Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla "Məhkəmələr və hakimlər haqqında” qanunun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər:

Ağır cinayətlər məhkəmələri üzrə:

Lənkəran Ağır Cinayətlər Məhkəməsi

Əliyev Əli Abdulla oğlu

Səfərli Cavid Şamil oğlu

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi

Əliyev Hafiz Samir oğlu

Hümbətov Fəhmin Zaur oğlu

İnzibati məhkəmələr üzrə:

Bakı İnzibati Məhkəməsi

Ağalarov Həmid Azər oğlu

Əhədova Aygün Əlqəmə qızı

Həsənov Orxan Xaqani oğlu

Salahova Səlma İsgəndər qızı

Sevdimalıyeva Günel Arif qızı

Sumqayıt İnzibati Məhkəməsi

Mirzəyeva Leyla Eytibar qızı

Şəki İnzibati Məhkəməsi

İsmayılzadə Fərid Sabir oğlu

Musayev Vüqar Ələkbər oğlu

Kommersiya məhkəmələri üzrə:

Bakı Kommersiya Məhkəməsi

Həsənova Ülkər Təhmasib qızı

Hüseynov Kənan Hüseyn oğlu

Şirvan Kommersiya Məhkəməsi

Abdullayev Elşən Uğur oğlu

Hərbi məhkəmələr üzrə:

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi

Orucəliyev Abil Elmar oğlu

Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:

Babək Rayon Məhkəməsi

İsmayıl Günay Mikayıl qızı

Naxçıvan Şəhər Məhkəməsi

Əliyeva Gülsüm Kamal qızı

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi

Kərimova Mahirə Nəzər qızı

Qurbanova Aygün Arzu qızı

Bakı şəhəri Xətai Rayon Məhkəməsi

Axundov Fuad Aydın oğlu

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi

Abidova Günay Çingiz qızı

İbadzadə Anar Qənimət oğlu

Bakı şəhəri Nizami Rayon Məhkəməsi

Əliyeva Qumru Yəhya qızı

Yusifova Ülkər Bayram qızı

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi

Cəfərli Nilufər Arif qızı

Mahmudova Həqiqət Sahib qızı

Bakı şəhəri Səbail Rayon Məhkəməsi

Səmədova Günel Kamil qızı

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi

Qafarova Rübabə Nurulla qızı

Bakı şəhəri Yasamal Rayon Məhkəməsi

Babazadə Gülnar Vidadi qızı

Xudayev Kərim Bahəddin oğlu

Rayon (şəhər) məhkəmələri üzrə:

Abşeron Rayon Məhkəməsi

Abbasova Məlahət Aslan qızı

Ağdaş Rayon Məhkəməsi

Sultanov Cavid Rizvan oğlu

Ağsu Rayon Məhkəməsi

Əsgərov Anar Əlifağa oğlu

Bərdə Rayon Məhkəməsi

Əhmədov Elsun Məzahir oğlu

Xaçmaz Rayon Məhkəməsi

Səmədzadə Sərxan Akif oğlu

İsmayıllı Rayon Məhkəməsi

Hüseynov İlqar Vidayət oğlu

Qazax Rayon Məhkəməsi

Məmmədov Fəxri Afiq oğlu

Quba Rayon Məhkəməsi

Seyidov Vüqar Mircuma oğlu

Masallı Rayon Məhkəməsi

Quliyev Ceyhun Əmir oğlu

Saatlı Rayon Məhkəməsi

Sadıqov Mirlətif Süleyman oğlu

Sumqayıt Şəhər Məhkəməsi

Hüseynov Elmir Xoşbəxt oğlu

Şamaxı Rayon Məhkəməsi

İsmayılov Natiq Əvəz oğlu

Şəmkir Rayon Məhkəməsi

Musayev Taleh Valeh oğlu.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 
 


 

Daşqın Yaqub oğlu Səfərov Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin hakimi D.Y.Səfərovun vəzifəsinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

 
 


 

Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi həyata keçirilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Balakən rayon Polis Şöbəsinin rəisi Mehman Əliyev vəzifəsindən azad edilib. Bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb. 

