Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaranmasının 100 illiyi ilə bağlı Bakıda keçirilən hərbi sərgidə "Harop" adlanan pilotsuz uçuş aparatlarının (PUA) buraxıcı qurğusu nümayiş etdirilib.
"Maz" markalı zirehli avtomobildə yerləşdirilən qurğu 12 ədəd pilotsuz uçuş aparatını daşıya və havaya buraxa bilir. Qurğu yerləşdirildiyi avtomobildə 45 dərəcə bucaq altında hərəkət edir. Qurğuda İsrail istehsalı olan pilotsuz uçuş aparatı yerləşdirilə bilir. Qurğu döyüşə hazır vəziyyətə gətirilərkən 9 dəqiqə ərzində öz-özünü test edir və döyüşə hazır olub-olmaması barədə komanda verir. Özünütest zamanı hansısa bir aparat və ya cihazda nasazlıq aşkarlanacağı təqdirdə qurğu avtomatik bloklanır.
Maşında yerləşdirilən PUA 200 kilometr məsafədən idarə olunur. PUA hədəfi izləyir, yerini müəyyən edir və komanda vasitəsilə hücuma keçir. PUA hədəfi 100 faiz vurmağa qadirdir. Aparat 16 min metr hündürlükdə uçduğundan düşmənin onu görməsi, müəyyən edib vurması qeyri-mümkündür.
Qeyd edək ki, "Harop" 2016-cı ilin aprel döyüşlərində istifadə olunub və 100 faiz nailiyyət əldə edib.

 


“Azərbaycan və İran prezidentlərinin son telefon danışığı ondan xəbər verir ki, Moskvada üçlü – Rusiya, Azərbaycan və İran zirvə görüşünün təxirə salınmasının səbəbkarı nə Bakıdır, nə də Tehran”.
Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. O xatırladıb ki, Moskvada Azərbaycan və İran prezidentləri ayrıca görüşməli idilər və bunun anonsu günlər öncədən verilmişdi:
“Onlar bu görüşdə maraqlı idilər, ancaq onlardan asılı olmayan səbəbdən (Kremlin elan etdiyi “texniki səbəb”) görüş baş tutmadı. Ona görə də İran və Azərbaycan prezidentləri heç olmazsa telefonla fikir mübadiləsi aparmağa ehtiyac duydular.
Amerikanın ağır sanksiyalarının təsiri altında olan İranın qonşu ölkələrlə, o cümlədən Azərbaycanla əməkdaşlığa daha artıq əhəmiyyət verməyə başlayıb. Bunu İran prezidenti Həsən Ruhaninin azərbaycanlı həmkarı İlham Əliyevə telefonla söhbətdə işlətdiyi ifadələr də göstərir. İlham Əliyev də əməkdaşlığın inkişafının əleyhinə deyil, tam əksinə, İranı Ermənistanla birgə layihələrdən uzaqlaşdırmaq rəsmi Bakının əsas vəzifələrindən biridir. Sadəcə, Həsən Ruhanin telefonda söylədiyi bir cümlə diqqəti cəlb edir. İkitərəfli təmaslardan məmnuniyyətini dilə gətirən Həsən Ruhani deyib: “İki ölkə arasındakı razılaşmaların yerinə yetirilməsinin sürətləndiriləcəyinə ümid edirəm””.
Elxan Şahinoğlu prezidentlərin danışğındakı pərdəarxası məqamlara da toxunub:
“Hansı razılaşma ləng həyata keçirilir ki, Həsən Ruhani sürətin artırılmasını arzu edir? Bəlkə söhbət Azərbaycanın Rəşt-Astara dəmiryolunun tikintisinə ayırmalı olduğu 500 milyon dollar razılaşmasından gedir?
Amerika İranla bank köçürmələrinə qarşı sanksiyalar tətbiq edir. Ona görə də krediti ayırmaq asan məsələ deyil. Azərbaycanla İran arasında kredit razılaşması ABŞ prezidenti Barak Obamanın dövründə əldə olunub. Həmin dövrdə isə ABŞ-ın İrana qarşı indiki sanksiyaları qüvvədə deyil, əksinə, nüvə razılaşması əldə olunmuş və İran iqtisadi inkişafa ümid edirdi. Donald Trampın prezident seçilməsi ilə bütün razılaşmalar pozuldu. Əlbəttə, Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizinin işə düşməsində maraqlı olan ölkədir, ancaq bizdən asılı olmayan reallıqlar da yaranıb ki, Tehran bunu nəzərə almalıdır. Bu reallıqlarla hətta bəzən Rusiya hesablaşır. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin İranın xarici işlər naziri Məhəmməd Zərif ilə görüşdən bir neçə gün sonra belə ifadə işlətmişdi: “Biz yanğınsöndürən maşın deyilik ki, hər yerə özümüzü çatdıraq”. Yəni Putin demək istəyirdi ki, əlbəttə, Rusiya İranla tərəfdaşlığına və əməkdaşlığına davam edəcək, ancaq İranı Amerikanın sanksiyalarından qurtara bilməyəcək. Putinin təbirincə desək, Azərbaycan da yanğınsöndürən maşın deyil”.
Xatırladaq ki, Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani arasında keçiriləcək Soçi görüşü təxirə salınıb. 
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Rusiya, Azərbaycan və İran prezidentlərinin bu həftəyə planlaşdırılmış Sammiti texniki səbəblərə görə başqa vaxta keçirilir”, - deyə D.Peskov bildirib.
Görüşün təxirə salınmasından sonra Azərbaycan prezidenti İlham Əliyev və İran lideri Həsən Ruhani arasında telefon danışığı olub. Həsən Ruhani telefon danışığı zamanı Azərbaycanı qardaş ölkə adlandırıb.
“Tehran Azərbaycanla əlaqələrin genişlənməsinə böyük önəm verir. Azərbaycan  bizə dost və qardaş ölkədir və əməkdaşlığımız daha da dərinləşəcək”.

