Səttar Möhbalıyev:

"Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması təkcə Qarabağda deyil, ümumilikdə Cənubi Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olunması, eləcə də region ölkələri arasında qarşılıqlı əməkdaşlıq perspektivlərinin reallaşması baxımından böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz 30 il ərzində Ermənistanın və onun havadarlarının etinasızlıq göstərdikləri BMT Təhlükəsizlik Şurasının qətnamələrini cəmi 44 gün ərzində yerinə yetirdi və bununla da Qarabağ münaqişəsi öz həllini tapdı. Lakin sadəcə hərbi əməliyyatların başa çatması faktı özü-özlüyündə hələ bölgədə və regionda sülh və əmin-amanlığın bərqərar olacağına zəmanət ola bilməz. Bunun üçün keçmiş münaqişə zonasında bundan sonrakı proseslərə nəzarət edə biləcək xüsusi quruma ehtiyac var idi. Elə 2020-ci il 10 noyabr tarixdə Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanmış üçtərəfli bəyanatda da münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması nəzərdə tutulurdu. Həmçinin bu məqsədlə Türkiyə və Rusiya arasında Birgə Mərkəzin yaradılmasına dair razılıq əldə edilmişdi. Məhz həmin razılaşmanın nəticəsi kimi də yanvarın 30-da Ağdam rayonu ərazisində yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başladı.” Bu sözləri saytımıza verdiyi müsahibəsində Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.

Həmçinin Səttar Möhbalıyev bildirib ki, yeni yaradılmış Mərkəzdə məhz Türkiyə və Rusiya sülhməramlılarının birgə fəaliyyət göstərməsi Azərbaycanın maraqlarına tam uyğundur: "Qeyd etmək lazımdır ki, hər iki ölkə bizim üçün dost, qonşu ölkədir və məhz onların iştirakı ilə belə bir mərkəzinin yaradılması böyük əhəmiyyət kəsb edir. İlk növbədə bu mərkəzin yaradılması ilə digər qüvvələrin bölgədə tərəf olmaq cəhdləri aradan qaldırılmış oldu. Türkiyə isə artıq tam rəsmi qaydada atəşkəsə nəzarət etmək işində Rusiya ilə birgə həlledici rol oynayacaq. Eləcə də regionda gələcək əməkdaşlıq perspektivləri baxımından Türkiyə və Rusiyanın birgə fəaliyyətləri geniş imkanlar yaradır. Bununla belə düşünürəm ki, Monitorinq Mərkəzinin bu gün üçün nəzərdə tutulan əsas vəzifələri məhz bölgədə sabitliyin təmin edilməsi, Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmanın şərtlərinin yerinə yetirilməsi, yarana biləcək insidentlərin qarşısının alınması və araşdırılması xüsusunda olacaq.”

Millət vəkili xüsusi olaraq diqqətə çatdırıb ki, qardaş Türkiyənin təmsilçilərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə xidmətə başlamasını ölkəmizin regionda yaratdığı yeni geosiyasi reallıqların daha bir uğurlu nəticəsi kimi göstərmək olar. Səttar Möhbalıyev öz fikirlərini belə tamamlayıb: "Azərbaycanın tam və qəti qələbəsilə başa çatmış 44 günlük Vətən müharibəsi Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı. Bu reallıqların formalaşması əlbəttə ki, ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi məqsədyönlü xarici siyasətin nəticəsində və möhtərəm dövlət başçımızın yenilməz siyasi iradəsinin sayəsində mümkün oldu. Eyni zamanda da Azərbaycan – Türkiyə tərəfdaşlığı və sarsılmaz dostluğu bu yeni reallıqların bütün dünya tərəfindən qəbul edilməsində önəmli rol oynadı. Bu gün isə bu tərəfdaşlıq regionda artıq sadəcə sülhün və təhlükəsizliyin deyil, eyni zamanda da region ölkələri və qonşu dövlətlərin iştirakı ilə gələcəkdə həyata keçiriləcək yeni birgə layihələrin təhlükəsizlik təminatına zəmin yaradır. İki ölkənin müharibədən sonrakı dövrdə birgə addımlaması ümumilikdə Cənubi Qafqazın sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı üçün böyük önəm kəsb edir. Bundan sonra artıq digər region ölkələri də beynəlxalq nəqliyyat dəhlizlərinin şaxələndirilmiş şəbəkəsinin yaradılması işində fəal iştirak edəcəklər və bu da ölkəmizin həm regional, həm də beynəlxalq nüfuzunun daha da yüksəlməsinə səbəb olacaq.”

