Səttar Möhbalıyev:

"Bu gün Azərbaycan dövləti tərəfindən ölkədə əhalinin rifahının daha da artırılması məqsədilə sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi istiqamətində davamlı olaraq məqsədyönlü və yüksək effektivliyə malik addımlar atılır. Son illər ərzində əldə olunmuş sosial-iqtisadi və siyasi nailiyyətlər bu ndan sonra Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, sahib olduğumuz potensial və imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.”– bu sözləri saytımıza verdiyi müsahibəsində Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.

Əməkadşımızın suallarını cavablandıran millət vəkili bildirib ki, sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin müəyyənləşdirilməsi bu sahədə növbəti illərdə daha yüksək iqtisadi göstəricilərin əldə olunmasına zəmin yaradır: "İlk növbədə qeyd etmək lazımdır ki, Vətən müharibəsində əldə olunmuş tarixi qələbə nəticəsində Cənubi Qafqazda yaranmış yeni siyasi reallıqlar regionda həm də yeni iqtisadi mənzərə formalaşdırıb. 30 ildən artıq müddət ərzində davam edən münaqişənin effektiv həlli regionun təhlükəsizliyini və kommersiya cəlbediciliyini təmin edən strateji göstəricidir. Həmçinin torpaqlarımızın işğaldan azad olunması ölkəmiz üçün həm də əlavə iqtisadi imkanlar açmışdır. Məlumdur ki. bu ərazilər böyük iqtisadi potensiala malıikdir və Azərbaycan sözsüz ki, bu potensialdan yararlanacaq. Həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına qatılması, yeni yaradılan və bərpa edilən beynəlxalq və regional nəqliyyat dəhlizlərinin imkanları Azərbaycanın inkişafına böyük təkan verəcək. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu daha da möhkəmləndirəcək.”
Daha sonra AHİK sədri vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş Milli Prioritetlər növbəti onillikdə iqtisadi artımın davamlı olmasını, milli iqtisadiyyatın daha da şaxələndirilməsini, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılmasını təmin etmək baxımından qarşımızda tamamilə yeni imkanlar açır: "Heç şübhəsiz bu gün Azərbaycan iqtisadiyyatının inkişaf sürəti və dinamikası indiyədək dünyanın heç bir ölkəsində müşahidə olunmayıb. Lakin Ölkə Prezidenti tərəfindən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyən edilmiş beş Milli Prioritet bu inkişafı artıq tamamilə yeni, keyfiyyətcə daha yüksək bir mərhələyə çıxaracaq. Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat – ölkə iqtisadiyyatının davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmasını, bu əsasda yüksək gəlirli iş yerlərinin yaradılmasını, insanların həyat səviyyəsinin ilbəil yaxşılaşmasını nəzərdə tutur. Həmçinin bu prioritetin reallaşdırılması ilə qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payıının artırılmasına və iqtisadiyyatda qeyri-neft sektorunun payının artmasına nail olunacaq. Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət – bu prioritetin reallaşması ilə inkişafdan hər bir vətəndaşın bəhrələnməsinə, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsinin təmin edilməsinə, yüksək və ədalətli sosial təminata, ölkədə yoxsulluğun və işsizliyin səviyyəsinin minimuma endirilməsinə nail olunacaq. Eyni zamanda bu prioritet paytaxt və regionların tarazlı inkişafını, bu məqsədlə regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resursların tamamilə iqtisadi dövriyyəyə cəlb edilməsini nəzərdə tutur. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı – bu prioritetin əsas məqsədi gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün ölkəmizin yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas amillər kimi diqqət mərkəzinə çəkilir. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış – təbii ki, ölkənin ərazi bütövlüyünün təmin olunması ilə işğal dövründə öz doğma torpaqlarından köçkün düşən insanların vətənə, dədə-baba yurdlarına qayıdışının təmin olunması kimi son dərəcə vacib bir prosesi nəzərdə tutur. Bu prioritet vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Bunun üçün isə, Prezident İlham Əliyevin dediyi kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Nəhayət, Təmiz ətraf mühit və "yaşıl artım” ölkəsi – ekoloji təmiz texnologiyaların tətbiqinə, təmiz enerji mənbələrindən istifadəyə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası işlərinə əhəmiyyətli yer verilməsini nəzərdə tutur. Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu prioritetin reallaşdırılması ilə Azərbaycan qlobal iqlim dəyişikliklərinə məruz qalan planetimizdə ekoloji tarazlığın bərpa olunması işinə öz töhfələrini vermiş olacaq.”
Sonda Səttar Möhbalıyev belə bir məqamı da vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş Milli Prioritetlərin reallaşması həm də milli birliyimizin daha bir təntənəsi kimi öz təzahürlərini tapacaq: "Prezident İlham Əliyevin həyata keçirdiyi bütün möhtəşəm layihə və proqramlar kimi, sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər də Azərbaycan xalqının rifah səviyyəsinin yüksəldilməsinə və dövlətimizin iqtisadi-siyasi qüdrətinin artmasına dəqiq hesablanmışdır. Milli maraqlar, yeni reallıq və müasir dövr milli iqtisadiyyatımız üçün yeni strateji vəzifələri diktə edir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcəkdir. Beləliklə də, müharibə və pandemiya dövrünün ağır sınaqlarından çıxmış milli birliyimiz növbəti illərdə də özünün bariz təzahürlərini tapacaqdır. ”

