"ABŞ-da baş verən hadisələr bütün bəşəriyyəti heyrətləndirib”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

"ABŞ-da baş verənlər demokratiya üçün üz qarasıdır. Toqquşmalarda ölənlərin ailələrinə başsağlığı verirəm, yaralılara Allahdan şəfa diləyirəm”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan yanvarın 20-də hazırkı Prezident Donald Trampın vəzifəsini qanun çərçivəsində yeni seçilmiş Prezident Co Baydenə təhvil verəcəyinə ümid etdiyini qeyd edib.

 
 


 

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Polşa Respublikasında yeni səfirinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, sərəncamla Nərgiz Akif qızı Qurbanova Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Digər sərəncamla Nərgiz Qurbanova Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Nərgiz Qurbanova 1975-ci ildə anadan olub. 1991-1994-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisasi üzrə bakalavr və 1995-1997-ci illərdə magistr dərəcələri alıb.

1997-1999-cu illərdə isə Qərb Universitetinin (Azərbaycan) Beynəlxalq menecment ixtisasının magistr dərəcəsini bitirib. N.Qurbanova həmçinin Yönşöpinq Beynəlxalq Biznes Məktəbinin (İsveç Krallığı) Beynəlxalq biznes fakültəsində (2000) və Nitsa Universitetinin (Fransa) Beynəlxalq hüquq fakültəsində (1997) təhsil alıb.

O, 2009-cu ildə Vyana Universitetindən (Avstriya) fəlsəfə elmləri doktoru dərəcəsi alıb.

N.Qurbanova 2001-ci ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışmağa başlayıb və 2001-2010-cu illərdə İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsində müxtəlif vəzifələr tutub.

Səfir təyinatından öncə N.Qurbanova Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsinin rəisi vəzifəsində çalışıb və Azərbaycanın iqtisadi gündəliyinin xaricdə təşviqi, regional və qlobal iqtisadi təşkikatlarla tərəfdaşlıq, Avropa İttifaqı ilə əməkdaşlıq, eləcə də ikitərəfli iqtisadi əlaqələrin və regional iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələləri ilə məşğul olub. N.Qurbanova həmçinin şerpa müavini qismində Türkiyənin sədrliyi çərçivəsində Azərbaycanın ilk dəfə olaraq G20 Sammitinin işində qonaq qismində iştirakına töhfə verib.

N.Qurbanova həmçinin 2004-2007-ci illərdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinə və 2010-2013-cü illərdə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinə (müşavir, müvəqqəti işlər vəkili və səfirinin müavini olaraq) ezam olunub.

Səfir N.Qurbanova "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919- 2009)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Nərgiz Qurbanova 2016-cı il 12 yanvar tarixində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdi.

İngilis, fransız (orta) və rus dillərini bilir. Xanım səfir ailəlidir, bir oğlu var.

 
 


 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələrin bəziləri acı, bəziləri isə şirin xatirə kimi yaddaşlara həkk olunub. Bu müddət ərzində ölkəmizin beynəlxalq aləmdəki reytinqi getdikcə yüksəlib. Postsovet ölkələri ilə müqayisədə Azərbaycanın dünya birliyində qazandığı uğurlar daha yaddaqalan olub. Qısa müstəqillik tarixində bir sıra nüfuzlu beynəlxalq qurumlara sədrlik etmək, kosmik ailənin üzvü olmaq, orbitə süni peyk buraxmaq, dünyanın ən qüdrətli 50 ordusundan birini formalaşdırmaq hər ölkəyə nəsib olmur. Azərbaycan isə bu uğurları əldə edib.

Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Ç.Qənizadə deyib ki, ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra xalqımızı ən çox narahat edən məsələ Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli olub. Ancaq dünyada baş alıb gedən ikili standartlar, ədalətsizlik, islamofobiya münaqişənin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə problem yaradıb. Digər tərəfdən, ermənipərəst qüvvələrin Azərbaycana təzyiq və təhdidləri də işğalçı ölkəni getdikcə quduzlaşdırıb. Nəhayət, 30 il davam edən ədalətsizliyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, cəsarəti və ölkəyə rəhbərlik etdiyi müddətdə formalaşdırdığı rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində son qoyuldu. 2020-ci il noyabrın 10-da Ermənistan təslim olduğunu rəsmən elan etdi və kapitulyasiya aktını imzaladı. Bir ay sonra isə – dekabrın 10 da Bakıda Azadlıq meydanında Zəfər paradı keçirən Azərbaycan bu Qələbəsini bütün dünyaya nümayiş etdirdi. Bununla da Azərbaycan XXI əsrdə Zəfər paradı keçirən ilk və yeganə dövlət kimi dünya tarixinə düşdü.