Nazirin digər əmri ilə M.Əliyev Quba rayon Polis Şöbəsinə rəis təyin edilib.  

 
Aqiyə Naxçıvanlı:


"Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü iqtisadi-siyasi kurs hər zaman dövlətimizin qüdrətinin artmasına, Azərbaycan xalqının rifah yüksəlişinin təmin olunmasına yönəlmiş olub. Dövlətimizin başçısı tərəfindən növbəti 10 il üçün ölkənin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərin müəyyənləşdirilməsi də bu sahələrdə daha yüksək göstəricilərin əldə olunmasına zəmin yaradacaq”– bu sözləri saytımıza verdiyi müsahibəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Əməkadşımızın suallarını cavablandıran millət vəkili bildirib ki, bu gün Azərbaycanda iqtisadiyyatın davamlı inkişafını təmin etmək üçün dövlət tərəfindən bütün zəruri tədbirlər yüksək səviyyədə həyata keçirilir. O cümlədən, iqtisadi inkişafı təmin edən vacib amillərdən biri kimi, cəmiyyət, biznes strukturları və dövlət arasında uğurlu əlaqələrin daha da möhkəmləndirilməsi Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş Milli Prioritetlərdə nəzərdə tutulur: "Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, bu gün ölkəmiz vətəndaşların rifah halının daha da artırılması məqsədilə sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolu ilə uğurla addımlayır. Dövlətimizin başçısı tərəfindən milli sosial rifah səviyyəsinin artması məqsədilə davamlı olaraq əhatəli proqram və layihələr hazırlanaraq həyata keçirilir. Bu baxımdan növbəti on il ərzində də ölkəmizin daha sürətli və davamlı inkişafı üçün cəmiyyət, biznes strukturları və dövlət orqanları arasında əlaqələrin möhkəmləndirilməsi çox vacibdir. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq. Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcəkdir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş Milli Prioritetlər də ilk növbədə məhz bu məqamların ön plana çəkilməsini nəzərdə tutur.”

Daha sonra müsahibimiz vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş Milli Prioritetlər növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafının daha da sürətlənməsi baxımından qarşımızda tamamilə yeni imkanlar açır: "Heç şübhəsiz bu gün Azərbaycan iqtisadiyyatının inkişaf sürəti, dinamikası çox yüksəkdir. Hətta əminliklə demək olar ki, bu dinamika indiyədək dünyanın heç bir ölkəsində müşahidə olunmamışdır. Bununla belə dövlətimizin başçısı tərəfindən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyən edilmiş beş Milli Prioritet: Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış; Təmiz ətraf mühit və "yaşıl artım” ölkəsi – bu inkişafı artıq tamamilə yeni, keyfiyyətcə daha yüksək və daha dinamik bir mərhələyə çıxaracaq. Çünki Prezident İlham Əliyevin həyata keçirdiyi bütün möhtəşəm layihə və proqramlar kimi, bu Milli Prioritetlər də Azərbaycan xalqının rifah səviyyəsinin yüksəldilməsinə və dövlətimizin iqtisadi-siyasi qüdrətinin artmasına dəqiq

hesablanmışdır. Beləliklə, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər növbəti on il ərzində iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin etməklə Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişafı tamamilə yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxaracaq.”