Abbas Abbasov

AİA.Az

 
 


 

Ermənistan mətbuatı bu ölkənin Müdafiə Nazirliyində yanvarın 28-də baş nazir Nikol Paşinyanın iştirakı ilə baş tutmuş və az qala əlbəyaxa davaya çevriləcək görüş toplantı haqda yazır. 

Həmin gün Ermənistan məğlub ordunun yaradılmasının ildönümünü qeyd edirdi və baş nazir Paşinyan da bu münasibətlər Müdafiə Nazirliyinə yollanmışdı, ordunun yüksək komandan heyəti ilə görüşmək üçün.

"Qraparak” ("Meydan”) qəzeti yazır ki, Müdafiə Nazirliyindəki mənbələr həmin görüşün heç də hamar keçmədiyini danışır. Belə ki, toplantının əsas hissəsi başa çatandan sonra məhdud çərçivədə generalların iştirakı ilə nazirliyin rəhbərlərindən birinin kabinetində ayrıca toplantı olub. Orada Paşinyan yüksək zabit heyətini müharibədəki məğlubiyyətə görə ittiham edib, bu da Baş qərargah rəisi Onik Qasparyanı bərk qəzəbləndirib. Qasparyan söyüş söyüb, qapını çırpıb və otaqdan çıxıb. Onun ardınca adamlar çıxıblar, yola gətiriblər və geri qaytarıblar.


Bu vaxt müdafiə naziri Vaqarşak Arutyunyan "çıxış etməyə” başlayıb, Paşinyana nümayiş etdirməyə çalışıb ki, situasiyaya nəzarət edir. Arutyunyan hədələyərək deyib ki, bu cür addımlar atanları cəzalandıracaq. Lakin bu zaman toplantıda iştirak edən yüksək rütbəli zabitlər dərhal ona yerlərindən müdaxilə ediblər, başa salıblar ki, səsini kəsib yerində otursun, çünki heç nəyi həll etmir. Söhbət o dərəcədə kəskinləşib ki, Nikol Paşinyan barışdırıcı rolunu üzərinə götürüb, özünün qızışdırdığı münaqişəni yatırmağa və yoluna qoymağa çalışıb.

