Qarabağ klanının və separatçıların ən adioz fiqurlarından biri, 1990-cı illərdə  Əsgəranda yaradılan "özünümüdafiə qüvvələrinin" komandiri, Xocalı soyqırımında qəddarlıqda xüsusi fərqlənən  qatillərindən biri və "meyit alverçisi” kimi tanınan terrorçu Ağdama hücum və  Horadiz döyüşlərində törədilən vəhşiliklərdə xüsusi fərqlənən azğın komandir 2012-ci ildə Milli Qəhrəman Allahverdi Bağırovla 1992-ci ildə çəkilmiş fotosunu paylaşıb, guya onunla dost olduğunu və işğal altındakı Ağdam ərazisindəki məzarını qoruduğunu iddia edən alçaq seperatçı rejimin  "müdafiə nazirinin müavini” və  qondarma qurumun "təhlükəsizlik şurasının katibi”,  2016-cı il   aprel döyüşlərinin iştirakçısı, məğlubiyyəti etiraf edən şəxs 2017-ci ildə   "regionda ən güclü orduya sahib olduğumuz haqqında mif artıq dağıldı, bəli, bizim insan və ərazi itkimiz oldu" etirafını edib,  "İndi bütün istiqamətlər üzrə silah-sursat modernləşdirilir"  deyən rəsmi şəxs (bunlar Paşinyanın keçmiş iqtidarlara yönəlik ittihamlarının  təsdiqıdir).  

Seperatçı rejimin ilk "müdafiə naziri" Samvel Babayan tərəfindən  beynəlxalq terrorçu Monte Melkonyanı  öldürməkdə ittiham edilən "qəhrəman” son Qarabağ savaşında  "tərəfdarları cəbhəyə gedib əsgərləri ruhdan salan informasiyalar yayıb satqınlıq etməklə”  ittiham olunan, özü ortalıqda görünməyən fərari. cinayətkar  Koçaryan və Sarkisyanın  əlaltısı olan faşist zehniyətli  hərbi cani. 
Digər separatçı cinayətkarlar B.Saakyan və A.Arutunyanla düşmənçiliyə görə kənarlaşdırıldığı  "təhlükəsizlik şurasının katibi” vəzifəsinə  4 dekabr 2020-ci ildə təkrar  təyinatından  sonra Qarabağdakı terrorçu dəstələrinin yenidən təşkilini bəyan edib, iki dəfə  Hadrut və Şuşa rayonu ərazisində əsgərlərimizə qarşı təxribatçı  hərəkətlərə birbaşa rəhbərlik edən terrorçubaşı.
10 noyabr üçtərəfli  bəyanatı  imzalayan Baş Nazir Paşinyanı ölümlə hədələyib, nə olursa olsun Paşinyan Moskvaya getməməli, Əliyevlə görüşməməlidir deyib, istafasını tələb edən yaramaz
Ermənistan İTV-yə müsahibəsində ”Xalqımızı əmin etmək istəyirəm ki, sərhədlər dəqiqləşəcək, Artsaxın statusu müəyyən olunacaq. Əsgəran, Hadrut  rayonları və digər əraziləri geri qaytaracağıq. Biz uduzmamışıq, diz çökməmişik” deyərək başından yekə bəyanat verən separatçı
 