2020-ci il xalqımızın, eləcə də dünya azərbaycanlılarının yaddaşına Qələbə ili kimi əbədi həkk olundu. Yanvarın 6-da Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə də dövlətimizin başçısı bunu xüsusi olaraq vurğuladı. Keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekununun torpaqlarımızın işğaldan azad edilməsi olduğunu diqqətə çatdıran Prezident Azərbaycanın 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdiyini, düşmənə sarsıdıcı zərbələr endirdiyini, Ermənistanı məğlub etdiyini bir daha bildirdi. Bu məğlubiyyətin nəticəsində Ermənistanın məcbur olub kapitulyasiya aktına imza atdığını, təslim olduğunu vurğulayan dövlət başçısı hətta 3 rayonumuzun bir güllə atmadan, bir şəhid vermədən siyasi yollarla geri qaytarıldığını bildirdi. Qeyd olundu ki, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və bu, hərbi yollarla həll edildi. Halbuki beynəlxalq vasitəçilər, o cümlədən bütün aparıcı beynəlxalq təşkilatlar uzun illər idi ki, münaqişənin hərbi həllinin olmadığını iddia edirdilər. Dövlətimizin başçısı isə deyirdi ki, əgər belədirsə, onda münaqişə sülh yolu ilə həll olunsun, biz də bunun tərəfdarıyıq. Ancaq işğalçı ölkə öz təxribatlarından, terror aktları törətməkdən, günahsız insanları qətlə yetirməkdən əl çəkmirdilər. Son vaxtlar isə sərhədboyu ərazilərimizi mütəmadi olaraq ağır artilleriya atəşinə tuturdu. Bunun isə sonu olmalı idi. Torpaqlarımız əbədi olaraq işğalda qala bilməzdi.

Ölkə Prezidenti 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bir daha xatırlatdı ki, müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərək və xarici kütləvi informasiya vasitələrinə müsahibələr verərək deyirdi ki, Ermənistan tərəfi bizə tarix versin, onlar nə vaxt bizim torpaqlarımızdan öz silahlı qüvvələrini geri çəkirlər və biz dayanırıq: "Əks-təqdirdə, axıra qədər gedəcəyik və bunu etdik. Beləliklə, şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi, göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Mən dəfələrlə demişdim ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu”.

Şanlı Qələbəmizin qazanılmasında mühüm amillərdən biri də siyasi həmrəylik, xalqın dövlət başçısının ətrafında sıx birləşməsi oldu. Bu, ötən ilin yekunlarına həsr olunmuş müşavirədə də diqqətə çatdırıldı. Bu birlik, iqtidar-müxalifət münasibətlərində yeni mərhələ 2020-ci ilin fevral ayında ölkəmizdə keçirilən parlament seçkiləri zamanı özünü daha qabarıq şəkildə büruzə verdi. Parlament seçkiləri demokratiya istiqamətində atılmış növbəti ciddi addım oldu. Bunu Milli Məclisin rəhbər orqanlarının, yenilənməsi də təsdiqlədi. İlk dəfə olaraq parlamentin sədr müavini müxalifət partiyasının nümayəndəsi seçildi. Parlament komitələrinin sədr və müavin vəzifələrinə müxalifət nümayəndələrinin seçilməsi də demokratik proseslərin inkişafına verilən önəmin göstəricisi did. Bu, həm də yeni siyasi mədəniyyətin təzahürü idi.

Bütün siyasi qüvvələr arasındakı əməkdaşlığa yönəlmiş bu ciddi addım sentyabrın 27-də işğalçı Ermənistanın başladığı müharibə zamanı özünü daha aydın şəkildə büruzə verdi. Həmin vaxt ölkəmizdə qeydiyyatdan keçmiş 52 siyasi partiyanın 50-si birgə bəyanat imzalayaraq Prezident İlham Əliyevin siyasi kursunu dəstəklədiklərini və dövlət başçısının ətrafında sıx birləşdiklərini bəyan etdi. Prezident öz nitqində bu məsələni də diqqətə çatdırdı və qeyd etdi ki, keçən il partiyaların böyük əksəriyyəti bizim təşəbbüsümüzə müsbət cavab verərək siyasi dialoqa qoşuldu. Hazırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir. Dövlət başçısı siyasi dialoqda iştirak etməyənlərə kəskin iradını bildirdi. Qeyd etdi ki, onlara siyasi qüvvə deyə bilmərəm: "Çünki iştirak etməyən dəstə xain, satqın ünsürlərdən ibarətdir. Siyasi dialoq müharibədən əvvəl başlamışdır və müharibə dövründə daha da güclənmişdir. Müharibə dövründə bir antimilli qruplaşma istisna olmaqla, - mən antimilli şuranı nəzərdə tuturam, - bütün digər siyasi partiyalar və birliklər, birmənalı olaraq, bizim haqq işimizə öz dəstəyini verdi. Antimilli şura isə öz xain, satqın missiyasını müharibə dövründə də icra edib, düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya aparıb. Ordumuzu ləkələmək istiqamətində növbəti təxribat xarakterli addımlar atıbdır”.

