ABŞ prezidenti Donald Tramp lazım gələrsə Rusiya ilə Ukrayna arasında vasitəçi ola bilər.
Bu haqda Ağ Ev başçısı iqamətgahı önündə jurnalistlərə bildirib.
"Onlara lazım olarsa mən vasitəçi olmağa hazıram. Rusiya və Ukrauna arasında əsirlərin dəyişdirilməsi olduğca pozitiv addımdır", - deyə, Tramp bildirib.
Qeyd edək ki, "normand dördlüyü" tərəfindən ABŞ-a belə bir təklif hələ ünvanlanmayıb.

Urra!!! Yenə də heç bir dövlət işğal altındakı torpaqlarımızdakı qanunsuz seçkiləri tanımadı... 


 

 Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejim sentyabrın 8-də baş tutmuş faktiki bələdiyyə seçkilərini özləri üçün uğurla başa çatdırıb.
 Rusiya mediasının yaydığı məlumata görə, Ermənistandan gələn  və yerli müşahidəçilər Azərbaycan Respublikasının hüquqi torpaqlarında de-fakto keçirilən qanunsuz seçkilərdə elə  bir ciddi “qanun” pozuntusu qeydə almayıb.
Seçkilərin nəticələri artıq elan olunub. Beləliklə, nə qədər acı olsa da, işğal altındakı bəzi şəhər və rayon mərkəzlərimizin yeni merləri ilə tanış olaq:
Xankəndi – David Sərkisyan, Şuşa – Artsvik Sərkisyan, Laçın-  Narek Aleksanyan,  Kəlbəcər – Sergey Çilingəryan, Ağdərə- Mişa Gürcyan, Xocavənd – Ayk Sərkisyan, Əsgəran – Samvel Ağacanyan, Hadrut – Vahan –Savadyan və s. və i.a.
P.S. Bizimsə separatçılara cavabımız bir-iki “kəskin” və “tutarlı” bəyanat, təsəllimiz isə Ermənistandan başqa heç bir dövlətin Qarabağdakı seçkiləri tanımaması oldu... Urra!!!

 


 

Türkiyə və Rusiyanın xarici işlər nazirləri - Mövlud Çavuşoğlu ilə Sergey Lavrov arasında telefon danışığı olub.
TASS xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada Suriyadakı vəziyyət Astana formatı ölkələrinin (Türkiyə, İran, Rusiya) zirvə görüşünə hazırlıq baxımdan müzakirə olunub.
Həmçinin Suriyadakı münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 2254 nömrəli qətnamə, habelə Rusiya ilə Türkiyə prezidentləri arasında avqustun 27-də əldə olunmuş razılaşma çərçivəsində həll olunması prosesinin gedişatı müzakirə olunub. Hər iki tərəf Suriyada Konstitusiya Komitəsinin tezliklə yaradılaraq fəaliyyətə başlaması məramına sadiq olduqlarını təsdiqləyiblər.

 


 

Rusiya və Ukrayna arasında “35-ə 35” formatında əsir və girovların mübadiləsi Donbasda vəziyyətin həllinə kömək edəcək.
Bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov “2+2” formatında Rusiya və Fransa Xarici İşlər və Müdafiə nazirlərinin görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.
“Biz "35-ə 35" formatında baş tutan mübadilədən məmnunluğumuz ifadə etmişik. Ümid edirik ki, bu, Donbasdakı böhranın həlli ilə yanaşı Ukrayna-Rusiya münasibətlərinin normallaşacağını, Poroşenko hökumətinə məxsus olan aqressiv anti-Rusiya siyasətinin dəyişəcəyini gözləməyə imkan verən yaxşı bir siqnaldır",- deyə Lavrov bildirib.

