Səttar Möhbalıyev: Moskva Bəyanatı regional inkişafın müsbət dinamikasını təmin edəcək
Tarix: 13-01-2021, 14:09 / Oxunub: 332

2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, habelə Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat ölkəmizin öz torpaqlarını işğaldan azad etmək uğrunda apardığı Vətən müharibəsinin Azərbaycanın tam qələbəsilə başa çatmasını hüquqi cəhətdən təsdiq etməklə yanaşı, həm də özündə müharibədən sonrakı dövr üçün regionun iqtisadi inkişafına dair mühüm məqamlar əks etdirir. O cümlədən bölgədə nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələsinə bu sənəddə xüsusi diqqət ayrılıb. Bəyanatın 9-cu maddəsində qeyd olunur ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Bu da o deməkdir ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.
2021-ci il yanvarın 11-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən növbəti görüş də iki ay öncə imzalanmış üçtərəfli bəyanatın müddəalarından irəli gələrək, regionda dinc həyatın və iqtisadi inkişafın təmin olunması istiqamətində atılacaq növbəti addımların birlikdə müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir.
Moskva görüşünün nəticəsi olaraq imzalanmış yeni bəyanat sözsüz ki, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, bölgənin iqtisadi inkişafına xidmət edəcək. Görüşün mühüm nəticələrindən biri "Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi kimi "Mehri dəhlizi”nin açılması olacaq ki, bu da ilk növbədə Naxçıvana və sonra da qardaş Türkiyəyə dəmir yolunun açılması deməkdir. Əlbəttə ki, bu layihələrin reallaşması ilə Azərbaycanın geoiqtisadi mövqeləri daha da güclənəcək. Həm də bu kommunikasiya xətləri təkcə Azərbaycan üçün deyil, eyni zamanda, region ölkələrinin hamısı üçün böyük əhəmiyyət kəsb edəcək. Təsadüfi deyil ki, üçtərəfli görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda bu məqamı xüsusi vurğulayaraq demişdir: "Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq.”
Beləliklə, yanvarın 11-də Moskva görüşünün nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindəndən imzalanmış Bəyanat Cənubi Qafqazda vəziyyətin stabilləşməsi və iqtisadi inkişafın müsbət dinamikasının təmin olunması yönümündə tamamilə yeni perspektivlər açmış oldu.
Səttar Möhbalıyev
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
|
||
|
Axtarış
Qaynar-xett TV
Xəbər lenti
Bu gün, 15:30

Azərbaycan əsgəri minaya düşərək şəhid olub - FOTO
Bu gün, 15:00

Səməd Seyidov: "AŞPA sessiyasına ilk dəfə ərazi bütövlüyünü bərpa etmiş ölkə kimi gedirik"
Bu gün, 14:00

AVCİYA Quba qalası ilə bağlı nazirə müraciət ünvanladı
Bu gün, 13:30

Kirayədə yaşayan prokurorluq işçilərinə ailə üzvlərinə görə də pul kompensasiyası ödəniləcək
Bu gün, 12:30

“Neftçi” və “Qarabağ” səfərdə qələbə qazanıb
Bu gün, 11:00

O doğulmamış atası Sibirə sürgün edildi, ömrünü mənfi rollara həsr etdi - Kinomuzun “Göygöz kosa”sı...
Bu gün, 10:30

"Qızlar maşını, evi olan oğlana ərə getmək istəyir"
Bu gün, 10:00

Əli Əsədov Türkiyəyə dəvət olundu
Bu gün, 09:30

Ersin Tatardan 20 Yanvar mesajı: "İstiqlal uğruna canlarını verənlər bugünkü zəfərin təməlini atdılar"
Dünən, 17:00

Üç Avropa ölkəsi 20 Yanvarı birlikdə andı - FOTOLAR
Dünən, 16:00

Qırğızıstan hökuməti istefaya getdi
Dünən, 13:30

“Kobud danışan rus əsgərinin cavabını verdim, avtomatı üstümə çəkdi, adamlar araya girməsə...”
Dünən, 11:30

“İndiyə kimi qeyri-rus millətindən olan bu qədər insan Rusiyaya qarşı belə çıxış etməyib”
Dünən, 10:30

İtaliya hökuməti “Pfizer”i məhkəməyə verəcək
Dünən, 08:00

Üçüncü ölkələrdən Azərbaycan və Türkiyəyə səfər zamanı pasportdan istifadə məcburi olacaq
20-01-2021, 18:00

Ötən il “Google”da ən çox axtarılan sözlər məlum olub
Reklam

Ən çox oxunanlar