2020-ci il xalqımızın yaddaşında əbədi olaraq Qələbə ili kimi qalacaq. Otuz ilə yaxın müddətdə işğal altında olan ərazilərimiz azad edilib. İndi həmin ərazilərdə abadlıq-quruculuq işlərinin başlanılmasına hazırlıq görülür. İşğaldan azad edilmiş ərazilərimizə böyük qayıdış başlanacaq.

 
 


 

Prezident İlham Əliyev Nərgiz Akif qızı Qurbanovanın Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Dövlət başçısının digər sərəncamı ilə, N.Qurbanova Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 
 


 

Prezident İlham Əliyev Həsən Həsənovun Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Həsən Əziz oğlu Həsənov Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

 
Aqiyə Naxçıvanlı:


"Ölkə Prezidenti cənab İlham Əliyev son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi əcnəbi kəlmələrin dilin dəyişilməsinə səbəb olduğunu vurğulayaraq, dilimizin orijinallığının qorunması məsələsində media ilə bağlı qurumların, eləcədə telekanalların öhdəsinə düşən yeni vəzifələri müəyyən etməklə mədəni irsimizin qorunması üçün son dərəcə vacib bir məsələni önə çəkmişdir” – bu sözləri saytımıza verdiyi müsahibəsində Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.


Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Həmin qəbul zamanı etdiyi çıxışında dövlət başçımız mədəniyyət siyasətində dövlətin yeni prioritetlərindən bəhs edib, işğaldan azad edilmiş torpaqlarımızda milli-mədəni irsimizin bərpası və inkişafı yönümündə qarşıda duran vəzifələrdən danışıb. Ölkə Prezidentinin toxunduğu məsələlər barədə əməkdaşımızın suallarını cavablandıran Aqiyə Naxçıvanlı ilk növbədə belə bir məqamı vurğulayıb ki, bu gün dövlət başçımız tərəfindən Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi istiqamətində atılan addımlar birmənalı olaraq həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin qorunması üçün görülən zəruri tədbirlər kimi dəyərləndirilməlidir: "Möhtərəm Ölkə Prezidentimiz cənab İlham Əliyev öz çıxışında tamamilə haqlı olaraq qeyd etmişdir ki, bu gün Azərbaycan xalqına xas olan özünəməxsusluğun və milli identikliyin qorunması mədəniyyət siyasətinin qarşısında duran strateji prioritetlərdəndir. Həqiqətən də, əgər biz tariximizin keçmiş səhifələrinə nəzər salsaq görərik ki, hələ müstəqil dövlətimizin olmadığı dövrlərdə də azərbaycanlıları bir xalq kimi yaşadan və bu xalqı parçalanmaqdan, tənəzzülə uğrayaraq kiçilməkdən və yox olmaqdan qoruyan əsas amillərdən biri kimi məhz Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlərimiz olub. Məhz bu səbəbdən də bu gün Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin qorunması kimi dəyərləndirilməlidir və möhtərəm Prezidentimizin bu istiqamətdə atdığı addımlar da hər zaman olduğu kimi, düşünülmüş və məqsədyönlü xarakter daşıyır. Qeyd olunmalıdır ki, Ulu Öndər Heydər Əliyev də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün daima çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Məhz ana dilimizə olan sonsuz sevgisi səbəbindən Ümummmili Lider 2001-ci ildə avqustun 1-i tarixini Azərbaycan əlifbası və dili günü kimi qeyd etmək təşəbbüsünü irəli sürmüşdü və bu ənənə indi də xalqımız tərəfindən sevə-sevə yaşadılır.”

