Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanda Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukla Ermənistan-Rusiya əməkdaşlığını və Qarabağdakı mövcud vəziyyəti müzakirə edib.

Bu barədə Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, Paşinyan görüşün gedişatında Ermənistan-Rusiya qarşılıqlı əlaqələrinin müzakirəsi kontekstində Overçukun səfərinin əhəmiyyətini qeyd edib.

Paşinyan Overçukla Dağlıq Qarabağda yaranmış vəziyyəti, Ermənistana humanitar yardımı müzakirə edib. Ermənistanın baş naziri xüsusən Rusiya rəsmisi ilə erməni əsirlərin və müharibədə həlak olanların meyitlərinin dəyişdirilməsini diqqət mərkəzində saxlayıb.

Hökumət rəsmiləri eləcə də Ermənistan-Rusiya əlaqələri məsələsi ətrafında müzakirələr aparıblar. Ermənistanın baş naziri və Rusiya Federasiyasının baş nazirinin müavini en

 
 


 

Rusiya baş nazirinin müavini Aleksey Overçuk İrəvana gedib.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənstan baş nazirinin mətbuat xidməti yayıb.

Məlumata görə, Overçuk İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb. Görüşdə əsas müzakirə mövzusu Qarabağdakı vəziyyət olub.

 
 


 

İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin İsrailin ABŞ-a qarşı provokasiya hazırlaması haqqında sözləri tam sərsəmləmədir.

Axar.az xəbər verir ki, bunu İsrail energetika naziri Yuval Ştaynits deyib.

"Əvvəla Tehran təhlükəsizlik, iqtisadiyyat sferasında məhdud şərtlər çərçivəsindədir. Biz Zərifin sərsəmləməsini eşidirik. Bu, tam sərsəmləmədir. Bu, xəbərdarlıq işarəsidir və İran bəhanə axtarır ki, İsrailə zərbə endirsin. İsrail əlini nəbzində tutmalıdır”, – deyə o bildirib.

Qeyd edək ki, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın əlində ABŞ mövqelərinə İsrail agentləri tərəfindən hücum ediləcəyinə dair kəşfiyyat məlumatlarının olduğunu demişdi. O bu hücumun müharibənin başlanğıcı üçün bəhanə olacağını bildirmişdi.

 
 


 

Ermənistan Türkiyənin 2250 adda məhsulunu İran malıyla əvəz edəcək.

Axar.az xəbər verir ki, bu məlumatı "Mehr” agentliyi öz mənbəsinə istinadən yayıb. Agentlik bunun İran istehsalçıları üçün yaxşı imkan olduğunu bildirib.

Mənbə Ermənistanın növbəti addımının İrandan yanacaq tədarükünün olacağını söyləyib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Vətən müharibəsində Azərbaycana yardımından dolayı Türkiyəyə 6 aylıq "sanksiya” tətbiq edib. Nikolun bu "sanksiya” qərarı sosial şəbəkələrin erməni seqmentində belə gülüş hədəfinə çevrilib. Belə ki, Ermənistan bazarının hazırda hansı səviyyədə olduğu hər kəsə bəllidir və belə bir cırtdan, iqtisadi potensialı olmayan bir ölkənin Türkiyəyə sanksiyası gülüş doğurmaya bilməz.

 
 


 

"Bayrağımızı Suqovuşana asmaq həm məsuliyyətli, həm gözəl, həm də şərəflidir. Döyüş başlamazdan əvvəl bayraq məndə idi, ora gedib çatanda biz həmin Talış istiqamətindən meşə ilə hərəkət etdik, 4 günə yaxın meşədə qaldıq.Yorğun şəkildə gəlib Suqovuşanın üstündəki hündür bir yüksəkliyə çatdıq. Komandir dedi ki, aşağı 4 nəfər düşüb, bayrağı asmalıdır” 
Bunu Moderator.az-a Suqovuşana bayrağımızı sancan qəhrəmanımız İlkin Fərzəliyev deyib.  Xüsusi təyinatlı qüvvələrdə xidmət edən İlkin vətən müharibəsi dövründə bir sıra yaşayış məntəqələrimizin, strateji yüksəkliklərin işğaldan azad olunmasında böyük məharət göstərib. Qəhrəmanlarımız 3 rəngli müqəddəs bayrağımızı vətən torpaqlarına sancmaq üçün şərəflə vuruşdular. İlkin daha sonra əlavə edib.
 