 

 
Avropa ölkələrində sığınacaq alan ermənilər məcburi şəkildə Ermənistana göndərilir.
Ermənistan mətbuatının yazdığına görə, Almaniyadan çarter reyslərlə gələnlərin bəziləri deportasiya barədə bildiriş almadığını iddia edirlər.
Digərləri isə deportasiya barədə bildiriş alsalar da, sağlamlıqlarına görə Almaniyadan çıxa bilməyiblər. Lakin onlar müalicə kursunu başa vurmağa vaxt tapmamış məcburi şəkildə ölkədən çıxarılıblar.
Ailəsi ilə birlikdə deportasiya edilən Arman Almaniyada qaçqın düşərgəsində yaşadığını bildirib. Onun sözlərinə görə, bundan sonra Ermənistanda necə yaşayacaqlarını bilmirlər.
"Çünki pulum yoxdur, müalicə məsələsini necə həll edəcəyimi də bilmirəm. Ölkədə dərmanların keyfiyyəti yaxşı deyil", - deyə Arman bildirib.
Varsenik də müalicənin keyfiyyətinə görə Ermənistana dönmək istəmədiyini, amma zorla deportasiya olunduğunu deyib.
Son bir neçə gündə Almaniyadan iki dəfə çarter reysi ilə 80 nəfər erməni məcburi olaraq ölkədən çıxarılaraq Ermənistana yola salınıblar.
Ermənistan miqrasiya xidmətinin məlumatına görə bu ilin birinci yarısında 944 erməniyə qarşı Avropa Birliyi ölkələrindən 490 readmissiya iddiası daxil olub.
Bu şəxslərin Ermənistan vətəndaşı olmaları təsdiq edilərək məcburi şəkildə öz ölkələrinə qaytarılıblar.
Ermənistana məcburi şəkildə geri qaytarılan ermənilərin əksəriyyəti Almaniyadandır - 576 nəfər.
Fransadan 96, İsveçdən 36, Avstriyadan 35 erməni deportasiya olunub.
Məsələ orasındadır ki, əvvəllər sığınacaq verilən vətəndaşlar da geri göndərilir. Çünki siyasi sığınacaq məsələsinə üç ildən bir baxılır.

 


 