Əlbətdə, Paşinyan baş verənləri "udmayıb”, insidentdən dərhal sonra Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı cinayət işinin qaldırılmasını tapşırıb. Birinci iş silah alınması üzrə başladılıb və həmin iş üzrə qalmaqallı silah alverçisi David Qalstyan istintaqa cəlb olunub. Amma tezliklə nazirliyin digər yüksək vəzifəli şəxslərinin barəsində də cinayət işinin qaldırılması gözlənilir.(Virtualaz.org)

 
 


 

Erməni tərəfi hələ də Murov silsiləsi istiqamətində vuruşan itkin düşmüş Azərbaycan hərbçilərinin basdırıldığı yerləri (və ya olduqları yerləri) göstərməkdən imtina edir.

Bu barədə "Caliber” layihəsi öz mənbələrinə istinadən "Telegram” hesabında yazıb.

"Mövsüm, sərt hava şəraiti, dağlıq ərazi və ən əsası - minalarla dolu böyük bir ərazi axtarış missiyası üçün problemlər yaratmağa davam edir.

Buna görə də, erməni tərəfinin bizim ərazimizdə cəsədlərin axtarışını aparmasına qadağa qoyulması ilə bağlı bütün suallar Ermənistanın hərbi-siyasi rəhbərliyinə ünvanlanmalıdır. Ya mina xəritələri və qəhrəmanlarımızın basdırıldığı yerlərin dəqiq koordinatları, ya da hələ götürülməmiş erməni silahlıları azad edilmiş torpaqlar üçün gübrə rolunu oynamağa davam edəcək”, - deyə "Caliber” bildirib.

 
 


 

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq, "2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın formalaşdırılması, bu sahədə strateji planlaşmanın və idarəetmənin effektiv təşkili və əlaqələndirilməsi, habelə uyğun siyasət və islahat istiqamətlərinin müəyyən edilməsi məqsədilə yaradılan komissiyanın tərkibi məlum olub.

Nazirlər Kabinetindən verilən məlumata görə, Baş nazir Əli Əsədov bununla bağlı Sərəncam imzalayıb.

Komissiyanın sədri Azərbaycanın Baş naziri Əli Əsədov, müavini isə iqtisadiyyat naziri Mikayıl Cabbarovdur.

Komissiyanın tərkibinə həmçinin Azərbaycanın maliyyə, əmək və əhalinin sosial müdafiəsi, energetika, kənd təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, ekologiya və təbii sərvətlər, ədliyyə, təhsil, səhiyyə, gənclər və idman, mədəniyyət nazirləri, eyni zamanda Nazirlər Kabineti Aparatının rəhbəri, Dövlət Neft Fondunun icraçı direktoru, Mərkəzi Bankın, Dövlət Gömrük Komitəsinin, Dövlət Statistika Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Dövlət Turizm Agentliyinin sədrrləri və Baş nazirin köməkçisi daxildir.

Müəyyən edilib ki, komissiya "2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın (bundan sonra – Strategiya) layihəsinin hazırlanması və həyata keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirir.

İqtisadiyyat Nazirliyi Strategiyanın layihəsini komissiyada təmsil olunan və digər aidiyyəti qurumlarla birlikdə 7 ay müddətində hazırlayıb komissiyaya təqdim olunmasını təmin etməli, 15 gün müddətində aşağıdakılar barədə təkliflərini hazırlayıb komissiyaya təqdim etməli (Strategiyanın hazırlanması üçün komissiyada təmsil olunan qurumların nümayəndələrindən ibarət alt işçi qrupların formalaşdırılması, qəbul ediləcək dövlət proqramlarının, digər sənəd və tədbirlərin ümumi siyahısı), Strategiyanın hazırlanması prosesinə qabaqcıl beynəlxalq təşkilat və ixtisaslaşmış məsləhətçi şirkətlərin, aidiyyəti dövlət orqanlarının (qurumların), elmi təşkilatların, mütəxəssis və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunması və səmərəli əməkdaşlığın həyata keçirilməsini təmin etməli, görülən işlərə dair rübdə bir dəfədən az olmayaraq komissiyanın sədrinə hesabat təqdim etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikası İqtisadi Şurasının Katibliyinə tapşırılıb ki, Strategiyadan irəli gələn məsələlərin Azərbaycan Respublikasının İqtisadi Şurasında mərhələlərlə müzakirə olunması üçün iş planında nəzərə alsın və Şuranın fəaliyyəti ilə əlaqələndirilməsi istiqamətində zəruri işlər görsün.