Daha sonra millət vəkili bu gün Azərbaycanda milli-mədəni irs nümunələrinin qorunması və dünyaya tanıdılması, həmçinin tarixi, mədəni və dini abidələrin bərbası və qorunması istiqamətində böyük işlərin görüldüyünü vurğulayaraq bunları bildirib: "Ölkə Prezidenti cənab İlham Əliyevin də öz çıxışında vurğuladığı kimi, bu gün Azərbaycana məxsus milli-mədəni irs nümunələrinin tanıdılması dğvlətin mədəniyyət siyasətinin əsas prioritetlərindən biridir. Xüsusilə bu mövzuda möhtərəm dövlət başçımızın Azərbaycan muğamı barədə ifadə etdiyi fikirləri çox böyük əhəmiyyət kəsb edir. Həqiqətən də muğam bizim milli sərvətimizdir. Hətta dünyanın bir neçə ölkəsində muğam sənətinin mövcud olmasına baxmayaraq, məhz Azərbaycan muğam sənətinin mərkəzi hesab olunur. Əlbəttə ki, bu status da öz başına yaranmayıb. Dövlətimizin, şəxsən Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu sahəyə xüsusi diqqət və qayğı göstərmələri sayəsində Azərbaycan dünyanın muğam mərkəzi kimi qəbul edilib. Həmçinin öz çıxışında möhtərəm Prezidentimiz tarixi, mədəni və dini abidələrə xüsusi diqqət ayrılmasının vacibliyini bir daha vurğulayaraq bu sahənin də milli mədəniyyətimiz üçün müstəsna önəmini qeyd etmişdir. Həqiqətən də Azərbaycan tarixi abidələrlə zəngin olan ölkədir və bütün mədəni və dini abidələrin qorunması daim dövlətimizin diqqət mərkəzindədir.

İndiyədək Prezident İlham Əliyevin təşəbbüsü ilə çox tarixi abidələr bərpa edilib. Eyni zamanda da son illər ərzində ölkəmizdə müasir memarlıq əsərləri yaradılıb. O cümlədən dünyada seçilən memarlıq nümunələrindən biri kimi qəbul edilən Heydər Əliyev Mərkəzi və məşhur Alov qüllələri artıq qədim Qız qalası ilə birlikdə müasir Bakımızın rəmzlərinə, simasına çevriliblər. Sözsüz ki, artıq işğaldan azad edilmiş torpaqlarımızda, məxsusi olaraq Azərbaycan mədəniyyətinin beşiyi sayılan Qarabağımızda və bütün Qafqazın incisi hesab edilən Şuşada bütün bu istiqamətlərdə işlər daha yüksək intensivliklə həyata keçiriləcək və ən qısa zamanda torpaqlarımızın Vətənə qayıtdığı kimi, mədəniyyətimiz də həmin ərazilərə dönəcək.”

Bundan başqa öz müsahibəsində Aqiyə Naxçıvanlı ölkəmizin beynəlxalq nüfuzunun daha da qalxmasına, imicinin möhkəmlənməsinə xidmət edəcək mədəni layihələrdən danışaraq qeyd etmişdir ki, Azərbaycan hər zaman dünya mədəni irsinə əvəzolunmaz töhfələr vermişdir: "İlk növbədə bunu deməliyəm ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 2021-ci ilin Azərbaycanda "Nizami Gəncəvi İli” elan olunması təkcə ölkəmiz üçün deyil, əslində dünyanın bütün mədəni xalqları və dövlətləri üçün böyük əhəmiyyət kəsb edən bir qərardır. Eyni zamanda da bu addım dövlətimizin başçısı tərəfindən Azərbaycanın ədəbiyyatına və mədəni irsinə ayrılan yüksək diqqətinin təcəssümüdür. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Bu il Nizaminin 880 illik yubileyi qeyd ediləcək. Əlbəttə ki, bu yubiley təkcə Azərbaycanda deyil, həm də dünyada geniş şəkildə qeyd olunmalıdır. Danılmaz bir həqiqətdir ki, Nizami, Nəsimi, Füzuli və digər dahi Azərbaycan şairləri dünya ədəbiyyatı xəzinəsinə çox nadir incilər bəxş etmişlər. Təqdirəlayiq haldır ki, dahi Nizaminin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetində isə Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir. Öz müsahibələrimdən birində mən artıq demişdim ki, Qarabağ Azərbaycanın milli-mənəvi dəyərlərinin əsrlər boyu formalaşdığı mədəni mərkəzdir. Məhz bu baxımdan da Ölkə Prezidenti cənab İlham Əliyevin bu il Şuşa şəhərində iki möhtəşəm tədbirin – "Xarı bülbül” festivalının və Vaqif poeziya günlərinin keçirilməsi barədə verdiyi tapşırıq xüsusi əhəmiyyət kəsb edir. Ümummilli Lider Heydər Əliyev bu kimi məsələlərə çox böyük önəm verirdi. Buna görə də əvvəllər Vaqif poeziya günləri ənənəvi olaraq keçirilirdi. Bu gün isə həmin ənənələr Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yenidən dirçəldilir və inkişaf etdirilir.”

