BMT-dən Türkiyəyə çağırış: “Daha çox qaçqın qəbul edin”

Tarix: 22-02-2020, 12:30 / Oxunub: 316

 


 

BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının italyan nümayəndəsi Filippo Qrandi Türkiyə və Suriya ilə qonşu ölkələri daha çox qaçqın qəbul etməyə çağırıb.
Avropa.info xəbər verir ki, Qrandi “Müharibənin başa çatması və insanların həyatının xilas edilməsi üçün təhlükəsizliyə ehtiyacları var. Türkiyə daxil qonşu ölkələri qaçqın qəbulunu artırmağa çağırıram. Beləliklə, təhlükə altında olan insanlar da təhlükəsiz yerə gedə bilərlər” deyib.
İtaliyalı nümayəndə qaçqınları qəbul edən ölkələrə daha çox beynəlxalq yardım göstərilməsini istəyib. O, Suriyadan qaçqın düşən mülki əhali sayının 4 milyon olduğunu deyib. Rəsmi məlumatlara görə, Türkiyədə 4 milyon nəfər suriyalı qaçqın yaşayır.


Axtarış
Xəbər lenti
Reklam