"Komandirə dedim ki, mənim üstümdə bayraq var, dedi ki, düş aşağı as. Mənimlə birlikdə aşağı 3 döyüşçü yoldaşım da düşdü. Biz ora ağır şərtlər qarşılığında düşdük. Nə cəhətdən ağır şərt? Çünki bayraq asılan yerdən, mənim arxa hissəmdən 1500-1800 metrlikdə ermənilər təpənin üstündə dayanmışdı. Yəni orda ermənilərin olduğunu bilirdik. Bizə elə gəlirdi ki, bu torpaqlar 28 ildir xilaskarlarının yolunu gözləyirdi. O torpaqlara ayaq basdığımız an sanki torpaq sanki səni özünə çəkirdi. Neçə illərdir bizim həsrətlə baxdığımız kimi inanın ondan da böyük həsrətlə o torpaqlar bizi gözləyirdi” - deyə qəhrəmanımız bildirib.

 
 


 

Müharibə meydanında Azərbaycan ordusunun qarşısında məğlubiyyətə uğrayan Ermənistan Rusiyanın səyləri nəticəsində hərbi əməliyyatların dayandırılmasına nail oldu.

Ancaq ”10 Noyabr razılaşması”ndan sonra rus sülhməramlılarının bölgəyə gəlişi Ermənistanı təxribatçı əməllərinə davam etməyə stimul verib.

Belə ki, razılaşmaya zidd gedən Ermənistan işğalda saxladığı digər bölgələrimizi qaytarmaq niyyətində deyil.

Hadruta son hücum da bunu deməyə əsas verib.

Bu prosesdə Rusiyanın tərəddüdlü və riyakar mövqeyi də diqqətdən yayınmır. Qarabağdakı ermənilərə yardım edən Rusiya sülhməramlı missiyasından daha çox Ermənistana dəstəyini ifadə edir.

Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov Gununsesi.info-ya müsahibəsində yaranmış vəziyyəti dəyərləndirməyə çalışıb.

 
– Elman müəllim, Xocalıdan nə xəbər var? Ermənilər deyəsən, Sizin şəhəri qaytarmaq niyyətində deyil.

– Ermənilər təkcə Xocalını yox, ümumiyyətlə işğal etdikləri bir qarış da torpaqlamızı qaytarmaq fikrində deyildilər. Ancaq biz torpaqlarımızı işğaldan azad etdik. Müəyyən ərazilər var ki, onların geri qaytarılması üçün proses gedir. Ağdərə, Xankəndi, Xocalı, Xocavəndin bir hissəsində  hələlik erməni silahlı birləşmələri qalmaqda davam edir. Ancaq biz o dediyim ərazilərin hamısını erməni silahlı birləşmələrindən azad edəcəyik. Tam əmniliklə deyirəm ki, biz bütün ərazilərimizi azad edəcəyik, doğma yurd-yuvamıza qayıdacağıq. Xocalılar da, Xankəndnin, Xocavəndin, Ağdərənin sakinləri də səbirsizliklə o günü gözləyirlər.

Rəsmi məlumat deyirəm ki, Xocalının Xankəndi – Şuşa istiqamtində olan 11 yaşayış məntəqəsində-  Çanaqçı, Sığnaq, Baharlı, Dəmirçilər və s Azərbaycan ordusunun nəzarətindədir, bu ərazilər düşməndən tam təmizlənibdir.

Eyni zamanda məlumat üçün deyirəm ki, atıq bir həftəfən çoxdur ki, Xocalı rayon polis şöbəsinin bir qrup polis işçisi Daxili Qonunlarımızla birlikdə, həmin ərazidə yerləşib və orada asayişi bərpa edilər. Həmin ərazilərdə xidmət aparırlar.