Müsahibəsinin sonunda isə professor Aqiyə Naxçıvanlı son dərəcə maraqlı bir təklif irəli sürmüşdür. Millət vəkili demişdir ki, məhz Prezident İlham Əliyev tərəfindən Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin mərkəzi elan olunması onu belə bir təkliflə çıxış etməyə sövq edib: "Bilirsiniz ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin mərkəzi elan etmişdir. Heç şübhəsiz bu, son dərəcə böyük əhəmiyyət kəsb edən vacib bir qərardır. Şuşada bərpa işlərinə artıq başlanılıb, evlərin və tarixi abidələrin bərpası istiqamətində planauyğun işlər aparılır. Heç bir şübhə ola bilməz ki, artıq çox az bir müddət sonra qədim Şuşa öz tarixi görkəmini alacaq və əvvəlkindən daha gözəl, daha füsunkar oacaq. Möhtərəm Prezidentimizin bu tarixi qərarı məni də sövq etdi ki, Şuşada Milli Konservatoriyanın yaradılması təklifini irəli sürüm. Düşünürəm ki, bu layihə Azərbaycanın yeni mədəniyyət mərkəzinin statusuna tamamilə uyğun olar”.

 
Prezident İlham Əliyev



Ölkə Prezidenti cənab İlham Əliyevin bu il Şuşa şəhərində iki möhtəşəm tədbirin – "Xarı bülbül” festivalının və Vaqif poeziya günlərinin keçirilməsi barədə verdiyi tapşırıq Azərbaycan xalqının nə qədər yaradıcı və öz milli irsinə bağlı bir xalq olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.


Torpaqlarımızın 20%-ni uzun illər ərzində işğal altında saxlayan erməni qəsbkarları 30 ildə bu ərazilərdə bir daşı belə daş üstünə qoymadılar. Hər zaman olduğu kimi, riyakar, yalançı xislətlərinə sadiq qalaraq bütün dünyaya Qarabağın erməni torpaqları olmasına dair uydurmalar yaymaqlarına rəğmən işğalçılar gec-tez bu yerlərdən getməli olacaqlarını hamıdan yaxşı bilirdilər. Buna görə də bütün bu illər ərzində onların işğal etdikləri ərazilərdəki bütün fəaliyyətləri yalnız talançılıq və soyğunçuluqdan ibarət olub.

Bu gün isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əsl yaradıcı xalqın öz torpaqlarında necə davranmalı olduğunu bütün dünyaya əyani şəkildə nümayiş etdirir. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi Vətən torpaqlarını işğaldan azad etdikdən dərhal sonra cənab İlham Əliyev artıq dövlətin başçısı kimi həmin ərazilərdə bərpa və quruculuq işlərinə başladı. Məlum olduğu kimi, möhtərəm Prezidentimiz artıq Füzuli şəhərində beynəlxalq aeroportun tikilməsi barədə göstəriş verib. Hal-hazırda aeroportun inşası üçün uyğun yerlər seçilir və minalardan təmizləmə işləri aparılır. Əlbəttə ki, bu möhtəşəm layihə həm ölkədaxili daşınmalar üçün, həm də Azərbaycanın beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir. Bu barədə möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz çıxışında son dərəcə dəqiq fikirlər ifadə edərək deyib: "Vaxtilə sovet dövründə Şuşaya ya gərək Xankəndidən gedəydin, ya da ki, Laçın dəhlizi ilə. İndi isə biz yeni yol açırıq. Əlbəttə, o yollar da var və bizim vətəndaşlar, bu gün orada təmir-bərpa işlərini aparanlar bu yollardan istifadə edirlər - Ağdam-Xankəndi-Şuşa yolu və Laçın dəhlizi. Yəni, bu yollar bizim üçün açıqdır. Biz nə vaxt istəsək oraya getməliyik, gəlməliyik və elə də olacaq. Ancaq Füzuli beynəlxalq aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün imkanlar yaradacaq. Çünki oraya gəlib ondan sonra qısa müddət ərzində Şuşaya getmək mümkün olacaqdır”.

