Ermənistanın baş naziri Nikol Paşinyan ölkədəki ümumi vəziyyəti tam idarə edə bilmir.

 


Təkcə müşahidə belə demir. Ayrı-ayrı siyasətçilərin ifadələri də Paşinyanın gücsüzlüyünü qınayır.


Ermənistanın baş naziri Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin rəhbəri Rüstəm Muradovun kölgəsində qalır. Bənzər fikri Azərbaycana məğlub olmuş ölkənin keçmiş vitse-spikeri Eduard Şarmazanov da səsləndirib.

 

Rüstəm Muradov və Araik Harutyunyan Rüstəm Muradov və Araik Harutyunyan

 


"İndi Rüstəm Muradovun əlində daha çox hakimiyyət var, nəinki Nikol Paşinyanın. Ermənistanda hakimiyyət, suverenlik varmı? Paşinyan dediklərinin tam əksini etdi. Sevgi əvəzinə düşmənçilik toxumu səpdi. Birlik əvəzinə cəmiyyəti "ağlar”a və "qaralar”a böldü. Qələbə əvəzinə məğlubiyyət gətirdi, suverenlik yerinə Əliyevə güzəştlər”.


Eduard Şarmazanovun sözlərinə görə, indi Ermənistanda Rusiya ilə ittifaq imkanlarını rədd edən istənilən adam Türkiyəyə yardım göstərmiş olur. Respublika Partiyasının nümayəndəsi düşünür ki, Ermənistanda Rusiya hərbi gücü artmalıdır. Şarmazanov şimal dövlətinin hərbi bazasını genişləndirməyi və ya yenisini yaratmağı məsləhət görür.

 

Eduard Şarmazanov Eduard Şarmazanov

 


Rusiya sülhməramlıları Azərbaycana 2020-ci il noyabrın 10-da yerləşdirilib. Bölgəyə 1960 rus əsgəri və xeyli нучтшлф gətirilib. Rüstəm Muradov sülhməramlı qüvvələrin ilk rəhbəridir. General-leytenant 2017-ci ildə Rusiya Federasiyasını milli qəhrəmanı adına layiq görülüb.(bizimyol.info)


 
 


 

ABŞ Prezidenti Donald Trampın "seçkilərdə dürüstlüyü təmin etdirmək” məqsədilə Ali Məhkəməyə müraciət etdiyi açıqlanıb.

Teleqraf.com xəbər verir ki, noyabrın 3-də keçirilmiş prezident seçkilərində demokratik namizəd Co Baydenin qələbəsindən sonra Donald Trampın etirazı ilə bağlı yeni bir gəlişmə baş verir.

Trampın seçki kampaniyasını aparan komandası sosial şəb’kə hesabında bildirib ki, Viskonsin ştatında Co Baydenin lehinə yekunlaşan səsvermənin nəticələrinin dəyişdirilməsi üçün Ali Məhkəmə qarşısında iddia qaldırılıb.

 
 


 
 
 
 
 
skoda.az

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncəma əsasən təltif olunan hərbçilərin siyahısı ilə bu linkdə tanış ola bilərsiniz.

 
Aqiyə Naxçıvanlı:


"Fransa prezidenti Emmanuel Makronun aşkar ermənipərəst mövqelərdən çıxış edərək qərəzli bəyanatlar səsləndirməsi ilk növbədə bu ölkənin BMT Təhlükəsizlik Şurasının üzvü və ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkə kimi beynəlxalq nüfuzuna ciddi zərbələr vurur. Digər tərəfdən də bu bəyanatlar onların müəllifinin Cənubi Qafqazda sülh və sabitliyin bərqərar edilməməsində maraqlı olduğuna dair ciddi şübhələr yaradır” – bu sözləri saytımıza verdiyi müsahibəsində Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı demişdir.