Komissiyada təmsil olunan və digər aidiyyəti dövlət orqanları (qurumları) bu sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinə lazımi məlumatların təqdim olunması və Strategiyanın aidiyyəti bölmələrinin hazırlanmasının təmin edilməsi üçün müvafiq tədbirlər görməlidirlər.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 
 


 

Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncamının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.

Hökumətdən verilən məlumata görə, sərəncamda "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə uyğun olaraq "2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın formalaşması, bu sahədə strateji planlaşma və idarəetmənin effektiv təşkili və əlaqələndirilməsi, habelə uyğun siyasət və islahat istiqamətlərinin müəyyən edilməsi məqsədilə qərarlar öz əksini tapıb.

Sərəncama əsasən, Baş nazirin sədrliyi, müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının iştiraklı ilə komissiya yaradılıb.

Komissiya "2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması və həyata keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirəcək.

 
 


 

Casuslara, zalımlara arxalanan övlad deyil, başları əzilməli olan zəhərli ilanlardır. Üç və ya beş şüursuz tələbəni bir cəbhədə toplayan terror təşkilatı üzvləri odla oynayırlar.

Axar.az xəbər verir ki, bunu MHP lideri Dövlət Baxçalı Boğaziçi Universitetinə Məlih Bulunun rektor təyin olunmasından sonra başlayan etiraz aksiyalarını şərh edərkən bildirib.

"Quldurlar Boğaziçi Universitetini səbəb göstərərək ölkəmizə meydan oxuyurlar", - Baxçalı qeyd edib.

 
 


 

Cənubi Koreya Müdafiə Tədarük Proqramı Agentliyi KF-X prototipinin aprel ayının sonunda təqdim ediləcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, Cənubi Koreyanın hazırladığı döyüş təyyarəsinin prototipi montajın son mərhələsindədir.

Ölkə 2015-ci ildən bəri ən müasir döyüş təyyarəsi hazırlamaq üçün KF-X layihəsi üzərində işləyir.

2028-ci ilə qədər 40 belə təyyarənin orduya verilməsi nəzərdə tutulur.

Sözügedən layihənin dəyəri 7,3 milyard dollardır.



Aqiyə Naxçıvanlı:

"Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramlarının nəticəsi olaraq ən qısa zamanda bütün dünya Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının möhtəşəm dirçəlişinin şahidi olacaq”– bu sözləri saytımıza verdiyi müsahibəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.