Həmçinin Aqiyə Naxçıvanlı qeyd edib ki, sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin müəyyənləşdirilməsi bu sahədə rekord nəticələrin əldə olunmasına zəmin yaradır: "İlk növbədə qeyd etmək lazımdır ki, Vətən müharibəsində əldə olunmuş tarixi qələbə ölkəmiz üçün həm də əlavə iqtisadi imkanlar açmışdır. Daha doğrusu işğaldan azad olunmuş ərazilər böyük iqtisadi potensiala malıikdir və Azərbaycan sözsüz ki, bu potensialdan yararlanacaq. Həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına qatılması, yeni yaradılan və bərpa edilən beynəlxalq və regional nəqliyyat dəhlizlərinin imkanları Azərbaycanın inkişafına böyük təkan verəcək. Bu gün Azərbaycan Cənubi Qafqazda lider dövlət olaraq çıxış edirsə, artıq bundan sonra ölkəmizin regionda istər təhlükəsizliyin, sabitliyin qorunub saxlanması, istərsə də iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsi baxımından aparıcı rolu daha da artacaq. Azərbaycan hər zaman olduğu kimi, yenə də region ölkələrinin, qonşu dövlətlərin vətəndaşlarının da rifah səviyyələrinin yüksəlməsinə böyük töhfələr verəcək. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, imkanlarımız 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.”

Abbas Abbasov
aia.az

 
 


 

Çərşənbə günü, etirazçılar, Ermənistan parlamentinin yaxınlığında keçirilən mitinq zamanı üzərində Azərbaycanın gerbi və hakim "Mənim addımım” bloku deputatlarının üzləri təsvir olunan vərəqələr atıblar.

Müxalifət tərəfdarları bununla "Mənim Adımım" dan olan deputat Anuş Beqloyanın son zamanlar verdiyi bəyanatlara etiraz edərək, onun və fraksiya həmkarlarının Bakının maraqlarını müdafiə etdiyinə inanırdılar.

Videokonfransda millət vəkili daha əvvəl bildirmişdi ki, Qarabağ münaqişəsi tərəfləri "gələcəyə baxmalıdırlar, bu ərazilərin birinci və ya tarixi sahibi haqqında daimi müzakirələrə qayıtmalı deyillər". "Bildiyiniz kimi, ermənilər qədim yazıçılara və tarixi icmallara sitat gətirməkdə cox bacarıqlıdırlar. Mən buna qayıtmaq istəmirəm, çünki biz, hər iki tərəf 30 ildir bunu etdik və bu müharibəyə gətirib çıxardı", - deyə Begloyan bildirib.

Müxalifət bu kimi ritorikaları xain, Türkiyə və Azərbaycanın dəyirmanına su tökmək kimi dəyərləndirir.

 

 
Oynaq müalicəsində yeni nailiyyət! Ehtiyacı olanlar DƏRHAL oxusun!

 
 


 

"Almaniya ilə Türkiyə Silahlı Qüvvələrinin ehtiyacı olan müxtəlif silah sistemləri, ləvazimat və ehtiyat hissələri məsələsində çox sıx əməkdaşlığımız var”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, qarşıdakı vaxtlarda bu çərçivədə müsbət irəliləyişlər gözlənilir.

Nazir qeyd edib ki, Türkiyə PUA istehsalında aparıcı mövqeyə malikdir.

"PUA-lar da daxil olmaqla, bir çox məsələdə əməkdaşlığımızı davam etdirə bilərik”, - deyə türkiyəli nazir vurğulayıb.

 
 


 

 "Humanitar missiya çərçivəsində Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağlıq Qarabağda səfərbər edilmiş qrupunun mütəxəssisləri Laçın aşırımında növbətçi vəzifələrini davam etdirirlər. Bu günə qədər agentliyin xilasediciləri, demək olar ki,  40 çağırışa gedişi həyata keçirib, 100 hadisədə yardım göstəriblər”.

Bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xdiməti  məlumat yayıb.
"Mümkün qəza və hadisələrə operativ reaksiya üçü əməliyyat qrupları nəqliyyat dəhlizində növbətçilik edir. Belə ki, ötən gün əlverişsiz hava şəraiti səbəbindən Sisyan və Gorus məntəqələri arasında 15 avtomobil sürücüsünün köməyə ehtiyacı olub. FHN mütəxəssisləri xilasetmə avadanlığının köməyi ilə yerli sakinlərin nəqliyyat vasitələrini qar uçqunlarından təmizləyərək  yedəkləmə yoluyla qonşu kəndlərə aparıblar.