"Azərbaycan iqtidarı dövlətə və dövlətçiliyə xidmət etmək istəyən hər bir qrup və ya şəxslə əməkdaşlığa açıqdır".
Bu sözləri prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov feysbuk səhifəsində yazıb. 
O qeyd edib ki, Milli Məclisin komitə sədri, Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan Eldar İbrahimovun adından dünən yayılan açıqlama sosial şəbəkələrdə və ictimai rəydə müəyyən anlaşılmazlığa səbəb olub:
"Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, həm də YAP rəhbərliyində təmsil olunan şəxs kimi bəyan edirəm ki, həm partiyamızın, həm də mövcud iqtidarın bu məsələyə münasibəti ümummilli lider, dövlətimizin və partiyamızın qurucusu Heydər Əliyev tərəfindən müəyyən edilmiş və bu gün də dəyişməz olaraq qalır. 
Xatırladıram ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan ziyalılarının 1992-ci ildə mətbuat vasitəsilə ona ünvanladığı müraciətinə verdiyi cavab yeni siyasi hərəkatın və bu hərəkatın avanqard qüvvəsi olan YAP-ın manifesti olaraq qəbul edilmiş və həmin manifestdə ifadə olunmuş prinsip və meyarlar bu gün də siyasi fəaliyyətimizin əsas kredosunu təşkil etməkdədir. Heydər Əliyevin ziyalılara 1992-ci ildə ünvanlandığı həmin müraciət, əslində sadəcə yeni bir siyasi partiyanın deyil, quruculuğuna başladığımız müstəqil dövlətin gələcək siyasi-ideoloji proqramı idi. 
Müraciətdə ümummilli lider Azərbaycanın bütün sağlam qüvvələrini vahid dövlətçilik və  azərbaycançılıq ideyaları ətrafında birləşərək gənc, müstəqil və yeni Azərbaycan dövlətinin quruculuğuna öz töhfəsini verməyə səsləyirdi.
Hakimiyyətdə olduğu bütün müddət ərzində ümummilli lider həmişə birlik və həmrəylik ideyasına sadiq qalmış, ölkədə vətəndaş sülhü, mili birlik naminə, Azərbaycan dövlətçiliyinə xidmət etmək istəyən, hər hansı idarəçilik və  intellektual keyfiyyətləri olan insanların YAP-da və YAP-ın qurduğu iqtidar komandasında təmsil olunmasına şərait yaradıb.  Azərbaycan tarixində həm də, senzuranı ləğv etmiş rəhbər kimi ümummilli lider fərqli siyasi qüvvələrin parlamentdə birgə təmsilçiliyini, siyasi plüralizm və söz azadlığını müasir inkişafın labüd bir prinsipi olaraq qəbul etmiş, ümummilli məsələlərin siyasi opponentlərlə birgə müzakirəsini, bütün məsələlərin həlli naminə hər kəslə açıq dialoqu və əməkdaşlığı vacib sayıb.
Belə dövlətçi-azərbaycançı yanaşma, milli həmrəyliyə sədaqət ümummilli liderin siyasi irsinin davamçısı Prezident İlham Əliyevin hakimiyyəti dövründə də ardıcıl olaraq davam etdirilir. İlham Əliyev ilk dəfə prezident seçildiyi 2003-cü ildə səsləndirdiyi “mən bütün azərbaycanlıların prezidentiyəm” açıqlaması ilə həmin prinsiplərin onun üçün də dəyişməz olduğunu ortaya qoyub.
Bir daha qeyd edirəm ki, bu prinsiplər dəyişməzdir, Azərbaycan iqtidarı dövlətə və dövlətçiliyə xidmət etmək istəyən hər bir qrup və ya şəxslə dialoqa və əməkdaşlığa açıqdır, öz siyasi rəqiblərini düşmən hesab etmir və onlarla ümummilli məsələlərlə bağlı müzakirə və əməkdaşlığı məqbul sayır. Eldar İbrahimovun adından yayılmış məlum fikirlər isə YAP-ın və İlham Əliyev iqtidarının mövqeyini əks etdirmir".

 

 

Milli Məclisin payız sessiyasının bəzi komitə iclaslarının vaxtı bəlli olub.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a deyib ki, Milli Məclisin daxili nizamnaməsinə uyğun olaraq payız sessiyasının komitə iclasları sentyabrın 15-dən sonra müəyyənləşir:


“Deputatlar növbəti payız sessiyası üçün lazım olan qanun layihələrini  komitədə müzakirə edib plenar iclasa tövsiyə edəcəklər”.


Bəzi komitə sədrləri də Modern.az-a komitə iclasları barədə danışıb.


Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, ilk komitə iclası sentyabrın 17-də keçiriləcək.


Milli Məclisin Aqrar siyasət komitəsinin ilk iclası sentyabrın 20-də keçiriləcək. Komitə sədri Eldar İbrahimovunsözlərinə görə,  komitədə müzakirə olunacaq qanun layihəsi də bəllidir:

“Milli Məclisin payız sessiyasının komitə iclasında “Qida təhlükəsizliyi haqqında” qanun layihəsini iş planına salacağıq. Aqrar siyasət komitəsinin üzvləri ilə birgə müzakirə edəcəyik”


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə deyib ki,  komitənin iclası sentybarın 20-dən sonra keçiriləcək.

Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası  sentyabrın 30-da keçiriləcək.

 


 

İranın sabiq sənaye, mədənlər və ticarət naziri Məhəmməd Rza Nemətzadənin qızı Şəbnəm Nemətzadə həbs olunub.
O, qanunsuz mal toplamaq və dərman məhsullarının inhisarçılığı ilə məşğul olmaqda ittiham olunur.
Ş.Nemətzadənin dərman istehsal edən bir şirkətlə əlbir olaraq inhisarçlıqla məşğul olduğu üçün həmin şirkətin bir neçə əməkdaşlı ilə birlikdə yaxın zamanlarda mühakimə olunacağı bildirilir.