Abbas Abbasov
aia.az

 
 


 

Sisyanda qarda ilişib qalan 100-ə yaxın erməni sakini daşıyan avtobus bazar günü səhər Xankəndi istiqamətində hərəkət edə bilib. 

Bu barədə Sisyan Bələdiyyəsinin Təhsil, Mədəniyyət, İdman, Gənclər, Səhiyyə və Sosial Müdafiə şöbəsinin müdiri Nara Ovannisyan bildirib.

Daha əvvəl 96 sərnişini olan iki avtobusun pis hava şəraiti ilə Xankəndinə gedərkən Süunikdə ilişib qaldığı bildirilmişdi. Pis hava və qar fırtınaları səbəbindən onlar Sisyan şəhərində dayanmışdılar.

"O vaxta qədər Gorus və Qafana qayıdan ailələr şəhərin otellərində yerləşdirilmişdi. Lakin bu məsələni də həll etməyi bacardıq, həm də soydaşlarımızı yeməklə təmin etdik",- deyə o bildirib. 

Onun sözlərinə görə, kişilər hərbi hissəyə, qadınlar isə bələdiyyə işçilərinin evlərinə yerləşdirilib. Qayıdanlar arasında İrəvanda müalicə alan iki hərbçi də var. Onlar tibbi mərkəzə göndərilib. 

Qeyd edək ki, 31 yanvar axşamından etibarən Gorus-Sisyan yolu qar fırtınası səbəbindən bağlıdır.

 
 


 

Sisyanda qarda ilişib qalan 100-ə yaxın erməni sakini daşıyan avtobus bazar günü səhər Xankəndi istiqamətində hərəkət edə bilib. 

Bu barədə Sisyan Bələdiyyəsinin Təhsil, Mədəniyyət, İdman, Gənclər, Səhiyyə və Sosial Müdafiə şöbəsinin müdiri Nara Ovannisyan bildirib.

Daha əvvəl 96 sərnişini olan iki avtobusun pis hava şəraiti ilə Xankəndinə gedərkən Süunikdə ilişib qaldığı bildirilmişdi. Pis hava və qar fırtınaları səbəbindən onlar Sisyan şəhərində dayanmışdılar.

"O vaxta qədər Gorus və Qafana qayıdan ailələr şəhərin otellərində yerləşdirilmişdi. Lakin bu məsələni də həll etməyi bacardıq, həm də soydaşlarımızı yeməklə təmin etdik",- deyə o bildirib. 

Onun sözlərinə görə, kişilər hərbi hissəyə, qadınlar isə bələdiyyə işçilərinin evlərinə yerləşdirilib. Qayıdanlar arasında İrəvanda müalicə alan iki hərbçi də var. Onlar tibbi mərkəzə göndərilib. 

Qeyd edək ki, 31 yanvar axşamından etibarən Gorus-Sisyan yolu qar fırtınası səbəbindən bağlıdır.

 
 


 

"Təyyarənin quşla toqqaşmasına isə inanmıram”

2019-cu ilin 24 iyulunda MİQ-29 təyyarəsinin qəzaya uğraması nəticəsində polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olması ölkəni sillkələdi. Hadisə ilə bağlı müəyyən araşdırmalar aparıldı və bəzi detallar üzə çıxdı. Buna rəğmən R.Atakişiyevin ölümünə dair sirr pərdəsi çəkilməyib. Müəyyən iddialar səslənir ki, bu məşum olayın açıqlanan detalları həqiqəti əks etdirmir.