Əməkadşımızın suallarını cavablandıran millət vəkili bildirib ki, bu gün işğaldan azad edilmiş Azərbaycan əraziləri bütün dünyaya erməni vandalizminin nəticələrini müşahidə etmək imkanı verir. Lakin az bir müddətdən sonra dünya ictimaiyyəti həmin ərazilərdə aparılan quruculuq işlərinə heyran qalacaq: "Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində bütün infrastrukturu dağıdıb. Həmin ərazilərdə yerləşən bütün rayon və kəndlər dağıdılıb, viran qoyulub. Bu, bir daha onu göstərir ki, Azərbaycan hansı bəlaya qarşı mübarizə aparıb. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bu gün bizim haqlı davamıza kölgə salmaq istəyən ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bunu bilməlidirlər ki, mənfur Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb. Təəssüflər olsun ki, beynəlxalq təşkilatların o bölgələrdə olan nümayəndələri də bunun üstünü örtürdülər. Bu talançılıq, bu vəhşilik, bu düşmənçilik bütün dünyanın diqqətini cəlb etməlidir. Məhz buna görə dövlət başçımızın təşəbbüsü ilə həmin bölgələrə jurnalistlər, diplomatik korpusun nümayəndələri dəvət olunurlar. Azərbaycan təkcə öz ərazi bütövlüyünü bərpa etməyib, Azərbaycan erməni faşizmini məhv edib, erməni vəhşiliyini məhv edib. Buna görə Azərbaycanın şanlı Qələbəsi sadəcə bu region üçün deyil, bütün dünya üçün çox böyük əhəmiyyət kəsb edir. Viran qoyulmuş şəhər və kəndlərimiz isə ən qısa zamanda bərpa olunacaq. Əbəs yerə deyil ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz müsahibəsində Şuşanın tezliklə sadəcə Azərbaycanın deyil, həmçinin bütün dünyanın aparıcı mədəniyyət paytaxtlarından birinə çevriləcəyini bəyan etmişdir. Əminəm ki, işğaldan azad olunmuş ərazilərimizin bugünkü vəziyyətini seyr edən dünya ictimaiyyəti artıq çox qısa zamandan sonra həmin ərazilərdə baş verəcək möhtəşəm dəyişiklikləri böyük heyranlıqla izləyəcək.”

Ötən ilin sonlarından dünyanın bəzi ölkələrində start götürmüş COVİD-19-a qarşı vaksinasiya prosesinin gedişinə dair fikirlərini bildirən Aqiyə Naxçıvanlı qeyd edib ki, bəşəriyyət hətta bu qlobal təhlükə dönəmində belə bəzi dünya güclərinin ikili standartlarından qurtula bilmir. Millət vəkili belə bir məqamı da vurğulayıb ki, aparıcı Avropa ölkələrindən cəmi bir ay sonra vaksinasiyaya başlamış Azərbaycan bu məsələdə də əksər dünya dövlətlərinə nümunə ola bilər: "Mən xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin insansevərliyi, humanistliyi özünü heç də yalnız ölkə daxilində gedən proseslərdə göstərmir. Bilirsiniz ki, ötən ilin sonlarından artıq bəzi dünya ölkələri koronavirus infeksiyasına qarşı peyvəndlərin vurulması prosesinə başlayıblar. Lakin hətta bu qlobal təhlükə qarşısında belə bəzi dünya gücləri ədalətsizlik, ikili standartlar prinsiplərindən əl çəkmirlər. Bu barədə öz çıxışında dövlətimzin başçısı da kəskin iradlarını bildirərək qeyd etdi ki, bəzi ölkələr, məsələn Kanada süni şəkildə vaksin defisiti yaradır. Belə ki, bu ölkənin əhalisi 38 milyon olduğu

halda, Kanada 154 milyon insan üçün vaksinlər sifariş edib. Deməli hardasa 120 milyon insana vaksin çatmayacaq. Onlar xəstələnəcəklər, öləcəklər. Belə olan halda hansı demokratiyadan söhbət gedə bilər? Hansı ədalətdən, mərhəmətdən, insan haqlarından söhbət gedə bilər? Deməli, kasıb ölkələrin insanlarının haqları tapdalanır, onların səhhəti, sağlamlığı risk altına düşür. Qürurverici haldır ki, Azərbaycan Prezidenti bu məsələdə də öz prinipiallığını, insansevərliyini və əzmini nümayiş etdirərək problemin BMT səviyyəsində qaldırılması üçün bütün Qoşulmama Hərəkatının üzvlərinə çağırış etdi. Vurğulamaq lazımdır ki, Azərbaycan Cənubi Qafqazda vaksinasiya işlərinə start verən ilk ölkədir. Ölkəmiz COVAKS təşəbbüsünün üzvüdür və COVAKS xətti ilə vaksinlər ölkəmizə gətiriləcəkdir. Azərbaycan artıq 4 milyon doz vaksin sifariş edib və onların ölkəmizə gətirilməsi təmin edilib. Əminəm ki, vaksinasiyanın ədalətli şəkildə aparılması işində də Azərbaycan əksər dünya dövlətləri üçün nümunə ola bilər.”

