çəkişmələr də sülh müqaviləsinə təsir edə bilər. Bir sözlə, təmkinli olmaq lazımdır. "Sülh müqaviləsi sabah imzalanacaq" deyə bilmərik. Ümid edirəm ki, prezident seçkilərinə, yəni fevrala qədər Cənubi Qafqaza sülh gələr”.
Azərbaycan Dövlət Aqrar Universiteti yenidən təşkil olunur


Azərbaycan Dövlət Aqrar Universiteti yenidən təşkil olunur.

APA cəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Dövlət Aqrar Universiteti Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Aqrar Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilir.

"Azərbaycan Dövlət Aqrar Universitetinin Nizamnaməsi” təsdiq edilib. ADAU-nun nizamnamə fondu 36 milyon 469 min 599 manatdır.

ADAU-nun əmlakı nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən ödənişli təhsildən əldə edilən vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan olunmayan digər vəsaitdən formalaşır.

ADAU-nun balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətləri "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

ADAU ona verilmiş əmlakdan yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. ADAU-nun əmlakından təhsildənkənar məqsədlər üçün istifadə edilməsi qadağandır. ADAU əmlakı üzərində sahiblik və istifadə hüquqlarını məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə Nazirlik ilə razılaşdırmaqla həyata keçirir.

ADAU mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. ADAU-nun əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti Nazirlik, yaxud onun səlahiyyət verdiyi şəxs həyata keçirir.

ADAU-nun maddi-texniki bazası və təhsil infrastrukturu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq normativlərə uyğun olmalıdır. ADAU Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq normativlərə uyğun maliyyələşdirilir. ADAU bilavasitə mənfəət əldə etmək məqsədi güdmür. ADAU Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər. Bunun üçün ADAU Nazirliyin razılığı ilə təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər.

ADAU-nun bu Nizamnamədə göstərilən mənbələrdən (büdcə vəsaiti istisna olmaqla) daxil olan vəsait hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir.

ADAU-nun fəaliyyətindən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə, habelə normativ hüquqi aktlarla müəyyən edilmiş digər məqsədlərə yönəldilir.

Kənd Təsərrüfatı Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 gün müddətində Azərbaycan Dövlət Aqrar Universitetinin "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.
Ərdoğan Fransanın Ermənistanı silahlandırmasına münasibət bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın Ermənistanı silahlandırmasına münasibət bildirib.

APA xəbər verir ki, Türkiyə dövlət başçısı Yunanıstandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib ki, Fransa bu addımları ilə Ermənistana yaxşılıq etmir, əksinə pislik edir.

"Daha əvvəl Fransa olaraq Ermənistana çox dəstək verdilər. Hansı nəticəni əldə etdilər? Heç nə. Fransa Minsk qrupunun həmsədridir. İş bitdi, nəticə ala bilmədi, vəziyyət beləykən təkrar Ermənistanı təhrik edir. Zirehli texnikaları göndərsən nə olacaq? Buradan nəticə ala bilməzsən.

Artıq öz torpaqlarında işğalı sona çatdırmış olan bir Azərbaycan var. Qarabağın nəticəsi ortadadır. İndi bu zirehli texnikaları göndərib hansı nəticəni qazanacaqsan? Daha əvvəl Ermənistana göndərilən tanklar, toplar, silah-sursat Azərbaycanın əlinə keçib. Sadəcə Ermənistanı aldadırlar”, - Ərdoğan qeyd edib.
Rusiya yenə ilhaq planına əl atdı - Qonşu ölkənin ərazisi birləşdirilir

Rusiya qanunvericiləri 20 il əvvəl qəbul edilmiş sazişə uyğun olaraq ərazisi Ukrayna və Rusiya arasında bölüşdürülmüş Azov dənizini ilhaq etməyi planlaşdırır.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə "Newsweek” məlumat yayıb.

Rusiya Dövlət Duması Azov dənizinin "Rusiyanın daxili su hövzəsi” kimi tanınması haqda qanun layihəsini ilin sonunadək təsdiqləməyi planlaşdırır.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun analitiklərinin fikrincə, belə bir addım çox güman işğal olunmuş Krım və Xersonun, Zaporoje və Donetskin qanunsuz ilhaqının tanınmasına zəmin yaratmaq üçündür.

