Ərdoğan Kılıçdaroğluna 500 min lirə tələb edir

Tarix: 14-02-2020, 14:00 / Oxunub: 31

 


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kılıçdaroğlundan 500 min lirə mənəvi təzminat tələb edir.
Prezident Rəcəb Tayyib Ərdoğanın vəkili Hüseyin Aydının Ankara Respublika Baş Prokurorluğuna verdiyi ərizədə CHP lideri Kılıçdaroğlunun partiyasının qrup iclasında verdiyi sərt ifadələr yer alıb.
Qeyd edək ki, Kılıçdaroğlu, prezident Rəcəb Tayyib Ərdoğanı FETÖ'nün “siyasi qanadı” olmaqda günahlandırıb. Məhz bu səbəbdən  prezident Rəcəb Tayyib Ərdoğanın vəkili Hüseyin Aydın Ankara Respublika Baş Prokurorluğuna ərizə ilə müraciət edib.


Axtarış
Xəbər lenti
Reklam