Köçəryanın təlimatı ilə Qarabağdakı silahlı dəstələrə nəzarəti ələ alıb,  "Təcili sərhəd mühafizə xidməti  yaradılmalı, orduya yazılıb, 7 günlük toplantıdan sonra  döyüş növbəsinə başlamaq lazımdır.” kimi iddialarla digər terrorçu Arayiki sıxışdırıb bölgədə hakimiyyəti ələ keçirmək üçün fəaliyyətə başlayan tətikçi "Qarabağdakı əhalidə qanunsuz silah və sursat olmadığından, tərksilaha ehtiyac olmadığını” bəyan edən ( savaş zamanı könüllülər adı ilə əhaliyə paylanan minlərlə silahın bir hissəsi oktyabrda Ermənistana keçirilərkən müsadirə olundu. Gizli yollarla nə qədər keçirildiyi, əllərdə nə qədər qaldığı bilinmir. Ermənistanda xaos və hakimiyyəsizlik şəraitində həmin  silahlar  özünü müdafiə və qazanc məqsədilə artıq satılmağa başlanıb) revanşist faşist pozuntusu.  "Azərbaycan Silahlı qüvvələrini  anlaşmaya zidd olaraq  10 noyabrda müəyyən edilmiş şərti sərhədləri pozaraq  döyüş mövqelərini Ağdam, Əsgəran, Xankəndi və Qırmızı Bazar istiqamətinlərində  Qarabağın içərilərinə doğru irəli çəkib  təxribat törətməkdə”  ittiham edən  cəzasını gözlyən  hərbi cinayətkar Sülhməramlı missiyanı həyata keçirən Rusiyanı İlham Əliyevin "təhdidkar bəyanatını” qınamağa çağırıb, Qarabağın statusu və sərhədlərinin bərpasından dəm vuran 52 yaşında universtet bitirən əsgəranlı cahil Azərbaycan dövlətini düşmən adlandırıb, prezidentini müharibə cinayətlərində ittiham etməklə həddini aşan düşmən Vitali Balasanyandır. 

Müqəddəs varlıq hesab etdiyimiz Azərbaycan dövlətinin başındakı şəxsin kimliyindən və ona münasibətimizdən asılı olmayaraq düşmən hücumlarından müdafiə olunmalıdır. Azərbaycan dövlətinə qarşı cinayətlər törədib, Azərbaycanın dövlət başçısını hərbi cinayətlərdə ittiham edən şəxs cəzasını almalıdır. Özlərinə qarşı yönələn ittihamlara birbaşa cavab verə bilməyib, sülhə qarşı olan Azərbaycan xalqının əsas düşmənləri cinayətkar Köçəryanla Sarkisyanın sözçülüyünü edib, getdikcə həddini aşıb azğınlaşan  cinayətkar  Balasanyanın  həbs edilib cəzalandırılması  təhlükəsizlik orqanlarının prinsip məsələsi olmalıdır.

Oqtay Qasımov, Siyasi analitik

 
 


 

Ermənistanın Vətən Partiyasının üzvü Arsen Babayan müxalifət tərəfdarlarını birləşməyə və Baş nazir Nikol Paşinyanın Moskvaya uçuşuna imkan verməməyə çağırıb.

Babayan 11 yanvarda, saat 08.00-da Paşinyanın Rusiyaya uçmasına mane olmaq üçün İrəvanın "Zvartnots” aeroportunda olacağını deyib.

"Birləşin və biz vətənimizin ölümünün qarşısını alaq”, - deyə çağırış edən müxalifət təmsilçisi Moskvada keçiriləcək üçtərəfli görüşlə bağlı iddia edib ki, Ermənistanın və "artsax”ın (?! - red.) əleyhinə olan istənilən qərar qeyri-legitim sayılacaq və lənətlənəcək.

Qeyd edək ki, 11 yanvarda Əliyev-Putin-Paşinyan görüşünün Moskvada baş tutacağı gözlənilir.(Musavat.com)

 
 


 

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması və bununla bağlı müvafiq materialların toplanması işinə başlanılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Tədbirlər Planının ilkin layihəsi Nazirlər Kabinetinə təqdim edilib:

"Bildiyiniz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamda Mədəniyyət Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yeri və layihələndirilməsi ilə bağlı təkliflərin hazırlanaraq iki ay müddətində Nazirlər Kabinetinə təqdim edilməsi tapşırılmışdır.