 

 
Xəbər verdiyimiz kimi, Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani arasında keçiriləcək Soçi görüşü təxirə salınıb. 
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Rusiya, Azərbaycan və İran prezidentlərinin bu həftəyə planlaşdırılmış Sammiti texniki səbəblərə görə başqa vaxta keçirilir”, - deyə D.Peskov bildirib.
Prezidentlərin Soçi görüşünün gerçəkləşməməsinə səbəb Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalar ola bilərmi?
Sayca 3-cü olan Soçi görüşünün  əhəmiyyəti nədir? Hər hansı sənədin imzalanması nəzərdə tutulubmu?
Modern.az saytı prezidentlərin Soçi görüşünün təxirə salınmasının səbəblərini  ekspertlərlə müzakirə edib. 
Politoloq Zərdüşt Əlizadə Soçi görüşünün təxirə salınmasına dair ehtimalların  çox olduğunu bildirib:
“Ehtimallardan biri odur ki, Amerika və İsrail İrana qarşı hər hansı hərbi əməliyyatlara başlamaq fikrindədir. Təbii, bu məsələdən Rusiya xəbərdardır. Görünür, məsələni kənarda saxlamaq üçün görüşün təxirə salınmasını məsləhət görüb. Hər halda, bu da bir ehtimaldır. İkincisi, görünən odur ki, daha vacib bir iş olduğu üçün görüş təxirə salınıb. Ümumilikdə, bu görüşün keçirilməsinin əhəmiyyəti böyükdür”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Rusiya Amerikanın İrana sanksiyalar tətbiq etməsi məsələsində İrana dəstək versə də, heç də kömək etməyi düşünmür:
“Rusiya və İran arasında sıx əlaqələr mövcuddur. Rusiyalı rəsmilər iranlı həmkarları ilə tez-tez görüşürlər. Məsələn, Amerika İrana sanksiyalar elan edəndən sonra İranın xarici işlər naziri Rusiyaya səfər edərək, Putinlə görüşmüşdü. Rusiya prezidenti Putin də İrana mesaj göndərdi ki, bütün problemlərin həllini məndən gözləməyin. Dolayı yolla izah etdi ki, “yanğınsöndürən maşın deyilik ki, hər yerə qaçaq”. Bu, İranın rəsmilərinə də bəllidir. Azərbaycanla  Rusiyanın münasibətləri normaldır. Rusiyanın bildirdiyinə görə, görüşün təxirə salınması sırf texniki məsələlərlə bağlıdır”.
Ekspert  Rusiyanın görüşün təxirə salınmasına səbəb kimi texniki məsələni bəhanə gətirdiyini  ehtimal edir:
Məndə də müəyyən suallar var. Əgər sırf texniki məsələlərlə bağlıdırsa, bir neçə gün sonra Putin Fransaya səfər edəcək və prezident Makronla görüşəcək. Sual olunur: Əgər Putin çox yorğundursa, o  zaman Fransaya niyə gedir?! Bu məsələnin bir tərəfidir.  Məsələnin digər tərəfi odur ki, prezidentlərin Soçi görüşü Putinin çox da vaxtını almayacaqdı. Bir neçə saatlıq diskussiya və heç bir çağırış da olmayacaqdı. Bu görüş İranın özü üçün də lazımdır. Çünki İran sanksiyalar əhatəsindədir. Sanksiyalardan qurtulmaq üçün qonşu dövlətlərlə, o cümlədən Rusiya və Azərbaycanla əməkdaşlığın inkişafına can atır. Azərbaycan üçün də ona görə vacibdir ki, Şimal-cənub qaz dəhlizi işə düşməlidir. Soçi görüşündə Qarabağ məsələsi müzakirə olunmayacaq. Çünki Rusiya və İranın bu məsələyə maraq göstərəcəklərinə inanmıram. Görünür, bu görüş Rusiya prezidentinin o qədər də marağında olmayıb. Hazırda Rusiyanın problemləri başından aşır. Düşünürəm ki, ya ilin sonuna qədər, yaxud da yaxın aylarda Soçi görüşü baş tutsun.
Prezidentlər telfonla danışdılar

İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışıb.

Telefon danışığı haqda İran prezidentinin rəsmi saytı məlumat yayıb.

“İran Azərbaycanla münasibətlərin genişləndirilməsinə dair səylərə böyük önəm verir. Xoşbəxtlikdən biz əməkdaşlığın genişləndiyini müşahidə edirik”,-Ruhani telefon danışığı zamanı bildirib.

İran prezidentinin mövqeyinə görə iki ölkə rəsmi şəxsləri arasında səfərlər mübadiləsi münasibətlərin genişləndirilməsi üçün effektiv alətdir. Ruhani habelə iki ölkə arasında imzalanmış razılaşmaların yerinə yetirilməsi prosesinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

“Azərbaycan həmişə İran üçün dost və qardaş ölkə olub, bu dostluq daha da dərinləşəcək”,-Ruhani deyib.

Öz növbəsində İlham Əliyev qeyd edib ki, İran-Azərbaycan münasibətləri dərinləşir və bu da Tehranla Bakının birgə səylərinin nəticəsidir.

“Heç bir şübhə yoxdur ki, iki ölkə və xalqlar arasında münasibətlər əvvəllər olduğu kimi bundan sonra da inkişaf edəcək”,-Azərbaycan prezidenti əlavə edib.

Ərdoğandan müsəlman liderlərini telfonla təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qurban bayramı münasibətilə bəzi ölkələrin liderləriylə telefonla danışıb.

 Ərdoğan Qurban bayramı münasibətilə Malayziya baş naziri Mahathir Məhəmməd, Fələstin Dövlət Başçısı Mahmud Abbas, Qırğızıstan prezidenti Sooronbay Ceenbekov və Qazaxıstanın Qurucu prezidenti Nursultan Nazarbayev ilə telefonla danışıb. 

Liderlər qarışılıqlı olaraq bir-birlərini və xalqlarını təbrik ediblər. 

Atambayevin nədə ittiham olunması açıqlandı!

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev dövlət çevrilişi həyata keçirməyi planlaşdırmaqda ittiham olunur.

Bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Orozbek Omupayev mətbuat konfransında deyib.

“Atambayev ölkədə çevriliş etməyi planlaşdırırdı”, deyə Opumbayev bildirib.

Opumbayevin sözlərinə görə, keçmiş prezident hakimiyyəti devirmək cəhdlərində mülki vətəndaşların itkisi barədə mediada yayılan məlumatlardan faydalanmaq üçün xüsusi əməliyyat zamanı qadın və uşaqlardan insan sipəri kimi istifadə edib.

Qırğızıstan Baş Prokurorluğun İstintaq fəaliyyəti və istintaq idarəsinin şöbə müdiri Zamir Beyşekev isə sabiq prezidentin qətl və digər ağır cinayətlərdə ittiham olunduğunu deyib: "Atambayevə iğtişaşların təşkili, qətl, adam öldürməyə cəhd, girov götürülməsi və dövlət məmuruna qarşı zor tətbiq edilməsi kimi bir sıra xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunur". 