– Xocalının deputatı kimi rayona səfər etmisinizmi?

– Hal-hazırda Xocalı  düşmən nəzarətindədi. Bizim ora getməyimiz də mümkün deyil . Oranı düşməndən təmizləyəcəyik  və gedəcəyik. Biz qarış da olsun ərazimiz düşmən nəzarətində qalmayacaq. Zamana ehtiyac var.

– Bu o deməkdir ki, münaqişə həllini tapmayıb və qarşıda zamanı gözləməliyik?

– Uzun zamandan söhbət gedə bilməz,  söhbət ay söhbətidir. Yəni ki, söhbət Şuşanı, Füzulini və digər bölgələrimizi gölədiyimiz kimi on illərdən getmir. Bu gün Şuşaya getdiyimiz kimi Xocalıya da gedəcəyik. Bu prosesi 2021-də yaşayacağıq.

Prezidentimiz də bəyan edib ki, təxribat olacaqsa, cavabı da ağır olacaq.

 –  Rusiya sülhməramlılarının prosesi pozması, ermənilərə dəstək verməsi barədə iddialar var. Bu haqda nə düşünürsünüz?

– Ruslar orada erməniləri təkcə qızışdırmırlar. Eyni zamanda ermənilərə bir ümidverici dəstək göstərirlər. Bu da bizim hər birimizi bütün cəmiyyəti haqlı olaraq narahat edən məslədir.  Sülhməramlılıq misiyası var. Beynəlxalq arenada sülhməramlılıq hansı səlahiyyətə malikdir? Onlar hansı işləri görə bilərlər? Ancaq bu müddət ərzində Rusiya sülhmaralıları özlərinin bəzi hərəkətləri ilə bu səlahiyyətləri çox ciddi şəkildə aşırlar, kənara çıxırlar. Məslən Azərbaycanın beynəlxalq axtarışa verdiyi və Azərbaycanın konustitusiyasını ciddi şəkildə pozan şəxslərlə danışıqlar aparırlar, ünsiyyətdə olurlar. Tanınmamış cinayətkar qondarma qurunun rəhbəri cinayətkar Arayik Harutyunyanla, Xocalı soyqrımının ən qəddar hərbi canilərindən, terroçulardan biri olan Vitalı Balasanyanlarla  və digərləri ilə. Tədbirlərdən video görüntülərində görsənir ki, qondarma rejimin bayrağı ilə Rusiya bayrağı eyni masanın üzərinə qoyulur. Biz də onlara haqlı narazılığımız bildiririk. Mən tam qətiyyətlə deyirəm ki, Azərbaycan dövlətinin rəhbərliyi Rusiya dövlətinin rəhbərliyinə öz etirazını bildirir və tələb edir ki, öz sülhməramlılıq  missiyasından kənara çıxmamlalıdır. Onlar fəaliyyətlərini belə davam edtirəcəklərsə təbii ki, Azərbaycan tərəfi tədbir görməli olacaq. Dekabr ayı ərzində Xocavənd rayonunu  Hadrut qəsəbəsin ətrafında Tuğ kəndi ətrafında Azərbaycan ordusu  DTX anti-terror əməliyyatı keçirdilər.   Məhv olanlar məhv oldu. Ancaq çox sayda əsir götürüldü. Əslində onları əsir götürmək lazım deyildi. Çünki, müharibə başlayandan sonra dəstələr bu ərazidə qeyri-qanuni fəaliyyət göstərir. Bunlar canilərdir, quldurlardı. Onlar yerindəcə məhv olmalıdır. Ancaq bizimkilər əsir götürdü. Onları Rusiya Sülhməramlılarına verdi. Rusiya Sülhməramlıalrı nə etdi? Aparıb Ermənistana təhvil verdi. Ermənistan da  Azərbaycana  qarşı döyüş keçirdiyi üçün onları hətta təltif də etdi. Bəlkə də silahlandırdı ərazimizə göndərdi. Bu kimi və digər sadalanası hallar çoxdur. Bu da öz növbəsində Rusiya Sülhməramlılarının Sülhməramlılıq missiyasını şübhə altına alır. Təbii ki, biz bunlarla barışmayacıq. Yəqin ki, müvafiq tədbirlər görüləcək. Hətta bu yaxın günlərdə Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu Rusiya Federasiyasıın Prezidenti Vladimir Putinə məruzəsində belə bir fikir səsləndirdi ki, biz Qarabağ ərazisində hər biri ən azı 300 nəfərdən ibarət 32-dən çox hərbi şəhərçik salmaq fikrindəyik. Bu nə deməkdir? İndi bu 32-dən çox şəhərcikdə yerləşdiriləcək hərbçini 300-ə vuranda 10 minə yaxın əsgər edir. Belə çıxır ki, sənəddə göstərildiyi kimi Rusiya Sülhməramlıları 1960 yox 10 000 nəfərə çatdırılmalıdır bunun sayı. Təbii ki, Azərbaycan bununla razılaşmayacaqdır.