Hazırda Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə işlər aparılır. Eyni zamanda, Nazirlik tərəfindən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması və bununla bağlı müvafiq materialların toplanması işinə başlanılıb. Belə ki, lazım olan materialların yığılması üzrə Tədbirlər Planının ilkin layihəsi və bununla əlaqədar yaradılacaq İşçi Qrupunun tərkibinə daxil edilməli dövlət qurumlarının siyahısı tərtib edilib və Nazirlər Kabinetinə təqdim edilib. Həmçinin, lazımi materialların toplanmasına köməklik göstərilməsi ilə əlaqədar müvafiq dövlət qurumlarına birbaşa müraciətlər ünvanlanıb. Qeyd edək ki, toplanacaq materialların müasir standartlar səviyyəsində və müxtəlif kreativ vasitələrlə muzeydə təqdim edilməsi planlaşdırılır".

 
 


 

Ermənistanın Vatikandakı keçmiş səfiri, üçüncü prezidentin kürəkəni Mikael Minasyanın Baş nazir Nikol Paşinyanın Qarabağdakı rus sülhməramlılarının fəaliyyətini tənzimləyən bir müqavilə imzaladığını elan edib. Göründüyü kimi, söhbət Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabrda imzalanmış üçtərəfli bəyanatından yox, detalları hələ açıqlanmayan ayrı bir sənəddən gedir.

Minasyan Telegram kanalında  yazır ki, Rusiya tərəfi sənədi 9 noyabrda hazırlayıb və Ermənistan tərəfi onu asanlıqla imzalayıb,  ancaq Azərbaycan isə onu imzalamayıb.

Minasyan, "Azərbaycan tərəfi qalib tərəf, Paşinyan bir kapitulyant olduğu üçün, sülhməramlıların fəaliyyətini tənzimləyən razılaşmada (və ya onun bir hissəsində) görmək istədiyi 3 əlavə bənd irəli sürüb",- deyə Minasyan bildirib. 

Bakının tələbləri belə olub:


- Qarabağda heç bir erməni qoşunu olmamalıdır, çünki bu Azərbaycan torpağıdır. Azərbaycan qoşunları orada hüquqa uyğun yerləşiblər,  rus  qoşunları isə Azərbaycanın razılığı ilə yerləiblər. Və orada ümumiyyətlə erməni əsgərləri olmamalıdır: nə Ermənistan Silahlı Qüvvələri, nə də Qarabağ Müdafiə Ordusu.

- Qarabağa səfər edən Ermənistan rəsmilərinin bütün səfərləri bir Azərbaycan tərəfi ilə əlaqələndirilməlidir.

- Qarabağın özünüidarə orqanları Azərbaycan tərəfi və sülhməramlıları ilə razılaşdırılaraq seçilməli və ya  təyin edilməlidir.

Minasyana görə, erməni tərəfinin problemi ondan ibarətdir ki, kapitulyasiyanın təsiri altında ilk olaraq sənədi imzalayaraq Azərbaycanın sənəddən son gözləntilərini vasitəçiyə - Rusiyaya təqdim etməsinə imkan verməyib.

Azərbaycanla razılaşdırılmamış, lakin onsuz da Paşinyan tərəfindən imzalanan müqavilə layihəsi, danışıqlarda Azərbaycanın təsirini artırır və onun tələblərinin yerinə yetirilmədiyi təqdirdə sülhməramlıların geri çəkilməsini tələb edə bilər.

 
 


 

Azərbaycanın Müdafiə Nazirliyi (MN) bir sıra xarici media orqanlarında ölkəmizin 3 şəhərində Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

MN-in Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. 

"Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və 2019-2022-ci illərdə bu hərəkatın sədridir”, - deyə MN rəsmisi vurğulayıb.

 
 


 

Ermənistan Prezidenti Armen Sarkisyan bu xəstəliyə xas simptomlarla koronavirus xəstəliyindən əziyyət çəkir, xəstəliyin gedişi ağırdır.

Bunu prezidentin köməkçisi Asmik Petrosyan cümə günü RİA Novosti-yə bildirib.

"Koronavirusa yoluxması səbəbindən təcrid olunmuş Ermənistan Prezidenti Armen Sarkisyanda xəstəliyin gedişi mürəkkəbdir. Onda xəstəliyə xas olan simptomlar var. Sarkisyan həkimlərin nəzarəti altında müalicəsini davam etdirir və sağlamlıq vəziyyətinə əsasən uzaqdan işləyir və müvəqqəti işləyəcək”, – deyə A.Petrosyan deyib.

