Qarabağakı hərbi hissələr varlı ABŞ ermənilərinin ailə təsərrüfatına çevrilir

Tarix: 14-02-2020, 11:30 / Oxunub: 359

Qarabağakı hərbi hissələr varlı ABŞ ermənilərinin ailə təsərrüfatına çevrilir

 

 

Separatçı rejim öz hərbçilərini satır...

 

Azərbaycanın işğal edilmiş torpaqlarında mövcud olan hərbi hissələr ABŞ-dakı varlı ermənilərin ailə təsərrüfatına çevrilməkdədir.

 

Maliyyə-iqtisadi baxımdan acınacaqlı vəziyyətdə olan separatçı rejim, Ermənistanın bütün yardımlarına baxmayaraq, ordunu saxlamaqda ciddi çətinliklərlə üzləşməkdədir.

 

İşğalçı ordunun ərzaq, geyim, hamam və s. kimi elementar ehtiyaclarını belə qarşılaya bilməyən Qarabağdakı qondarma “respublika”, bu problemdən qurtulmaq üçün əcaib üsula əl atıb. Belə ki, ordunun xərclərini necə olursa-olsun azaltmağa çalışan separatçı rejim, hərbi hissələri  ABŞ-dakı varli ermənilərin ailə təsərrüfatına çevrilməsinə razılıq verib. 

Belə ki, Qarabağdakı bəzi hərbi hissələri ABŞ-dakı varlı erməni ailələri arasında bölüşdürən işğalçı rejim, hər bir hərbi hissəni bir erməni ailəsinin ixtiyarına verməklə, onların bütün xərcini də bu ermənilərin üzərinə qoyub. Bu yenilik hərbi hissələri separatçı rejimdən daha çox, ABŞ ermənilərinin şəxsi mülkiyyətinə çevirib. Artıq “satılan” hərbi hissələrin girişində həmin hərbi hissənin hansı ABŞ ermənisinə məxsusluğunu əks etdirən plakatlar yerləşdirilib.

 

Separatçı rejimin “yiyəsiz qalan” hərbi hissələr üçün yeni müştərilər axtardığı bildirilir.



Axtarış
Xəbər lenti
Reklam