 
 


 

Ermənistan iqtisadiyyatını xilas etmək və mümkün kollapsın qarşısını almaq üçün populist addımlardan təcili imtina etmək lazımdır.

Bunu Ermənistanın keçmiş maliyyə naziri, maliyyə menecmenti üzrə beynəlxalq mütəxəssis Vardan Aramyan yerli mediaya açıqlamasında 2021-ci ildə ölkəni gözləyən maliyyə-iqtisadi problemlərdən danışarkən deyib.

"Populist addımlar iqtisadi potensialın israfına gətirib çıxarır, yəni: hökumətin bu an üçün hərəkətləri ona hesablanıb ki, cəmiyyət məsələn, kimin üçünsə doğum müavinətinin həcmini artırdığına görə Nazirlər Kabinetini tərifləsin. Və ya cəmiyyət deməlidir ki, heç bir hökumət indiki hökumət qədər minimum əmək haqqını kəskin artırmayıb”, - deyə Aramyan fikrinə davam edib.

Keçmiş nazirin sözlərinə görə, hakimiyyət orqanlarının son iki il yarımdakı ağıllı olmayan iqtisadi siyasəti Ermənistan iqtisadiyyatının onurğa sütununu qırıb: "Bundan əlavə, 2021-ci ildə Ermənistanı bu sahədə çox ciddi risklər təhdid edir. Yeri gəlmişkən, Qarabağdakı müharibədən və koronavirus pandemiyasından əvvəl - 2019-cu ildə investisiyaların həcmi 14% azalmışdısa, 2020-ci ildə bu rəqəm 20% olub”.

Eks-nazir hesab edir ki, investisiya qoyuluşları və ya perspektivli iqtisadi siyasət üçün dörd əsas amil vacibdir: "Vergi-büdcə sabitliyi, pul-kredit və maliyyə sabitliyi, siyasi sabitlik və təhlükəsizlik”.

Onun qənaətincə, mövcud böhranlı vəziyyətdən çıxmağın yeganə yolu iqtisadi siyasətin sərtləşdirilməsi ola bilər. Aramyana görə, onun proqnozları hökumətdən gələn siqnallara əsaslanır. "Baş nazir səviyyəsində hökumət müəyyən xərcləri öz üzərinə götürəcəyini bəyan edir. Belə davam edərsə, Ermənistan iqtisadi kollaps və defolt təhlükəsi ilə üzləşəcək”, - deyə sabiq maliyyəçi xəbərdarlıq edir.