28 il öncə ilk Prezident seçkılərinə görə aləmi  qatışdıran müxalif liderlər, “hanı sizin Şura hökumətiniz”?.. 


 

 Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin keçirdiyi  növbəti  seçki də ermənilər üçün uğurla başa çatıb. 
 Xankəndidəki erməni nəşrlərinin yaydığı məlumata görə, sentyabrın 8-i axşam saatlarında “yerli idarəetmə orqanları”na faktiki seçkilərdə səsvermə sona yetib. Saat 20:00-da bütün seçki məntəqələri bağlanıb və səslərin sayılmasına  başlanıb. Saat 17: 00-dək  57.443 erməni(!) seçici səs verib… 
Qeyd edilir ki, seçkilər Xankəndi də daxil olmaqla işğal altındakı torpaqlarımızdakı 228 məntəqədə  keçirilib. Seçkilərə 415 namizəd qatılıb.
P.S. Düşmən torpaqlarımızda de-fakto növbəti seçki keçirdi. Amma bizim səsimiz yenə də çıxmadı və o torpaqlara çatıb  istər işğalçı ölkəyə, istərsə də separatçı rejimə,  az da olsa, təsir göstərmədi… Söhbət XİN-in və ya digər bir qurumun, rəhbər şəxsin bəyanatından getmir. Ən azı, 31 illik tarix göstərir ki, bəyanatla “donuz darıdan çıxmır”… 
 
Yaxşı, hərbi əməliyyatlara başlamağa ehtiyat edirik. Heç olmasa, Qarabağ köçkünlərini, eləcə də Qərbi Azərbaycan qaçqınlarını beynəlxalq təşkilatların, BMT-nin, AŞ-ın, ATƏT-in yerli ofislərinin, aparıcı xarici ölkələr, xüsusən Minsk Qrupu həmsədrləri olan ölkələrin səfirlikləri qarşısına toplayıb haray qaldırmağa sözümüz nədir?..
P.P.S. Yadınıza onu da salaq ki, düz 28 il öncə - sentyabrın 8-də Azərbaycan Respublikasında ilk Prezident seçkiləri keçirilən zaman, onun ərəfəsindəki və sonrakı günlər indiki “müxalifət liderləri” adlananların böyük hissəsi, fəryad qoparırdı, baş yardırırdı, az qala, nəinki bütün Azərbaycanı, bütün Avropanı, dünyanı ayağa qaldırırdı ki, seçkilərdə saxtakarlıq olub. Bəs həmin liderlər indi hardadırlar? Niyə səsləri çıxmır? Niyə başları yarılmır? Məşhur “Axırıncı aşırım” filmində Kərbəlayının təbirincə soruşsaq, hanı sizin Şura hökumətiniz, bəylər?!..

 

 
Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədə paylaşdığı son statusuəda Rusiya ilə Ukrayna arasında girovların “hamıya hamıya” prinsipi ilə dəyişdirilməsini təqdir edib. “Girovların dəyişdirilməsi Rusiya ilə Ukrayna arasında sülhün əldə olunmasına dəstək olacağına ümid edirik” cümləsini yazan Paşinyan iki xalq arasında münasibətlərin bərpasının alternativi olmadığını bildirib.
İndi bizdən nə tələb olunur? Azərbaycan Xarici İşlər Nazirliyi təkrar bəyanatlar yayınlamaqdansa, yaradıcı yanaşma ortaya qoyaraq Paşinyanın son statusundan bəhrələnsin. Paşinyan statusunda girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini tərifləyib. Biz də onun bu statusuna istinad edərək Dağlıq Qarabağdakı 2 girovumuzu bizim əlimizdə olan eyni sayda Ermənistan vətəndaşına dəyişdirilməsini İrəvana təklif edək.
Axtarış
Xəbər lenti
Reklam