Rusiya və Ukrayna 20 il əvvəl təxminən 25 min kvadratkilometr əraziyə malik Azov dənizinin daxili su hövzəsi olması müddəasını özündə əks etdirən müqavilə imzalamışdı. Qərar dənizdə hər iki ölkənin gəmilərinə sərbəst hərəkət hüququ vermişdi.

Fevralda Ali Rada Moskvanın Azov dənizi ilə bağlı bütün məsələlərin ikitərəfli və ya sülh yolu ilə həll edilməsi müddəasını pozduğunu bildirərək, müqaviləni denonsasiya edib. Kiyev həmçinin bəyan edib ki, müqavilədə Rusiya hərbi gəmilərinin dənizdə sərbəst hərəkətinə icazə verilməsi Ukraynanın milli təhlükəsizliyinə təhlükə yaradır.

Prezident Vladimir Putin Donetsk, Luqansk, Xerson və Zaporoje vilayətlərinin bir hissəsini Rusiyaya ilhaq etməsindən sonra Ukraynanın Azov dənizində sahilyanı dövlət statusunu itirdiyini bildirərək, müqaviləni də ləğv edən qanunu imzalayıb.
Separatçı guruhun yenidən AYAQLANDIRILMASI – NƏ ETMƏLİ?


"Ərazilərimizin könüllü sürətdə tərk etmiş ermənilərin heç birinin Azərbaycan pasportu yoxdur”.

Bu fikirləri Qarabağda fəaliyyətinə son qoyulan qondarma rejim nümayəndələrinin İrəvanda yenidən bir araya gəlmələri və Azərbaycan əleyhinə fəaliyyəti genişləndirməyə hazırlıq görmələrinə münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Qarabağdan köçən ermənilərin geri qayıtması artıq mümkün deyil:

"Paşinyan özü də bir neçə dəfə bəyan edib ki, Qarabağdan gələn ermənilərin "dövlət təsisatları”nın və müxtəlif təşkilatlarının Ermənistanda fəaliyyətinə icazə verməyəcək. Bununla belə, ehtimal verməsəm də, əgər separatçıların İrəvanda məxfi toplantısı keçirilibsə və orada hansısa "yol xəritəsi” hazırlanıbsa, məsələnin ciddi, həm də təhlükəli olduğu vurğulanmalıdır.

Aydın məsələdir ki, ləğv edilmiş separatçı rejimin tör-töküntülərini hərəkətləndirən Qərbin məlum dairələridir. Məsələn, Avropa Parlamenti, Fransa parlamenti, ABŞ-nin özündəki müəyyən qurumlar erməniləri şirnikləndirərək onları Azərbaycana qayıtmağa sövq etməyə çalışırlar.

Lakin bu çərçivədə nəzərə alınmalı olan mühüm bir fakt ondan ibarətdir ki, ərazilərimizi könüllü sürətdə tərk etmiş ermənilərin heç birinin Azərbaycan pasportu yoxdur. Düzdür, onlar Azərbaycan vətəndaşlığı almaq üçün onlayn qaydada müraciət edə bilər. Azərbaycan hüquq mühafizə orqanları da onların şəxsiyyətini, tərcümeyi-halını ciddi sürətdə araşdırdıqdan sonra onlara vətəndaşlıq verər, yaxud da verməz.

Ermənilərin geriyə qayıtmaq məsələsi çox çətin, hətta mümkünsüz bir şeydir. Kişilərin demək olar, hamısı bu və ya digər formada Azərbaycan əhalisinə qarşı müxtəlif cinayətlərin törədilməsində və ümumiyyətlə, separatçı hərəkatda yaxından iştirak etmiş adamlardır. Qərbin bu kimi təhrikçi cəhdləri prosesin yönünü dəyişə bilməz. Azərbaycan hələlik zəif templə də olsa, Qarabağda məskunlaşma işini həyata keçirir”.
İranla Ermənistan yeni plan hazırlayır: Araz çayı üzərində...


Ermənistan və İran Araz çayı üzərində yeni körpünün tikintisi layihəsi üzərində işləyir. İndi mütəxəssislər körpünün sonrakı layihələndirilməsi üçün texniki-iqtisadi əsaslandırma aparırlar.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristina Qaleçyan "Spuntik Armenia"ya bildirib .