Son günlər Fransa Prezidenti Emmanuel Makronun anti-Türk və anti-Azərbaycan əhval-ruhiyəsini təsdiq edən növbəti məqamların mətbuatda yer alması ölkəmizdə bu mövzunun yenidən müzakirəyə çıxarılmasına səbəb olub. O cümlədən məsələyə münasibət bildirən millət vəkili Aqiyə Naxçıvanlı qeyd edib ki, Fransa dövlət başçısının bu kimi bəyanatları aşkar destruktiv xarakter daşımaqla əslində heç erməni xalqının da maraqlarına xidmət etmir: "Əslində bu gün Fransanın Ermənistana dost ölkə kimi təqdim olunmasının özü də kifayət qədər şübhəli bir məqamdır. Çünki Fransa przidentinin verdiyi məsuliyyətsiz bəyanatlar ilk növbədə Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunmasına qarşıdır. Yəni dolayısı ilə bu bəyanatlar Ermənistanı Azərbaycana qarşı yeni təxribatlara təhrik edə biləcək cəhdlər kimi qiymətləndirilə bilər. Bu isə Ermənistana baha başa gələbilər. Beləliklə də Makron əslində erməni xalqının deyil, öz ambisiyalarının əsiri olan və faşist ideologiyasına xidmət edən erməni lobbisinin maraqlarını ifadə edir. Eyni zamanda da Fransa prezidentinin tutduğu mövqe fransız xalqının da mənafeylərinin tam əksinədir. Çünki Azərbaycanla dostluq və əməkdaşlıq münasibətlərinə ziyan gətirə biləcək istənilən bir addım ilk növbədə Fransanın özünün milli mənafeylərinə ziddir. Lakin görünən budur ki, bütüm bu məqamlar erməni lobbisinin sifarişlərini hər şeydən üstün tutan Makron üçün heç bir əhəmiyyət kəsb etmir.”
Həmçinin millət vəkili Fransa prezidentinin vasitəçi dövlətin başçısı kimi atdığı addımların əvvəldən qeyri-adekvat olduğunu da vurğulayaraq bunları deyib: "Bildiyiniz kimi, Fransa 1997-ci ildən Qarabağ münaqişəsinin dinc yolla həllini təmin etmək məqsədilə yaradılmış Minsk Qrupunun həmsədri kimi təsdiq olunub. Lakin aradan keçən bu 23 il ərzində Fransa bu istiqamətdə heç bir konstruktiv addım atmayıb. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, qaçın və məcburi köçkünlərimizin öz daimi yaşayış yerlərinə qaytarılması üçün Fransa heç bir səmərəli təklif irəli sürməyib. Ermənistana qarşı işğalçı dövlət kimi hər hansı bir sanksiyanın tətbiq edilməsini müzakirəyə çıxarmayıb. Əksinə, bu ölkənin bütün fəaliyyəti ermənilərin işğal etdikləri ərazilərdə möhkəmlənməsinə, BMT-nin qətnamələrinə və digər beynəlxalq hüquqi-normativ aktlarına əməl etməmələrinə görə cəzasız qalmalarına, Azərbaycan ərazilərində törətdikləri soyqırımı və digər bəşər əleyhinə cinayətlərinin ört-basdır olunmasına yönəldilib. Bu yanaşma Makronun prezidentliyi dövründə daha da radikallaşıb. Emmanuel Makron Fransa prezidenti kimi fəaliyyətə başladığı ilk gündən bu ölkənin sahib olduğu ATƏT-in Minsk qrupunun həmsədri mandatından və bu sənədin verdiyi səlahiyyətlərdən indiyədək yalnız Ermənistanın maraqlarını müdafiə etmək üçün istifadə edib. Halbuki belə yanaşma ümumiyyətlə vasitəçilik missiyasının prinsiplərinə tamamilə ziddir. Makronun xüsusilə son dövrdə verdiyi açıqlamaları və göstərdiyi fəaliyyəti bir daha onu isbatlayır ki, Fransa indiyədək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində heç zaman ədalətli və bitərəf mövqelərdən çıxış etməyib. Birmənalı olaraq deyə bilərik ki, Emmanuel Makron bugünkü siyasətilə Fransanın bundan sonra da həm Azərbaycana, həm də Türkiyəyə qarşı qeyri-adekvat mövqe nümayiş etdirmək niyyətində olduğunu açıq-aydın ortaya qoyub.”


 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III Məclisi keçirilib



Derkabrın 28-də AHİK-in III Məclisinin onlayn iclası keçirilib. Məclisdə 2020-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti haqqında hesabat dinlənilib. AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev hesabat məruzəsi ilə çıxış edib.

Məruzəçi bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə başlamış geniş miqyaslı xarakter daşıyan islahatlar respublikada yüksək dayanıqlı iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiyaların və təşəbbüslərin yüksək səviyyədə təşkili üçün zəmin yaratdı.