Sözsüz ki, Füzuli şəhərində beynəlxalq aeroportun inşası bölgədə beynəlxalq turizmin də inkişafına güclü təkan verəcək. Bu isə bütün ölkə iqtisadiyyatının inkişafına böyük bir töhfə olacaq. Lakin işğaldan azad edilmiş doğma Qarabağımızın dirçəliş yolu təkcə dağıntıların bərpasından, yeni infrastrukturların yaradılmasından və abadlıq-quruculuq işlərindən keçməyəcək. Çünki Qarabağ həm də Azərbaycanın milli-mənəvi dəyərlərinin əsrlər boyu formalaşdığı mədəni mərkəzdir. Məhz bu baxımdan da Ölkə Prezidenti cənab İlham Əliyevin bu il Şuşa şəhərində iki möhtəşəm tədbirin – "Xarı bülbül” festivalının və Vaqif poeziya günlərinin keçirilməsi barədə verdiyi tapşırıq xüsusi əhəmiyyət kəsb edir. Yaşlı nəslin yadındadır ki, əvvəllər Vaqif poeziya günləri ənənəvi olaraq keçirilirdi. Hətta sovet dönəmində belə Ümummilli Lider Heydər Əliyevin bu kimi məsələlərə necə böyük önəm verdiyi hər kəsə məlumdur. Bu gün isə həmin ənənələr Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yenidən dirçəldilir və inkişaf etdirilir. Möhtərəm dövlət başçımız 31 Dekabr – Dünya

Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində demişdi: "Ermənistanın işğalı və vəhşiliyi nəticəsində başdan-başa dağıdılmış doğma Qarabağımızı əminəm ki, biz ən qısa zamanda əsl cənnətə çevirəcəyik”.

Ölkə Prezidenti cənab İlham Əliyevin hər bir kəlməsi kimi bu sözləri də artıq sürətlə reallığa çevrilməkdədir. Bu gün Azərbaycan artıq dünyanın ən sürətlə inkişaf edən, yeniləşən və müasirləşən dövlətlərindən biridir. Lakin bu heç də bizim imkanlarımızın sonu deyil. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin qazandığı digər uğurlar Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyini bundan sonra daha da gücləndirəcək. Əminliklə demək olar ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz öz tarixinin ən sürətli inkişafla müşayiət olunan şərəfli bir dövrünü yaşayır və artıq heç bir qüvvə Azərbaycanı tutduğu bu zəfər yolundan döndərə bilməz.

Aqiyə Naxçıvanlı
Milli Məclisin deputatı, professor
aia.az

 
 


 
 
 
 
 
texnomart.az/yeni-il

 

Bu yazını sona qədər oxusanız, niyə eyni vaxtda kəşf edilməsinə baxmayaraq, Şimali Amerikanın varlı və firavan, Cənubi Amerikanın isə kasıb və yoxsulluq içində yaşadığının səbəbini anlayacaqsınız. 

Bunun üçün hər iki materikə gələn iki gəmidən bəhs edəcəyik...

Birinci gəmi 1528-ci ildə Peru sahillərinə yan aldı. Gəmi ilə çoxlu sayda ispaniyalı kongistadorların müşayiəti ilə Fransisko Pizarro materikə gəldi. Gəminin məqsədi kəşf edilmiş böyük bir qitəni İspan kralının sərəncamına verib orada İspaniya hökmranlığını bərpa etmək idi. Fransisko Pizarro çoxlu sayda əsgər və odlu silahla İnk imperiyasını yer üzündən silib, İnk kralını öldürdü. Bu qırğın bütün materikdə baş verirdi və çox dəhşətli idi. Öz ideologiyasını Roma papasından alan gözü qızmış ispanlar "bu qırmızı dərililərin adı İncildə keçmir, ona görə öldürülməlidir" deyən xristian din xadimlərinin xeyir - duasını almışdı. Heç vaxt odlu silah, at və dəmir görməyən yerli xalqın böyük bir qismi öldürüldü, sağ qalanları isə işləməyə məcbur edilirdi. Yerli əhali üçün elə bir fərqi yox idi, əvvəl İnk hökmdarı üçün işləyirdilər, indi də ispanlar üçün. 
İspanlar həqiqətən də öz arzularına çatmışdılar, hər yer qızıl, gümüş ilə dolu idi, onlar İspaniyada kasıb, səfil günündə yaşayıb sonunda dünyanın ən varlı adamları oldular. 
Çoxlu var -dövlət, qızıl, kakao və digər məhsullardan gələn gəlirlərin ümumi həcmi 100 milyard avrodan çox idi. Amerikanı fəth edən ispanların əsas məqsədi əraziləri bir-bir işğal edib İspaniyaya birləşdirmək idi. Oraya ayaq basan hər bir ispan böyük torpaq sahəsi əldə edir, böyük bir qitəni az sayda adamlar arasında bölürdülər. Sonradan qitəyə gələn insanlar faktiki olaraq ancaq ömürlərinin axırına qədər ispan torpaq sahiblərinin plantasiyalarında işləməklə dolanırdılar. Beləliklə böyük təbii sərvətlər ispanların ağlını başından çıxardı, onlar digər kasıb yerli və miqrantlar üçün ağır iş şəraiti müqabilində cüzi maaşdan savayı heç nə vermədilər. 