Yerli əhalinin konsultativ və diaqnostik qəbulu Rusiya Fövqəladə Hallar Nazirliyinin həkimləri tərəfindən aparılır. Bu günə qədər 200-ü terapevtik, 100-ü cərrahi olmaqla 300-dən çox hadisədə tibbi yardım göstərilib.

Hazırda  yerli sakinlər əsasən soyuqdəymə, ürək-damar xəstəlikləri və qəlpə yaralarının nəticələrindən şikayət edirlər” – məlumatda belə deyilir

Ermənistan məhkəməsi keçmiş prezident Robert Köçəryanın ölkədən kənara çıxmasına icazə verib.

Yerevan məhkəməsi bununla bağlı müvafiq qərar qəbul edib.

Məlumata görə, sabiq dövlət başçısı fevralın 3-dən 8-dək ölkədən kənara çıxa biləcək. O, Rusiyanın "Sistema” investisiya şirkətinin direktorlar şurasının iclasında iştirak etmək üçün paytaxt Moskvaya səfər edəcək.

Qeyd edək ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd – Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb. Seçkilərin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub və o, ötən ilin mayın 18-də girov qarşılığında azadlığa buraxılıb.

R.Köçəryanla yanaşı o dövrdə Ermənistan Müdafiə nazirinin müavini (2017-2018-ci illər arasında KTMT Baş katibi) Yuri Xaçaturov, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan və keçmiş baş nazirin müavini Armen Gevorkyan konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə mühakimə olunurlar.

Bu ilin yanvarın 19-da R.Köçəryanın və digərlərinin məhkəmə prosesi bərpa olunub.

"Gürcüstanın hakim Gürcü Arzusu Partiyası müxalifəti təmsil edən 51 deputatın səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması məsələsini dəstəkləməkdən çəkinəcək”.

 

Bunu partiyanın sədri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, bu gün parlamentdə üç siyasi partiya təmsil olunub və daha 20 müxalif deputatın parlamentə daxil olmaq niyyəti var. İ.Kobaxidze müxalif millət vəkillərinə qanunverici orqanda kürsülərini tutmaq üçün daha bir imkanın verildiyini deyib.

Qeyd edək ki, bu gün X çağırış Gürcüstan parlamentinin yaz sessiyasının ilk iclası keçiriləcək. Toplantıda 51 deputatın mandatlarının ləğvi ilə bağlı məsələ müzakirə olunacaq. Millət vəkilləri parlament seçkilərini qeyri-legitim hesab etdiklərindən səlahiyyətlərinin dayandırılması ilə bağlı ötən ilin dekabrında qanunverici orqana müraciət ediblər.

Fevralın 1-də Ermənistan hökuməti Avropa İnsan Haqları Məhkəməsində Azərbaycana qarşı dövlətlərarası iddia qaldırıb.

Ermənistan mətbuatı xəbər verir ki, Ermənistan Azərbaycanı 44 günlük müharibə və ondan sonrakı dövrdə beynəlxalq konvensiyaları pozmaqda günahlandırır.

O cümlədən, Ermənistan hökuməti Azərbaycanın yaşayış, toxunulmazlıq, mülkiyyət, şəxsi və ailə həyatı, təhsil və digər bir sıra hüquqları pozduğunu, Qarabağ və Ermənistan əhalisinə işgəncə verdiyini və qeyri-insani münasibət göstərdiyini iddia edir.

İddiaya müxtəlif dəlillər  əlavə edilib, habelə hərbi əsirlərin və mülki şəxslərin, Qarabağdan olan qaçqınların, ölən və yaralıların hüquqlarının qorunması məsələlərinə toxunulub.

Xatırladaq ki, Azərbaycan da ərazilərin uzunmüddətli işğalı zamanı dəyən ziyana, mülki şəxslərin öldürülməsinə, təbii sərvətlərin qanunsuz istismarına görə Ermənistana qarşı məhkəmə iddiaları aldırmağa hazırlaşır.

Axtarış
Xəbər lenti
Reklam