Bu ilin 11 ayının sosial-iqtisadi göstəricilərinə görə ölkəmizdə bir sıra sahələrdə, xüsusilə qeyri-neft sənayesində 11,4 faiz, kənd təsərrüfatında 2 faiz, informasiya-texnologiyaları və rabitə sektorunda 1,6 faiz artım qeydə alınmışdır. Büdcə gəlirlərinin, vergi daxilolmalarının proqnozdan artıq icra olunması iqtisadiyyatın dayanıqlığından xəbər verir. Bu bir faktdır ki, 2020-ci ilin bütün çətinliklərinə baxmayaraq Azərbaycanda makroiqtisadi sabitlik müşahidə edilib, inflyasiya 2,5 faiz, manatın məzənnəsi sabit olub. Bütün bu dayanıqlıq Azərbaycan Prezidenti tərəfindən aparılan iqtisadi islahatların və onların hədəfli icra edilməsinin nəticəsində mümkün olub.

Dünya Bankı Doing Business 2020-ci il hesabatı üzrə apardığı araşdırmaların nəticəsini elan edib. Azərbaycan 191 ölkə üzrə 6 pillə irəliləyərək 28-ci yerə layiq görülüb və dünyanın ən çox islahat aparan 10 ölkəsindən biri elan olunub.

Respublikada iqtisadi artım 2020-ci çətin pandemiya ilinə baxmayaraq yanvar-noyabr aylarına olan statisktik məlumatlara görə kənd təsərrüfatında məhsul istehsalı 2019-cu illə müqayisədə 2% artmışdır. İşçilərin orta əmək haqqı 2019-cu illə müqayisədə 14,7% artaraq 704,5 manat təşkil etmişdir. Ümumilikdə isə respublika üzrə pensiyaların orta aylıq məbləği 01 iyul 2020-ci il tarixinə olan statistik məlumata əsasən 297,9 manat, o cümlədən yaşa görə pensiya növü üzrə 328,2 manat, əlilliyə görə pensiyanın orta məbləği 260,9 manat, ailə başçısını itirməsi ilə əlaqədar isə 239,9 manat təşkil etmişdir. Dünya bankının oktyabr 2020-ci il məlumatına görə dünyanın bir sıra qabaqcıl ölkələrində iqtisadi geriləmələr müşahidə edilmişdir. İnkişaf etmiş ölkələr kimi, Azərbaycanda da 2021-ci ildə 3,4% iqtisadi artım olması gözlənilir.



2020-ci ildəki iqtisadi daynıqlıq 2021-ci ildə ölkə iqtisadiyyatının artım mərhələsinə qədəm qoymasına imkan yaradıb. Təqdim olunmuş iqtisadi proqnozlara görə 2021-ci ildə ölkəmizdə ÜDM-in 3,4 faiz artacağı, qeyri neft sektorunun ÜDM-də payının 70,5 faizə çatacağı, inflyasiyanın 3,0 faiz olacağı, manatın məzənnəsinin sabit olacağı proqnozlaşdırılır. Özəl sektorun iqtisadi artımda və büdcə gəlirlərində iştirak payının artırılması üçün növbəti ildə də mühüm stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.

Məruzədə qeyd olunub ki, yola saldığımız ildə AHİK qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlarını səfərbər etmişdir. İl ərzində AHİK-in İcraiyyə Komitəsinin 4 iclası keçirilmişdir. Keçirilmiş iclaslarda həmkarlar ittifaqlarının illik statistik hesabatının, Konfederasiyanın yarımillik iş planlarının təsdiqi, «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı

müəssisəsi” devizi ilə keçirilən respublika müsabiqəsinin 2019-cu il üçün yekunu, Pandemiya və Vətən müharibəsindən zərər çəkən vətəndaşlara, habelə şəhid ailələrinə, qazilərə maddi yardım edilməsi, Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüz və təxribatlarla əlaqədar aprel 2016-cı il və iyul 2020-ci il tarixlərdə döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olan hərbi qulluqçuların uşaqlarının AHİK-in üzv təşkilatları tərəfindən himayəyə götürülməsi haqqında və digər cari məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir.

Pandemiyaya görə İcraiyyə Komitəsinin yığıncaqları və beynəlxalq təşkilatlar (BƏT, BHİK, ÜHİK, Pan Avropa Regional Şurası) tərəfindən keçirilən tədbirlər (vebinar, konfrans) onlayn qaydada baş tutmuşdur.