O biri gəmi təxminən bir əsr sonra Böyük Britaniyadan indiki ABŞ-ın Korolina ştatına yan aldı. Gəmidə olanlar eynən ispanlar kimi kasıb, yoxsul və ədalətsiz bir dünyadan xoş yaşam uğrunda yeni dünyaya gəlirdilər. O zaman Avropa çox geridə qalmışdı, şərqin təmiz və firavan həyatı ilə müqayisədə Avropada həyat olduqca pis, yoxsul, küçələr çirkli, ömür müddəti isə çox az idi. İngiltərədən yola çıxan adamlar Şimali Amerikada varlı ingilis plantasiyası və mədən sahibləri üçün işləməyə gedirdilər, iş şəraiti Cənubi Amerikada olduğundan heç də yüngül deyildi sadəcə olaraq bir ümid var idi, işləyəndən sonra onlar torpaq sahibi olurdular. İngiltərədən yola çıxan hər bir vətəndaş ilə müqavilə imzalanırdı, bu müqaviləyə görə Şimali Amerikada muzdla işləyənlərin hər biri 20 hektar torpaq sahəsi alır, bundan başqa dövlət işlərində işləyə və hətta səs verə bilərdi. Sənədi hazırlayan məşhur ingilis filosofu Con Lok idi. Barbados deklarasiyası adlanan bu sənəd özü- özlüyündə çox faydalı və böyük bir materiki inkişafa aparan, insanlarda ümid və stimul yaradan bir sənəd idi. Platon deyəndəki dövləti filosoflar idarə etməlidir bəlkə də tamamilə haqlı idi...

Cənubi Amerikada böyük sərvət və torpaq sahəsi ələ keçirən varlı ispanlar xüsusi elita formalaşdırmış, mərkəzi hakimiyyətə yəni İspan kralına tabe olmamağa başlamışdı. Onlar belə hesab edirdilər ki, çoxlu döyüşlər keçirib bunun hesabına sərvət toplayan insanlar, onları uzaqdan idarə edən krala tabe olmağa borclu deyil. Beləliklə Cənubi Amerika müstəqil olmağa qərar verdi. Bu işlərin başında duran Karakasda varlı kakao plantasiya sahibinin oğlu Simon Bolivar idi. Simon Bolivar o vaxt Böyük Kolumbiya adlanan indiki Panama, Peru, Kolumbiya, Venesuela, Boliviya və Ekvadoru İspaniya asılılığından azad edib müstəqil etdi. İndinin özündə də Simon Bolivara ilahi bir rəğbət var, ona "Libertador" yəni xilaskar adı vermişdilər. Şimalda isə bu işi Corc Vaşinqton öz üzərinə götürdü, 13 ingilis koloniyasını İngiltərədən ayırıb müstəqil oldu, bununla da ABŞ bundan sonrakı əsrlərdə dünyanın ən güclü, ən firavan və ən möhtəşəm bir ölkəsinə çevrildi. Cənubda isə bu baş vermədi, Simon Bolivar Cənubi Amerikanı İspaniyadan ayırıb müstəqil etsə də, amma Amerika Birləşmiş Ştatları yarada bilmədi, niyə belə oldu?

Corc Vaşinqtonun ABŞ-ı İngiltərədən ayırıb müstəqil etməsi orada torpaq sahiblərinin hüquqlarını dahada möhkəmləndirdi, mülkiyyətə əsaslanan demokratiya ilə isə çoxəsrlik firavanlığa gətirib çıxardı. Simon Bolivar isə müstəqil etdiyi ölkələrdə demokratiya yox, mərkəzi hakimiyyətə tabe olan avtoritar diktatura yaratdı. O, demokratik quruluşa istehza ilə yanaşır, qeyd edirdi ki, bir cəmiyyətin demokratik quruluşla idarə edilməsi üçün gərək bütün ölkə mədəni insanlardan təşkil olunsun. Ömrünün sonunda yazdığı ümidsizliklə dolu bir məktubda Cənubi Amerikanın idarə edilməsi mümkün olmayan bir yer adlandırıb, dünya əgər haçansa ilkin xaos dövrünə qayıdacaqsa bu mütləq Cənubi Amerika olacaq deyirdi. Hətta İspaniya ilə apardığı müharibələrdə ona köməyə gəlmiş ingilis əsgərlərinə Şimali Amerikada olduğu kimi torpaq sahəsi vermədi. Düzdür o, ingilisləri mənim ölkəmin xilaskarları adlandırsa da, onları razı salacaq mülkiyyət məsələsi təmin edilmədi. Demək, inqilab etmək əsas şərt olsa da, inqilab edənin şəxsi əqidəsi daha böyük rola malikdir. Corc Vaşinqton demokratik düşüncəli ağıllı bir general, Simon Bolivar isə diktatura tərəfdarı olan bir şəxsiyyət kimi sonda hər ikisi öz qitələrin taleyini yazdılar...