Təyyarənin quş sürüsü ilə toqquşaraq qəzaya uğraması ehtimalı qeyri-ciddi yanaşma kimi dəyərləndirilir. Hətta baş verənlərdə sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun da "əli”nin olduğu iddia olunur. 

Mərhum pilotun qayınatası, sabiq dövlət müşaviri , tanınmış politoloq Qabil Hüseynli müəmmalı hadisənin real detalları barədə "Sherg.az”a danışıb:

"Rəhmətlik Rəşadın hərəkətlərində hər hansı bir nöqsan tapılmayıb. O, təyyarəni təyinatlara uyğun idarə edib. Döyüş təlimindən sonra geriyə qayıdarkən təyyarəyə xarici təsirlər olduğu üçün bədbəxt hadisə baş verib. Rəşad özü də havada olarkən ağır yaralanıb. Son ana qədər texnikanı katapult etməyib, onu xilas etməyə çalışıb. Bütün bunlar belə düşünməyə əsas verir ki, təyyarəyə kənardan yad cisim və qüvvə təsir edib. Hətta Rəşadı da ağır yaralayıb. Təyyarənin quşla toqquşmasına isə inanmıram.

"Bu işdə Nəcməddin Sadıkovun "əli”nin olub-olmamasına dair yanaşmalara gəlincə,sabiq müşavir bunları söyləyib:

"N. Sadıkov haqqında fikirlərim müsbət deyil,lakin onun bu məsələyə qarışması və ya günahkar olması barədə heç bir fikrim yoxdur. Belə bir məlumata malik deyiləm. Amma bu hadisədə sui-qəsd elementləri var”.

 
 


 

Yanvarın 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar arasında telefon danışığı baş tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə nazirləri Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar məsələləri müzakirə ediblər.

 
 


 

"Azərbaycan -Ukrayna” beynəlxalq alyansınıın idarə heyyətinin qərarı ilə  Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan Alyansın "Qızıl medal” ı ilə təltif edilib.

"Azərbaycan -Ukrayna” beynəlxalq alyansın sədri Elmar Məmmədovun sözlərinə görə Hüseyin Altınalan İkinci Qarabağ savaşında Azərbaycanla bağlı dolğun İnformasiyaların yayılmasında, o cümlədən Türkiyə mediasının ölkəmizlə bağlı fəaliyyətini uğurla kordinasiya etdiyinə görə təltif edilib.

 
 


 

Prezident İlham Əliyev SSRİ Xalq artisti Murad Kajlayevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli Murad Maqomedoviç.

90 illik yubileyiniz münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Sizin yaradıcılığınız sovet və Rusiya musiqi mədəniyyəti tarixində layiqli yer tutur. Çoxtərəfli və parlaq ideyalarla zəngin bir insan kimi siz müxtəlif janrlarda və üslublarda işləyərək artıq bu gün haqlı olaraq klassika hesab edilən əsərlər yaratmısınız. Siz uzun illər boyu yorulmadan təkcə bəstəkar və dirijor kimi deyil, həm də pedaqoq kimi çalışırsınız, bütün gücünüzü, dərin biliklərinizi və qiymətli təcrübənizi gənc nəslə verirsiniz.

Uşaqlıq və gənclik illərinizin keçdiyi, sənətin əsaslarını öyrəndiyiniz Azərbaycanda sizi sevir və yüksək qiymətləndirirlər. Sizə doğma olan Bakının səhnələrində keçirilmiş yaradıcılıq gecələri istedadınızın bütün pərəstişkarlarında böyük maraq doğurur, xüsusi səmimiliyi ilə fərqlənirdi. Siz Azərbaycan musiqisinin inkişafı və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmlənməsi üzrə səmərəli fəaliyyətinizə görə Azərbaycan Respublikasının "Dostluq” ("Drujba”) ordeni ilə təltif edilmisiniz.

Əziz Murad Maqomedoviç, sizi əlamətdar yubileyiniz münasibətilə bir daha təbrik edirəm, sizə möhkəm cansağlığı, firavanlıq diləyir, ən xoş arzularımı bildirirəm".

