Daha 10 ailə Zəngilanın Ağalı kəndinə yola salındı

Tarix: 21-07-2022, 13:51 / Oxunub: 356
Daha 10 ailə Zəngilanın Ağalı kəndinə yola salındı
Bu gün daha 10 ailə, təxminən 48 nəfər Zəngilanın Ağalı kəndinə yola salınıb.

Zəngilandan olan məcburi köçkünlər Masazırda məskunlaşdıqları şəhərcikdən yola düşüblər.

Səhər saatlarında Zəngilan Rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşan sakinlər sevinc göz yaşı içində bir-birini təbrik edib, qucaqlaşaraq vidalaşıblar.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edib. Zəngilanlılar, ağalılar qarşısında çıxış edən R.Həsənov bildirib ki, Prezident, Ali Baş komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Vətən müharibəsində qələbə qazanıb. O, bu zəfəri bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əydiyini bildirib, qazilərə can sağlığı diləyib.

Qeyd edək ki, proses 4 mərhələdən ibarətdir. Növbəti mərhələdə daha 11 ailə yola salınacaq. Beləliklə də Zəngilana köçürülən sakinlərin sayı 200-ə çatacaq.

Axtarış
Xəbər lenti
Reklam