Hər iki materikdə böyük mədənlər, plantasiya sahələri meydana gəldiyi üçün kəskin işçi çatışmazlığı meydana gəldi. Yerli insanlar işləmək istəmirdi, bəs onlar işçini haradan tapdılar? Əlbəttə ki, Afrikadan. Bir əsrdən az bir müddət ərzində Seneqal sahillərindən təxminən 8 milyon afrikalı zorla işləmək üçün qitəyə gətirildi. Zaman keçirdikcə bu qullar yerli əhaliyə qarışıb müəyyən mövqe tutdular. Şimali Amerikada irqi ayrı-seçkilik özünün pik həddində idi. Qaraların heç bir hüququ yox idi, bu dövlət səviyyəsində bir siyasət idi. İndinin də Amerika Birləşmiş Ştatlarının böyük gücə malik olmasının kökündə irqi ayrı-seçkiliyin olduğunu, vaxtında qara dərili insanlarla ağ dərili insanların arasında fərq qoyulmasının düzgün siyasət olduğunu qeyd edirlər.
Cənubi Amerikada isə tamamilə fərqli oldu. Qara dərili adamlar yerli əhaliyə qarışıb onlardan heç bir fərqi olmadı, yerli əhaliyə verilən hüquqları necə idisə, onlar da elə yaşadılar. 

Həqiqətən çox qəribədir, demokratiya yolunu seçən Şimali Amerikada afrikalı insanlara qul kimi, diktatura hakim olan Cənubi Amerikada isə yerli əhali kimi baxdılar...
Körfəz ölkələrinin Qətərə qarşı üç illik blokadası aradan qalxdı 
Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, Oman, Səudiyyə Ərəbistanını özündə birləşdirən Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının zirvə toplantısında Qətərlə diplomatik böhrana son qoymaq barədə razılıq əldə olunub.

Bu barədə Al Arabiya telekanalı məlumat yayıb.

Barışıq sazişinə əsasən, körfəz ölkələri rəsmi Doha ilə münasibətləri normallaşdıracaq, bu ölkəyə qarşı tətbiq edilən blokadanı aradan qaldıracaq, Qətərlə hava məkanının, həmçinin dəniz və quru sərhədlərinin açılmasını təmin edəcək.

"Körfəz ölkələrinin liderlərinə bu cəsarətli addımlarına görə təşəkkür edirəm”, - deyə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bildirib.

Xatırladaq ki, 2017-ci ildə Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətəri terror təşkilatlarını dəstəkləməkdə və bu ərəb ölkələrində daxili sabitliyi pozmaq cəhdlərində ittiham edərək onunla diplomatik və konsulluq əlaqələrini kəsdiklərini elan ediblər.

 
 


 
 
 
 
 
Ad - 01:05
texnomart.az/yeni-il

 

Qarabağ müharibəsində itkin düşən erməni hərbçilərin valideynləri ölkənin baş naziri Nikol Paşinyanla görüşdən narazı qaldıqlarından Rusiya prezidenti Vladimir Putinə müraciət ediblər.

Bu barədə "Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Yerli mətbuatın yaydığı məlumata görə, itkin hərbçilərin valideynləri Rusiya prezidentindən bu məsələdə kömək istəyiblər. Qeyd edilir ki, dəfələrlə Yerevanda hökumət binasının qarşısında etiraz aksiyası keçirən valideynləri bir neçə dəfə Nikol Paşinyan özü qəbul edib. Lakin baş nazirin qeyri-müəyyən cavabı onları qane etməyib. "Valideynlər məktub yazaraq, övladlarının tapılması xahişi ilə Rusiya prezidenti Vladimir Putinə müraciət ediblər”, - deyə xəbərdə vurğulanır.

Xatırladaq ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan da Yerevanda Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukla iki ölkə arasındakı əməkdaşlığını və Qarabağdakı mövcud vəziyyəti müzakirə edərkən qarşı tərəfdən bu məsələdə kömək istəyib. Ermənistanın baş naziri xüsusən Rusiya rəsmisi ilə erməni əsirlərin və müharibədə həlak olanların meyitlərinin dəyişdirilməsini diqqət mərkəzində saxlayıb.

Axtarış
Xəbər lenti
Reklam