O qeyd edib ki, sağlamlıq durumu sabitləşdikdən və həkimlərin icazəsindən sonra A.Sarkisyan prezident vəzifələrini yerinə yetirmək üçün dərhal İrəvana qayıdacaq.

Yanvarın 5-də Ermənistan Prezidentinin administrasiyası yanvarın 3-də Londonda ayağından əməliyyat olunan A.Sarkisyana koronavirus diaqnozu qoyulduğunu açıqlayb. A.Sərkisyan məzuniyyət götürərək yeni ili Londonda yaşayan övladları və nəvəsi ilə qarşılamaq üçün Britaniya paytaxtına gedib. Onun həyat yoldaşı da koronavirusa yoluxub. (teleqraf.com)

 
 


 

Qazaxıstanın paytaxtı Nur-Sultanda "Türk Dünyası: Tarixi-Mədəni İrs” atlası çap olunub. 

Türk dövlətlərinin müstəqilliyinin 30 illiyinə həsr olunan və eyni adlı beynəlxalq konfransda təqdim olunan atlas türkdilli ölkələrin dövlət başçılarının təlimatı əsasında hazırlanıb. Nəşrə ön sözü Qazaxıstanın Qurucu Prezidenti, Türk Şurasının Fəxri sədri Nursultan Nazarbayev yazıb.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırəli bildirib ki, beynəlxalq konfransın da əsas məqsədi müstəqilliyin 30-cu ilində türk xalqlarının dövlətçilik tarixinə yenidən nəzər salmaq, onun tədqiqini yenidən aktuallaşdırmaqdır. Konfrans çərçivəsində təqdim olunan "Türk Dünyası: Tarixi-Mədəni İrs” atlası türk dövlətlərindən olan alimlər tərəfindən hazırlanıb və Uzaq Şərqdən Avropanın mərkəzinə qədər uzanan böyük coğrafiyadakı tarixi mirası əhatə edir.

"Türk Dünyası: Tarixi-Mədəni İrs” atlasında digər türkdilli dövlətlərlə yanaşı, Azərbaycanın tarixinə, maddi-mədəni mirasına geniş yer ayrılıb. Burda dünyanın nüfuzlu arxivlərindən və mənbələrindən tarixin müxtəlif dövrlərinə aid nadir xəritələr əks olunub, Qobustan qayaüstü rəsmlərindən tutmuş, Saklar dönəminə aid Mingəçevirdə tapılan qədim tarixi nümunələr, yenicə işğaldan azad etdiyimiz Xudafərin körpüsü, Naxçıvandakı Möminə Xatun türbəsi, Şirvanşahlar sarayı, İrəvandakı Azərbaycana məxsus tarixi Göy Məscid, Qarabağ atları, habelə müxtəlif azərbaycanlı tarixi şəxsiyyətlər barədə məlumatlar və digər önəmli informasiyalar cəmlənib.

TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov deyib ki, türkdilli dövlətlərə qarşı bəzi xarici qüvvələrin haqsız iddialarını müşahidə etdiyimiz zamanda bu cür fundamental beynəlxalq nəşrlər və toplantılar çox aktualdır.

Türk Şurasının keçmiş Baş katibi Halil Akıncı müasir Sibir, Monqolustan, Qara dəniz və Aralıq dənizinə qədər geniş ərazilərdə məskunlaşmış türk xalqlarının zəngin mədəniyyətindən bəhs edib.

Azərbaycanın keçmiş xarici işlər naziri Həsən Həsənov isə çıxışında iştirakçıları ilk tarixi və mədəni atlasın nəşri münasibətilə təbrik edib və Türk Akademiyasına təşəkkürünü bildirib. "Türk xalqlarının gücü birlikdədir. Köklü ortaq tarixi köklərimiz bu gün birliyimizi möhkəm saxlamağımız üçün əsas amildir”, - deyə o bildirib.