Qırğızıstan qanunlarına əsasən, bu maddələrə görə sabiq prezidentə ömürlük həbs cəzası verilə bilər.

Xatırladaq ki, Qırğızıstanın xüsusi təyinatlı bölmələri avqustun 7-də A.Atambayevin saxlanılması üzrə əməliyyata başlayıb. Əməliyyat eks-prezidentin Koy-Taşdakı iqamətgahında aparılıb.

Hücum zamanı 136 nəfər xəsarət alıb, bir xüsusi təyinatlı həyatını itirib. A.Atambayev avqustun 8-də saxlanılıb.

Ermənistan əsgərinin Azərbaycana qaçmasını təsdiqlədi -FOTOLAR

Ermənistan Müdafiə Nazirliyi bir hərbçisinin Azərbaycan ərazisinə keçməsi faktını təsdiqləyib.

Açıqlamada deyilir: "Avqustun 12-də, saat 12:00 radələrində Müdafiə Ordusunun bölmələrindən birinin mühafizə zonasından cənub-şərq istiqamətində, hələlik aydınlaşdırılmamış şəraitdə hərbi qulluqçu Araik Kazaryan döyüş mövqeyini tərk edib”.

Eyni zamanda, "Sputnik Ermənistan" agentliyi Araik Kazaryanın 2019-cu ilin yanvar ayında ordu sıralarına çağırıldığını yazıb.

“19 yaşlı Araik Kazaryan Ermənistanın Vayotsdzor bölgəsinin Yegeqis kəndindəndir. Onun Ermənistan Silahlı Qüvvələrinin sıralarında müqavilə üzrə xidmət edən bir qardaşı var ”, - deyə nəşr vurğulayıb.

 


Müdafiə Nazirliyindən verilən məlumata görə, başsağlığında deyilir: 
“Arxangelsk vilayətində yerləşən hərbi poliqonda baş vermiş hadisə nəticəsində “Rosatom” şirkətinin əməkdaşlarının faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı.
Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə sağalmalarını diləyirəm.
Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.

 


 Rusiya KİV-ləri Türkiyənin “Vətən” partiyasının sədri Doğu Perincekin Türkiyənin prezidenti Rəcəb Ərdoğana “Krımı Rusiyanın ərazisi kimi tanı” çağrışını geniş işıqlandırır. 

 “Vətən” partiyasının sədri Doğu Perincek Türkiyə prezidenti Ərdoğana müraciət edək “əgər Rusiyanı strateji tərəfdaş bilirsənsə Krımı Rusiyanın ərazisi kimi tanı” çağırış etdiyini  xəbər verir. 
Nəzərinizə çatdırırıq ki, 7 avqustda Ukrayna prezidenti Vladimir Zelenski Türkiyədə rəsmi səfərdə olub və Türkiyə prezidenti Ukraynanın ərazi bütövlüyünü tanıdığını rəsmən elan edib və Krımın Rusiya tərkibinə qatılmağını qəbul etmədiyini bəyan edib. Rusiya Dövlət Duması isə bunu Türkiyə liderinin ikili standart mövqeyi ilə izah edib.
Krımın Rusiya tərəfindən ilhaqını tanımaq dolayısı ilə Qarabağın Ermənistan tərəfindən işğal edilməsinə haqq qazandırmaq kimi mövqe olduğunu 77 yaşlı Perincek başa düşmürsə, günahın bizdə ya Perincekdə olmasının izahını araşdırmağa dəyər.

 


 
Rusiyalı jurnalist Aleksey Venediktov SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçovun səhhəti haqqında danışıb.
Jurnalist M.Qorbaçovun sağlamlığının pisləşdiyini “Naş” telekanalının efirində deyib.
Onun sözlərinə əsasən, sabiq dövlət başçısı son yarım ili xəstəxanada keçirib.
“Son iki ildir lap pisləşib”, - Venediktov bildirib.
O əlavə edib ki, Qorbaçovun zehni aydındır, lakin xəstəliklərə görə çətinliklə hərəkət edir.
Axtarış
Xəbər lenti
Reklam