 
 


 

"Dövlət o zaman güclü olur ki, ona rəhbərlik edən lider ölkəsinin, xalqının gələcəyini düşünür, bu istiqamətdə təkmil strategiya müəyyənləşdirərək onun həyata keçirilməsinə nail olur. 

Müstəqillik yollarında ilk addımlarını atan ölkənin inkişafında idarəçilik qabiliyyətinin, zəngin təcrübənin nə qədər əhəmiyyətli rol oynadığının geniş şərhə ehtiyacı yoxdur. Bu baxımdan Azərbaycanın müstəqilliyimizin ilk illərində yaşadığı əsas problemlər idarəçiliyin yoxluğu, mövcud iqtisadiyyatı məhv etmək, ölkədə siyasi və silahlı anarxiyaya rəvac vermək, bir sözlə, o illərdə iqtidarda olanların şəxsi mənafelərini ümumi mənafelərdən üstün tutmaları idi desək qətiyyən mübaliğəyə yol vermiş olmarıq. 44 günlük İkinci Qarabağ müharibəsi bütün bu reallıqlara bir daha işıq saldı, torpaqları satanların, onları işğaldan azad edənlərin kimlər olduğunu ortaya qoydu.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, xəyanətkarların, satqınların toplaşdığı "millli şura” deyilən qurum sanki Azərbaycanda Ermənistanın səfirliyi, Əli Kərimli və onun kimilər isə Ermənistanın səfiri funksiyasını yerinə yetirir: "Vaxtilə torpaqlarımızı satan AXC-Müsavat cütlüyünün tör-töküntülərindən ibarət olan bu qurum yarandığı vaxtdan xalqa, dövlətə xəyanət yolunu tutub. Bu antimilli ünsürlərin davranışları hazırda Azərbaycanın hərbi-siyasi Qələbəsini həzm edə bilməməklə ermənilərin və ermənipərəst dairələrin sifarişlərinin icraçısı olduqlarını, onlar üçün hələ də dövlət, xalq, Vətən məfhumlarının arxa planda dayandığını tam çılpaqlığı ilə ortaya qoyur. AXCP sədri Əli Kərimli xəyallar aləminə səyahətə çıxarkən hakimiyyətə yenidən gələcəkləri təqdirdə hansı planları gerçəkləşdirəcəklərini açıqlamaqla xalqa bir daha birillik hakimiyyətləri dövründə törətdikləri faciələri xatırlatdı. Gəncləri Vətənə xəyanət ruhunda tərbiyə etməyə çalışan Əli Kərimlinin əlində alətə çevirdiyi bu tip olaylar hər kəsin yaddaşındadır. Xəyanətkar sədrin ssenarisi əsasında Vətənə xəyanət yolunu tutan, Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşüb əldə edilən razılaşma əsasında alacağı pullarla özünə təmtəraqlı həyat quracağını düşünənlər törətdikləri cinayətlərə görə həbs olunur, həbsdən çıxdıqdan sonra onların Ə.Kərimli haqqında etirafları hər kəsdə belə bir ünsürün özünü Azərbaycan vətəndaşı kimi təqdim etməyə haqqı olmadığı qənaətini təsdiqləyir.”

Baş redaktor bildirib ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər bir çıxışında, xalqa müraciətlərində torpaqlarımızın işğala məruz qalmasının səbəblərini xüsusi qeyd edir. Ölkə Prezidenti Qarabağın tacı olan Şuşamıza səfəri zamanı döyüşçülərlə görüşündə, həmçinin Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu mühüm məqamı xüsusi diqqətə çatdırmışdır ki, tarixi həqiqətlər ölkə və dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılmalı, hər kəs bu həqiqətləri bilməlidir. Bu tarix hər kəsə məlumdur ki, 1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü. O vaxt ermənilərin öz dırnaqarası əməliyyatlarına "dağlarda toy” adını verdiyini xatırladan dövlətimizin başçısı İlham Əliyevin bildirdiyi kimi, halbuki heç əməliyyat da keçirilməmişdi. Şuşa şəhəri boşaldılmışdı: "O vaxtkı müdafiə naziri demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam, qorxaqcasına Şuşadan qaçmışdı. Ondan sonra isə ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular – dağlarda toy. İndi biz onlara elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır.”