Qırğızıstanın keçmiş dövlət katibi Osmonakun İbrahimov Türk dünyası və XXI əsrin geosiyasi təhdidlərindən bəhs edərək, "Türk Dünyası: Tarixi-Mədəni İrs” atlasının nəşrinin vacib bir addım olduğunu qeyd edib.

Frankfurt Universitetinin professoru İrina Nevskaya konfrans iştirakçılarını Türk dövlətlərinin müstəqilliyinin 30-cu ildönümü münasibətilə təbrik edib, atlasın əhəmiyyətindən danışıb və qədim türk kitabələrinin əsas xüsusiyyətləri və yayılma coğrafiyası barədə məruzə edib.

Türkdilli dövlətlərin müstəqilliyinin 30 illiyinə həsr olunan, dünyanın 20-dən artıq ölkəsindən iştirakçıların qatıldığı beynəlxalq konfransda Qazaxıstandakı diplomatik korpusun təmsilçiləri, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, Türkiyə səfiri Ufuk Ekici, Macarıstan səfiri, senat üzvləri, görkəmli ictimai və dövlət xadimləri, tanınmış türkoloq və mütəxəssislər iştirak ediblər.

 
 


 

Türkiyə Azərbaycanın Gəncə, Lənkəran və Qəbələ şəhərlərində hərbi aviabazalar quracaq.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb. Məlumatda bildirilir ki, Azərbaycan Suriya, Qətər, İraq, Sudan və Şimali Kiprlə yanaşı, türk hərbi bazalarının yerləşəcəyi ölkələrdən biri ola bilər.

Türk hərbi bazalarının və ya hərbi nümayəndəliklərinin yerləşdiyi ölkələr:

Suriya: Antiterror əməliyyatından sonra minlərlə Türk əsgərinin bu ölkənin şimalında qalması gözlənilir. Onlar terror hücumlarının qarşısını almaq və qaçqın problemlərini həll etmək üçün missiyalar həyata keçirəcəklər.

İraq: PKK-ya qarşı antiterror əməliyyatlarında iştirak edən Türk ordusu birlikləri bu ölkənin müxtəlif şəhərlərində yerləşdirilib.

Somali: Bu ölkədə Türk ordusunun iki vəzifəsi var. 2017-ci ildə Somali ordusuna kadr hazırlamaq üçün Mogadişunun paytaxtında Türk Qüvvələri Komandanlığı açılıb. İkinci missiya isə yaxın sulardan keçən gəmilərin pirat hücumlarından qorunması ilə əlaqədardır.

Livan: Türk əsgərləri burada BMT-nin Müvəqqəti Missiyası çərçivəsində iştirak edirlər. On ildir ki, bu ölkədə yüzə yaxın türk hərbçisi mövcuddur.

Qatar: Türkiyənin bu ölkədə 2017-ci ildən bəri daimi hərbi bazası var.

Bosniya və Herseqovina: Türk ordusu sülh və sabitliyi təmin etmək üçün Bosniya və Herseqovinadakı beynəlxalq sülhməramlı qüvvələrinin bir hissəsi olaraq fəaliyyət göstərir.

Əfqanıstan: Türk ordusu 11 sentyabr müharibəsindən sonra NATO missiyasının bir hissəsi olaraq Əfqanıstanda da fəaliyyət göstərir. Əfqanıstan ordusunun təlimi və ölkədə təhlükəsizliyin təmin edilməsi istiqamətində dəstək göstərir. Əfqanıstandakı türk hərbçilərinin sayı təxminən 2 min nəfərdir.

Albaniya: 1997-ci ildə Adriatik sahilindəki Avlonia şəhərində qurulan bir hərbi bazada 250 nəfərə qədər personal xidmət edir.

Şimali Kipr: Kiprdəki Türk ordusunun sayının 40 min olduğu təxmin edilir. Türkiyənin Kiprdəki hərbi varlığı birbaşa Baş Qərargaha tabe olan daimi bir hərbi hissə statusuna sahibdir.