"Biz körpünün tikintisi üçün texniki göstəriciləri dəqiqləşdirməliyik. Bu halda, körpünün parametrləri, xüsusən də onun tutumu nəzərə alınacaq", - Qaleçyan bildirib.

Ola bilər ki, yeni körpü də mövcud körpüyə paralel tikilsin. Eyni zamanda, nazir müavini tələsməməyə və yeni strukturun uzunluğunu, enini, tutumunu və digər parametrlərini müəyyən etməyə kömək edəcək texniki-iqtisadi əsaslandırmanın tamamlanmasını gözləməyə çağırıb.

Şimal-Cənub magistralının ən cənub hissəsinin - İranla həmsərhəd olan Aqarəkdən Qacaran şəhərinə (32 km) qədər olan hissəsinin tikintisinə gəlincə, Qaleçyan qeyd edib ki, böyük ehtimalla, işlərin aktiv mərhələsi 2024-cü ilin fevralında başlayacaq.

"Şirkət böyük miqdarda texnikanı səfərbər etməli və düşərgə qurmalıdır. İlkin qiymətləndirməmizə görə, fiziki işlərə 2024-cü ilin fevralından gec olmayaraq başlanacaq. Biz İran şirkətinin iş planını gözləyirik", - Qaleçyan bildirib.
İki gün əvvəl İstanbulda olan zəlzələ ilə Bakıdakı zəlzələnin nə əlaqəsi? - Naci Görür detalları açıqladı


Xəzər dənizində 68 km dərinlikdə, 5,6 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub. Həmçinin 2 gün öncə İstanbulda da 5,1 bal gücündə zəlzələ olmuşdu. Zəlzələ təxminən 9 kilometr dərinlikdə qeydə alınmışdı.

Hadisə ilə bağlı türkiyəli alim, seysmoloq Prof.Dr. Naci Görür Publika.az-a açıqlama verib.

O qeyd edib ki, 2 gün öncə İstanbulda olan zəlzələnin Bakıdakı zəlzələ ilə əlaqəsi yoxdur:

"Bu zəlzələlərin bir-biri ilə əlaqəsi yoxdur. Həm məsafə var, həm də fərqli fay qatlarıdır. Ümumiyyətlə bu zəlzələlərin bağlılığından söhbət gedə bilməz. Bakı üçün deyə bilmərəm, amma İstanbulda yenidən zəlzələ olacağı gözlənilir”.
Fransanın azərbaycanlı jurnalistə qarşı qanunsuz davranışı ilə bağlı RƏSMİ AÇIQLAMA


"AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı Aygün Həsənovanın bu ölkənin rəsmi dairələri tərəfindən jurnalist kimi peşəkar fəaliyyətini yerinə yetirməsinə qanuni əsas göstərmədən maneçilik törədilməsini və polis bölməsində saxlanılaraq "arzuolunmaz şəxs” qismində ölkədən çıxarılmasını jurnalistin informasiya əldə etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirir və qınayırıq”.

Bu barədə Medianın İnkişafı Agentliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, jurnalistin məhz Azərbaycandan gəldiyini əsas götürərək peşəkar fəaliyyətinə müdaxilə edilməsi və polis nəzarəti altında saxlanılaraq təyyarəyə minənədək müşahidə altında olması hadisənin siyasi sifariş olduğunu deməyə əsas verir.

Vurğulanıb ki, bu, Fransada müxtəlif tədbirləri işıqlandıran jurnalistlərin, o cümlədən Azərbaycan media təmsilçilərinin peşəkar fəaliyyətinə maneçilik törədilməsi, onların informasiya əldə etmək hüququnun kobud, qeyri-qanuni üsullarla qarşısının alınmasına yönəlmiş növbəti addımdır.

"Biz dünyada ifadə azadlığının vəziyyətini qiymətləndirmək kimi kifayət qədər geniş və ciddi missiyanı öz üzərinə götürmüş beynəlxaq təşkilatların, jurnalistlərin hüquqlarının qorunması sahəsində ixtisaslaşmış QHT-lərin məsələyə münasibət bildirməsini tələb edirik", - bəyanatda qeyd olunub.
Axtarış
Xəbər lenti
Reklam