Daha sonra Aqiyə Naxçıvanlı ölkəmizdə səhiyyənin inkişafı yönümündə xüsusilə son 17 il ərzində böyük işlər görüldüyünü qeyd edib. Millət vəkili bildirib ki, Azərbaycan vətəndaşının sağlamlığı daima dövlətin diqqət mərkəzindədir: "Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasının inşa olunması faktı ölkəmizdə insanların sağlamlığına ayrılan xüsusi diqqətinin növbəti sübutudur. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər. Əlbəttə ki, bu faktın özü də ölkəmizdə səhiyyə sahəsinin dövlətimiz tərəfindənən yüksək səviyyədə diqqət mərkəzində saxlanıldığını və xüsusi qayğı ilə əhatə olunduğunu bir daha sübut edir. Möhtərəm Prezidentimizin də dediyi kimi, yeni tikilmiş xəstəxana dövlətin səhiyyə sahəsindəki fəaliyyətini əks etdirir. Son illərdə inşa edilmiş bütün digər xəstəxanalar kimi, bu səhiyyə müəssisəsində də vətəndaşlara keyfiyyətli tibbi xidmətlər göstəriləcək. Ümumiyyətlə Azərbaycanda son 17 il ərzində 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib. Əminliklə demək olar ki, bu gün ölkəmizdə səhiyyə sisteminin xəstəxana və tibb müəssisələri fondu ən yüksək standartlara cavab verir. Bu gün vətəndaşlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsi səhiyyənin qarşısında duran ən önəmli vəzifədir və bu vəzifənin layiqincə yerinə yetirilməsi üçün dövlətimiz tərəfindən bütün lazımi şərait ən yüksək səviyyədə yaradılır.”

Abbas Abbasov
AİA.Az

 
 


 

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin şəxsi heyəti Dağlıq Qarabağda hərbi əməliyyatların və atəşkəsin dayandırılması rejiminə nəzarət vəzifələrinin icrasını davam etdirir.  

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rəsmi məlumatda qeyd olunur ki, rusiyalı hərbçilər atəşkəs rejimini "Forpost” və "Orlan-10” pilotsuz uçuş aparatlarının vasitəsi ilə izləyir.

Rəsmi informasiyada bildirilir ki, birgə monitorinq mərkəzinin hərbi qulluqçuları pilotsuz hava vasitələrindən idarəetmə mərkəzində davamlı olaraq görüntülər alır, burada hərbi texnika, şəxsi heyətin bütün hərəkətləri analiz edilir.

Həmçinin Birgə Mərkəzin növbətçiləri əldə edilmiş razılaşmaların pozulması barədə məlumatları toplayır, razılaşmaların yerinə yetirilməməsi ilə bağlı şikayətlərə baxır.

Qeyd edək ki, 30 yanvar 2021-ci il tarixində Ağdamın işğaldan azad edilmiş ərazisində Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin açılışı olub. 

 

 


 
 


 

Prezident İlham Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təşkili haqqında Sərəncam imzalayıb. 

AZƏRTAC xəbər verir ki, Sərəncamda deyilir:

Məhkəmə-Hüquq Şurasının təklifini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasında məhkəmə sistemini təkmilləşdirmək məqsədilə qərara alıram:

1. Sumqayıt şəhərində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil edilsin.

2. Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyasını müəyyən etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onun bina, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görsün;

3.2. maliyyə təminatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsilə həyata keçirilən məhkəmə aparatları işçilərinin ümumi sayının artırılmasını təmin etsin;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Axtarış
Xəbər lenti
Reklam