"Bədnam AXC-Müsavat cütlüyünün digər sahələr kimi, orduda yaratdığı acınacaqlı hal da yaddaşlardadır” söyləyən V.Rəhimzadə əlavə edib ki, həmin vaxt ordunun maddi-texniki təminatı yox dərəcəsində idi, eyni zamanda, əsgərlərin döyüş ruhunu artırmaq üçün arxa cəbhədə milli birlik də təmin edilməmişdi. Ön cəbhədə döyüşlərin getdiyi bir vaxtda arxa cəbhədə vəzifə davası aparılır, silahlı qruplaşmalar arasında açıq silahlı mübarizə gedirdi: "Dağınıq vəziyyətdə olan Silahlı Qüvvələrimiz torpaqlarımızın müdafiəsinə deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edirdi. Cəbhədə döyüşlərin getdiyi vaxt Surət Hüseynovun, İsgəndər Həmidovun, Rəhim Qazıyevin və başqalarının silahlı dəstələrinin paytaxtı hərbi poliqona çevirdiklərini xalq unutmayıb. Nəticədə erməni silahlı birləşmələri Dağlıq Qarabağla birgə ətraf yeddi rayonu da işğal etməyə nail oldular”. Budur bu gün özlərini xalqa, dövlətə canıyanan kimi göstərməyə çalışan ünsürlərin əsl siması. Dövlətimizin başçısı İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə xarici KİV-lərə müsahibələrində daim Birinci Qarabağ müharibəsi dövründəki Azərbaycanla bugünkü Azərbaycanın müqayisəsini apararaq bu fikri böyük fəxr və qürurla qeyd edirdi ki, hazırkı Azərbaycan bütün sahələrdə davamlı uğurlara imza atan, dünya birliyinin fəal üzvünə çevrilən, sözünün imzası qədər dəyəri olan Azərbaycandır. Bu müddət ərzində Azərbaycan daha da gücləndi, beynəlxalq hüquq deyilən məfhumun mövcudluğunu dünyaya çatdırdı. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının tribunasından bəyan edirdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Biz imkan vermərik ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılsın. Dövlətimizin başçısı hər bir vədini yerinə yetirdi. Tarixi Qələbəmiz bir daha möhtərəm Prezidentimizin dövləti, xalqı üçün necə Lider olduğunu nümayiş etdirdi. Təbii ki, hər kəs tarixdə özünün əməlləri ilə iz qoyur. Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmizə rəhbərlik edənlərin hakimiyyət dövrü tariximizdə qara səhifə kimi yer alsa da, 1993-cü ildən başlanan yol davamlı inkişaf yoludur. Çünki bu yolu düzgün müəyyənləşdirən Lider bütün həyatını, ömrünü Azərbaycan xalqının bugününə və gələcəyinə həsr etmişdir. 2003-cü ildən başlanan yol isə Heydər Əliyev yolunun davamıdır. Möhtərəm Prezidentimiz İlham Əliyev ərazi bütövlüyümüzü bərpa edərək, Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşduraraq ata vəsiyyətini, xalqımıza verdiyi hər bir vədi zamanı yetişəndə yüksək səviyyədə yerinə yetirməsi ilə qürur duyur.”

Baş redaktor bildirib ki, tarix heç nəyi silmir. AXC-Müsavat cütlüyünün tör-töküntüləri bu gün özlərini xalqa vətənpərvər kimi təqdim etməyə nə qədər çalışsalar da, bunun mümkünsüzlüyünün fərqindədirlər. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir” çağırışı bu ünsürlərə ciddi mesaj, eyni zamanda, dərs olmalıdır.

 
 


 

Milli Azadlıq Hərəkatının iştirakçısı, Türk Dünyasının tanınmış uzmanlarından biri, Azərbaycanın Türk Dünyası üzrə həqiqi əlaqələndiricisi, dəyərli tədqiqatçı, gözəl insan Ənvər Börüsoy bizləri tərk edib, Haqqa qovuşmuşdur.