Pan Avropa Regional Şurasının rəhbər komitəsinin 29 aprel tarixli iclası, Beynəlxalq Əmək Təşkilatının zəhmətkeşlərin fəaliyyəti üzrə Bürosunun təşkilatçılığı ilə Şərqi Avropa ölkələri həmkarlar ittifaqı təşkilatları üçün 14 mayda konfrans, ÜHİK-in prezidenti S.Şmakovun sədrliyi ilə 1 dekabrda ÜHİK-in iclası və Pan Avropa Regional Şurası koordinasiya komitəsinin 8 dekabr tarixli növbəti görüşü və digər tədbirlər də onlayn qaydada keçirilmiş, bu tədbirlərin hamısında AHİK-in rəhbərləri iştirak və çıxış etmişlər.

Sosial partnyorlarla keçirilən müzakirələrin nəticəsində 19 martda Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Saziş imzalanmışdır.

Eyni zamanda cari ilin əvvəllərində respublikamızda səfərdə olan Türkiyənin «Egitim Sen» və «Memur Sen» həmkarlar ittifaqının sədri Ali Yalçın, Avroasiya Regional direktoru Syuzan Flokeni və Beynəlxalq Avrasiya təhsil işçiləri həmkarlar ittifaqı Birliyinin sədri Talip Jeylanın rəhbərlik etdiyi nümayəndə heyəti AHİK-də qəbul edilmiş, hər iki qurumla əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.



S. Möhbalıyev pandemiya və 44 günlük Vətən müharibəsində AHİK-in həyata keçirldiyi tədbirlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan dövləti ölkə Prezidenti İlham Əliyevin tapşırığı əsasında, pandemiyaya qarşı mübarizəni əhalinin həyatının və sağlamlığının qorunması, sosial müdafiəsinin təmin olunması və iqtisadi fəallığının inkişaf etdirilməsi istiqamətlərində qurmaqla müsbət təcrübəyə nail olmuşdur.

Respublikamız pandemiyaya qarşı mübarizə, habelə zərərçəkmiş kateqoriyalardan olan vətəndaşlara maliyyə dəstəyi göstərməsi üçün dövlət büdcəsindən təqribən 2,5 milyard manat vəsait ayırmışdır. Bundan başqa, dövlət başçısının tapşırığı ilə dəstək tədbirlərinin genişləndirilməsi nəticəsində bu vəsaitin məbləği 3,5 milyard manatı üstələmişdir. Təkcə məşğulluğa və sosial rifaha dəstək məqsədilə 600 milyon manat vəsait ayrılmışdır.

600 min işsiz insan, o cümlədən qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən və müvəqqəti işini itirən, aztəminatlı təbəqəyə məxsus olanlar sərtləşdirilmiş karantin müddətində 190 manat müavinət almışdır.

Türkiyədən, Rusiyadan, Kubadan, İtaliyadan və Çindən dəvət edilmiş həkim briqadaları Azərbaycanda xəstələrin müalicəsi ilə məşğul olmaqla yanaşı, öz təcrübələrini də yerli həmkarları ilə bölüşmüşlər. Az müddətdə modul tipli 10-dan çox xəstəxana istismara verilmişdir. Bu tipli xəstəxanaların sayının artırılması nəzərdə tutulur. Bu gün ölkənin 48 xəstəxanasında pandemiya xəstələrinin müalicəsi aparılır.

Azərbaycan həmkarlar ittifaqları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkə vətəndaşlarının, o cümlədən həmkarlar ittifaqı üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması naminə qəbul etdikləri qərarlarını, xalqın sağlamlığı və xoş güzəranı ilə əlaqədar atdıqları bütün addımları yüksək qiymətləndirir. Bu münasibətlə AHİK-in İcraiyyə Komitəsi öz iclasında qəbul etdiyi müraciətdə möhtərəm Prezidentimizə dərin minnətdarlığını bildirmiş və hər zaman onun yanında olduğunu bəyan etmişdir.

Ölkəmizin digər müvafiq qurumları ilə yanaşı, koronavirus infeksiyasının aradan qaldırılmasına yardımçı olmaq üçün AHİK və üzv təşkilatları da imkanlarını səfərbər edərək müəyyən addımlar atmışdır. İlk növbədə pandemiya dövründə koronavirus infeksiyasının yayılmasına qarşı Prezident İlham Əliyevin qətiyyətli addımlarını dəstəkləyərək işəgötürən tərəfindən işçilərin sayının əsassız azaldılmasının qarşısının alınması məqsədilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası daxil olmaqla, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası adından işəgötürənlərə Bildiriş göndərilmişdir.

Martın 23-də üzv və tabelikdə olan təşkilatların rəhbərləri ilə keçirdiyi müşavirədə profilaktik tədbirlərin əlaqələndirilməsi, görülən işlər barədə məlumatların mütəmadi toplanması və maarifləndirici işlərin təşkili üzrə İdarəetmə Qrupu (Operativ Qərargah) yaradıldı.