Aramyan təklif edir ki, arzuolunmaz ssenaridən yayınmaq üçün hökumət vəziyyətin qəti olaraq pisləşməsini gözləmədən xalq üçün ağrılı vasitələrdən istifadə etməlidir: "Hökumətin apardığı siyasət isə iqtisadi vəziyyəti yalnız ağırlaşdırmaqdadır. Bəli, zaman gələcək ki, iqtisadiyyat cari xərcləri qarşılamaq üçün kifayət qədər pul generasiya edə bilməyəcək. Və borc verənlər – kreditorlar da ya borc verməyi dayandıracaq, ya da astronomik faizlə borc verəcəklər. Bunun nəticəsi isə iqtisadi kollaps olacaq. Nə vaxt ki, investorlar borc verməkdən imtina edirlər və defolt baş verir”.

Mümkün hakimiyyət dəyişikliyi ilə iqtisadi siyasətdəki dəyişikliyə gəlincə, keçmiş maliyyə naziri yenə nikbin deyil. "Öz üzərinə bu cür öhdəliklər götürən siyasi qüvvə riskə getməli, populist addımlardan imtina etməli və qeyri-populyar addımlara əl atmalıdır – hansı ki, ictimai narazılıq dalğasına səbəb olacaq”, - deyə o əlavə edib.

Göründüyü kimi, II Qarabağ müharibəsində sarsıdıcı zərbə almış Ermənistanın iqtisadiyyatını heç vaxt olmadığı qədər ağır bir il gözləyir. Məğlub ölkənin maliyyə-iqtisadi durumu hələ müharibəsən öncə də təngnəfəs idi. Kritik durumdan çıxmağın tək yolu isə Ermənistanın Azərbaycan və Türkiyə kimi iki əsas və böyük qonşusu ilə iqtisadi-ticari əlaqələri təcili və tam qaydada bərpa edib normal inkişaf yoluna çıxmaqdan keçir. Bundan ötrü də ilk növbədə kommunikasiyalar, sərhədlər açılmalıdır. Şərtlər çoxdan masa üzərində...(Musavat.com)

 
 


 

Ukraynanın dövlət başçısı Vladimir Zelenski paylaşdığı görüntülü yeni il mesajı ilə həmvətənlərinin yeni ilini təbrik edib. 

Videonun 2020-ci ildə Ukraynanın dostluğunu gücləndirdiyi və strateji tərəfdaş olduğu ölkələrin vurğulandığı hissəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da olması diqqət çəkib.

Moderator.az xəbər verir ki, Vladimir Zelenski sözügedən bayram mesajında, "2020-ci ildə utandığımız və qürurlandığımız şeylər oldu. Unutmaq istədiklərimiz də, unutamayacaqlarımız da yaşandı" ifadələrindən istifadə edilib.

Qeyd edək ki, Ukrayna dövləti təərfindən daha əvvəl edilən açıqlamada, Ukraynanın ən əhəmiyyətli strateji tərəfdaşlarının ABŞ, Almaniya, Fransa, Polşa və Türkiyə olduğuna bildirilmişdi.

 
 


44 günlük Vətən Müharibəsinin az qala yarısını bunkerdə gizlənməklə canını Şanlı Azərbaycan Ordusunun zərbələrindən qorumağa macal tapan terrorçu, Qarabağdakı erməni separatçılarının rəhbəri Arayik Arutyunyan və ermənipərəst Rusiya müxbiri Semyon Peqovla bu gün ermənilərin yeni hazırlanan səngərlərində olublar. 


Seperatçıların rəhbəri yeni qazılmış səngərlərdə Azərbaycan əsgərinə qarşı mövqe tutan erməni əsgərləri ilə salamlaşıb.

Həmin videonu təqdim edirik:

 

 


 
 


 

Laçın rayonu ərazisində yerləşdirilən Rusya sülhməramlı qüvvələrinin əsgəri Yeni il münasibətilə erməniləri təbrik edib.

Sosial şəbəkədə paylaşılan video görüntüdə rus əsgərin ermənilərə müraciət edərək qorxmamaları və onlardan geri dönmələri istənilir. "Əziz ermənilər” deyərək müraciət edən rus əsgəri onları qorumaq üçün burda olduqlarını bildirib. 

Həmin video görüntünü olduğu kimi təqdim edirik:

 

 

Axtarış
Xəbər lenti
Reklam