Bu dairələrdə parlament seçkiləri təkrar keçiriləcək - SİYAHI

Tarix: 13-02-2020, 17:30 / Oxunub: 373

 


 

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasda 4 Seçki Dairəsi üzrə nəticələri ləğv etdi.
Bu dairələr - 33 saylı Xətai birinci, 74 saylı Lənkəran kənd, 35 saylı Xətai üçüncü, 80 saylı İmişli- Beyləqan seçki dairələridir.
Seçki Məcəlləsinin tələblərinə əsasən bu dairələrdə yenidən seçki keçiriləcək.
Xatırladaq ki, 9 fevral parlament seçkilərində 33 saylı Xətai birinci seçki dairəsindən Hüseynbala Mirələmov, 35 saylı Xətai üçüncü seçki dairəsindən Rauf Abbasov (Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsindən Hadı Rəcəbli, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Çingiz Qənizadə qalib elan olunmuşdu.


Axtarış
Xəbər lenti
Reklam