Ənvər bəyi Azərbaycan İctimaiyyəti Uyğur, Krım, Ahıska, Qaqauz, Noğay, Kumuk, Qaraçay, Çuvaş Türklərinin, bölünmüş Azərbaycan Türklərinin və bütün Türk qövmlərinin tarixi problemlərinin tərcümanı və təqdimatçısı kimi yaxşı tanıyır.

Ənvər bəy Türk xalqlarının tarixi əlaqələrini və birliyini Azadlıq Hərəkatlarını, Azərbaycan cəmiyyətinə təqdim edən möhtəşəm və həqiqi əlaqələndirici idi.

Seçdiyi, sevdiyi Yolda yorulmadan, son nəfəsinə qədər çalışan Ənvər bəyi unutmamaq, onun həyatını, fəaliyyətini təbliğ etmək bütün Milli Dava Qardaşlarının müqəddəs borcu və vəzifəsidir.

Ruhu şad, məkanı cənnət olsun!

ALLAH ailəsinə və Ənvər bəyi sevənlərə səbr versin

 
 


 

Yanvarın 29-da Milli Məclisin Sədri Sahibə Qafarova İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Göşeh ilə görüşüb.

Spiker qonağı salamlayaraq, Azərbaycanın onun dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biri kimi İordaniya ilə münasibətlərin inkişafına böyük önəm verdiyini bildirib. Qeyd edilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə İordaniya Kralı II Abdullah arasındakı səmimi dostluq münasibətləri, dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin həyata keçirilməsi, aparılan danışıqlar və tərəflər arasında imzalanmış sənədlər münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə yüksəldib. Siyasi müstəvidəki müsbət dialoq digər sahələrdə də intensiv əlaqələrin qurulmasına şərait yaradır. Heç də təsadüfi deyildir ki, ölkələrimiz həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. İqtisadi sahədə əlaqələrimizi daha da dərinləşdirmək üçün geniş imkanlar var.
Milli Məclisin Sədri dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolunu xüsusi vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin inkişafının əhəmiyyətindən danışıb. Bildirib ki, bu gün Milli Məclisdə Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Deputatların qarşılıqlı səfərləri, müxtəlif beynəlxalq platformalarda mütəmadi görüşləri təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir. Bu, bölgə həqiqətlərinin, o cümlədən Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfər barədə məlumatların geniş ictimaiyyətə çatdırılması baxımından da əhəmiyyətlidir.

Sədr qonağa diplomatik fəaliyyətində uğurlar arzulayaraq, onun səfir kimi iki ölkə arasında əməkdaşlığın inkişafına layiqli töhfələr verəcəyinə inamını ifadə edib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və  səlahiyyətli səfiri Sami Abdullah Göşeh   deyib: "Azərbaycanı sevməmək mümkün deyil”. Qeyd edilib ki, İordaniya onunla ortaq dini, mədəni və mənəvi dəyərləri bölüşən Azərbaycanla əlaqələrin genişlənməsində maraqlıdır. Hər iki ölkənin dövlət başçıları arasındakı qardaşlıq münasibətləri əməkdaşlığımızın daha da inkişafı üçün möhkəm zəmin yaradır. Siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf edir. 

Səfir deyib ki, ki, əməkdaşlığımızın dərinləşməsində parlamentlərin rolu böyükdür. Qonaq İordaniya parlamentinin formalaşması və fəaliyyəti haqqında ətraflı məlumat verərək, nümayəndə heyətlərinin səfərlərinin və deputatların mütəmadi təmaslarının əhəmiyyətindən danışıb. Bildirilib ki, İordaniya xalqı Azərbaycana xüsusi münasibət göstərir və onun ölkəsi gələcəkdə Azərbaycanla əlaqələri daha da dərinləşdirmək niyyətindədir.

Söhbətdə parlamentlərarası əlaqələrin bu günü, gələcək inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Axtarış
Xəbər lenti
Reklam