AHİK-in İcraiyyə Komitəsinin aprelin 23-də keçirilən onlayn iclasında qeyd edilmişdir ki, həmkarlar ittifaqları bu çətin günlərdə ölkə Prezidentinin yanında olmalı, imkanlar çərçivəsində pandemiya şəraitində aztəminatlı ailələrin ehtiyaclarının ödənilməsi üçün bütün imkanlarını səfərbər etməlidir.

AHİK Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat və Naxçıvan Muxtar Respublikasında koronavirusla mübarizəyə dəstək üçün 100 min manat vəsait köçürmüşdür. Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi ilə 13 aprel 2020-ci il tarixdə müqavilə bağlamış, Birliyin hesabına 105 min manat vəsait köçürülmüşdür. Aprelin 14-də "Kristal Abşeron” MMJ və AHİK-in dəstəyi ilə həyata keçirilən aksiyada "Regional İnkişaf” İctimai Birliyinin könüllüləri Goranboy, Tərtər və Ağdam rayonlarında yaşayan aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət 1000-dən çox sovqat paylamışlar. 27 iyul 2020-ci il tarıxdə "Regional İnkişaf” İctimai Birliyinə əlavə olaraq 100 min manat, COVİD-19 infeksiyasına qarşı mübarizə məqsədilə Naxçıvan Muxtar Respublikası Həmkarlar Şurasına 10 min manat da köçürülmüşdür.

AHİK və onun tabeliyində olan təşkilatlar tərəfindən yaradılan mobil qruplar bu dövr ərzində 54.328 aztəminatlı ailəyə 1.517.825 manatlıq, o cümlədən 76 şəhər və rayonda yaşayan 3900 ailəyə 68 ton ərzaq sovqatları paylamışdır. Yaşı 65-dən çox olan 45.919 nəfər ehtiyac sahiblərinə, imkansız həmkarlar ittifaqı üzvlərinə 3.152.625 manat məbləğində maddi yardım göstərmiş, karantin rejimində istifadə edilməsi üçün həmkarlar ittifaqı təşkilatları üzvlərinə 547.661 manatlıq qoruyucu vasitələr paylanmışdır. Eyni zamanda üzv təşkilatlarının və onların üzvləri olan həmkarlar ittifaqı təşkilatlarının rəhbər işçiləri öz əməkhaqlarından Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə 458.920 manat vəsait köçürmüşlər.

Koronavirusla mübarizədə əsas ağırlığın səhiyyə işçilərinin üzərinə düşdüyünü nəzərə alan sahə həmkarlar ittifaqı bu kateqoriyadan olan işçilərin pandemiya

dövründə sosial problemlərinin həllinə xüsusi diqqət yetirmişdir. Səhiyyə sahəsində fədakarcasına çalışan 7101 tibb işçisi ailəsinə 216.187 manat, 16.834 nəfər tibb işçisinə isə 1.102.280 manat maddi yardım edilmiş, 191.404 manatlıq qoruyucu vasitə paylanmışdır.

AHİK və onun üzv təşkilatları ümumilikdə aztəminatlı ailələrə 6.065.988 manat maddi yardım və ərzaq yardımları göstərmişlər. Bu tədbirlər hazırda da davam etdirilməkdədir.

AHİK sədri daha sonra öz çıxışında qeyd edib ki, bu gün hər birimiz Qələbə sevincini yaşayırıq. Uzun həsrətdən sonra işğal altında olan torpaqlarımızın azadlığını görmək, Azadlıq meydanında Zəfər paradını izləmək hər birimiz üçün çox sevindirici və qürurverici hissdir. Müzəffər ordumuzun 44 günlük müharibədə gücünü və qəhrəmanlığını görmək hamımıza nəsib oldu. Bunları bizə bəxş edən şanlı Ordumuz və adını tariximizin səhifələrinə qızıl hərflərlə yazan Ali Baş Komandanımız İlham Əliyevdir.

Birinci vitse-prezident Mehriban Əliyevanın bu çətin günlərdə Prezidentimizlə çiyin-çiyinə durması, işğaldan azad olunmuş torpaqlarımızda dünyaya mesajlar verməsi, qazilərimizə göstərdiyi ana şəfqəti hamını ruhlandırdı.