Sudan: Prezident Ərdoğanın 2017-ci ildə bu ölkəyə səfərindən sonra Sevakin adasında 99 illik hərbi baza üçün yer müəyyənləşdirilib.

Mərkəzi Afrika Respublikası: Türk ordusu bu ölkədə BMT-də inteqrasiya və sabitlik üçün çoxtərəfli bir missiya çərçivəsində fəaliyyət göstərir.

Mali: Türk hərbçiləri bu ölkədə də inteqrasiya və sabitlik üçün çoxtərəfli bir missiyanın bir hissəsi olaraq fəaliyyət göstərir.

 
 


 

Fikrimcə, Nəcməddin Sadıqov hazırda villalarının birində ev dustağıdır.

Bu sözləri millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas Yeniçağ.az-a açıqlamasında Baş Qərargahın sabiq rəisi, general-polkovnik Nəcməddin Sadıqov haqda danışan deyib.

"Nəcməddin Sadıqov vəzifəsindən kənarlaşdırılıb. Görünür, özü də müharibə başlayan kimi kənarlaşdırılıb. Görünür, günahları var, ya nələrisə varsa, bunu yalnız dövlətin xüsusi xidmət orqanları, bir də Müdafiə Nazirliyi bilər ki, nəyə görə kənarlaşdırılıb. Ayrı kimsə bilə bilməz.

Deməli, səhvləri vardı, nələri vardı, ya etibarını itirmişdi, təbii ki, mənim nəzərimcə, ona görə də kənarlaşdırıldı. Onun harada olduğunu mən bilə bilmərəm ki… Mənim fikrimcə, yəqin ev dustaqlığındadır. Çünki görünmürsə, eləmirsə… Həbs olunsa, mətbuata çıxardı, bir generalın həbs olunmağını gizlətmək olmazdı axı. Yəqin evində, villalarının birində ev dustağı olar”.

Millət vəkili deyib ki, bu məsələnin rəsmən elan edilməməsi xüsusi xidmət orqanlarının işidir:

"Hər dövlət orqanının öz işi var, onu da yəqin ki, bir gün açıqlayar”.

 
 


 

Xəbər verdiyimiz kimi Ermənistanda bir qrup çağırışçının valideynləri etiraz aksiyaları keçirməyə başlayıb. Onlar tələb ediblər ki, hərbi xidmətə çağırılan övladları Qarabağa aparılmasın, çünki bu çox təhlükəlidir. 

Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, erməni əsgərlərinin valideynləri bu təhlükəni başa düşür, amma eyni zamanda, məlum olur ki, çağırışçılar Qarabağa göndərilir:

"Erməni əsgərlərinin valideynləri bu təhlükəni başa düşür və eyni zamanda, məlum olur ki, çağırışçılar Qarabağa göndərilir. Ona görə Ermənistanda əsgər valideynləri etiraz etməyə başlayıb. Qarabağa əsgər göndərilir, amma bunun qarşısı alınmır. Bütün bunlara isə Rusiyanın sülhməramlı qüvvələri şərait yaradır. Onlar orda xüsusi düşərgələr yaradıblar və təlimlər keçirlər. Ölkə başçısı cənab İlham Əliyev Ermənistana və sülhməramlı qüvvələrə  açıq xəbərdarlıq etdi. Bildirdi ki, proseslərdəki neqativ hallar davam edərsə, o zaman dəmir yumruq yenidən işə düşəcək. Qaldı ki, erməni valideynlərinin buna etiraz etməsi xeyrimizədir, lakin buna əməl edəcəklərmi, o sual altındadır”.

Qeyd edək ki, erməni əsgərlərin valideynlərindən biri deyib ki, "Müdafiə Nazirliyindən kimsə gəlib bizə açıqlama versin və desin ki, uşaqlarımızı Qarabağa yox, Ermənistandakı hərbi hissələrə aparırlar”.

Axtarış
Xəbər lenti
Reklam