İran prezidenti istefaya gedir? - ŞOK İDDİA

Tarix: 14-02-2020, 13:30 / Oxunub: 32

 


 

İranda ölkə başçısı Həsən Ruhaninin istefaya gedəcəyi ilə bağlı şayiələr yayılıb.
Bu barədə “Al-Monitor” elektron qəzeti yazıb.
Nəşr sözügedən iddiaların arxasında keçmiş deputat Əlirza Zakaninin dayandığını qeyd edib.
İddiaya görə, Ə.Zakani ötən həftə mühafizəkar deputatlarla görüş zamanı deyib ki, hakimiyyət ABŞ-la danışıqların başlanmasına nail ola bilməyəcəyi təqdirdə, H.Ruhani istefaya gedəcək.
Sözügedən məsələyə artıq rəsmi münasibət bildirilib. İran hökumətinin rəsmi nümayəndəsi və Ruhaninin köməkçisi Əli Rabi məsələ ilə bağlı deyib:
“Ruhani prezidentlik müddətinin başa çatmasına qədər ölkəmizlə qalacaq”.(


Axtarış
Xəbər lenti
Reklam