Döyüşlər getdiyi müddətdə Ermənistanın siyasi və hərbi rəhbərliyinin göstərişi ilə bütün beynəlxalq konvensiya və qanunlara zidd olaraq cəbhə xəttindən xeyli uzaqda olan Gəncə və Bərdə şəhərlərinin, Tərtər, Goranboy, Naftalan, Ağcabədi və digər şəhər və kəndlərin raket atəşinə tutulması nəticəsində 94 nəfər mülki əhali, o cümlədən 11 uşaq qətlə yetirilmiş, 400-dən çox insan yaralanmış, 5 mindən çox ev tamamilə dağıdılmış və ya ciddi zədə almışdır. Azərbaycan Ordusu isə bunun əksinə olaraq yalnız Ermənistanın legitim hərbi nöqtələrinə atəş açaraq onları sıradan çıxartdı. Az müddətdə Azərbaycan ordusu ermənilərin 30 il ərzində qurduğu istehkamları darmadağın edərək, uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzün təmin edilməsi yönündə öz vəzifəsini layiqli şəkildə yerinə yetirdi.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları birinci Qarabağ müharibəsi dövründə olduğu kimi, Vətən müharibəsi dövründə də şanlı ordumuza, əsgər və zabitlərimizə, eyni zamanda arxa cəbhədə fəaliyyət göstərən vətəndaşlarımıza maddi və mənəvi cəhətdən dəstək vermək üçün bir sıra tədbirlər həyata keçirmişdir.

Ölkə prezidenti, Ali Baş Komandan İ.Əliyevin xalqa müraciətlərində, xarici ölkələrin media qurumlarına verdiyi müsahibələrdə müharibənin Azərbaycanın öz ərazisində aparılma səbəbləri, bu ədalətli müharibədə ordumuzun qarşısında duran vəzifələr, bəzi beynəlxalq təşkilatların tutduqları qeyri-obyektiv mövqelər, postmüharibə dövründə Azərbaycan və erməni vətəndaşlarının dinc yanaşı yaşayış şərtləri və digər məsələlərlə bağlı fikirlər səsləndirmişdir. Bütün bunlarla yanaşı, AHİK 27 sentyabr 2020-ci il tarixdə erməni silahlı qüvvələrinin hərbi bölmələrinin bütün cəbhəboyu törətdiyi təxribatı qətiyyətlə pisləyən, noyabrın 25-də isə Fransa senatının qəbul etdiyi üzdəniraq qətnaməsi barədə bəyanatlar, oktyabrın 5-də beynəlxalq təşkilatlara, oktyabrın 7-də «Amnesty İnternational» təşkilatına, ABŞ Konqresinin Nümayəndələr palatasına, oktyabrın 11-də və 17-də beynəlxalq təşkilatlara müraciətlər ünvanlayaraq, dünyanın gözü önündə törədilən vəhşilik,

barbarlıq aktlarının və Azərbaycana qarşı ikili mövqenin sərgilənməsini Azərbaycan ictimaiyyətini və işçilərin hüquqlarını müdafiə edən bir təşkilat kimi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını ciddi şəkildə narahat etdiyi bildirdi.

AHİK-in müraciətləri beynəlxalq həmkarlar ittifaqları ilə yanaşı, 103 ölkədə fəaliyyət göstərən 499 xarici həmkarlar ittifaqı təşkilatlarına və 59 beynəlxalq qurumlara da göndərilmişdir. Bu müraciətlər və bəyanatlar respublikanın KİV-lərində yayılmış, AHİK-in rəsmi saytında da yerləşdirilmişdir.

S. Möhbalıyev diqqətə çatdırıb ki, AHİK-in İcraiyyə Komitəsinin 5 oktyabr tarixli qərarı ilə Azərbaycan Silahlı Qüvvələrinə yardım fondunun hesabına 350 min manat vəsait ianə edilmişdir. Bundan başqa İcraiyyə Komitəsinin digər qərarı ilə Naxçıvan Muxtar Respublikasında yaşayan, döyüşlər nəticəsində qəhrəmancasına həlak olmuş şəhid ailələrinə köməklik göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 50 min manat maddi yardım edilmişdir.

AHİK-in üzv təşkilatları tərəfindən Vətən müharibəsi dövründə orduda döyüşən əsgər və zabitlərə, şəhid ailələrinə, qazilərə maddi yardımlar edilmişdir. Yaralı əsgərlərin müalicə olunduqları hospital və xəstəxanalarda tibbi avadanlıqlar, preparatlar alınmasına, əsgərlərin vacib geyim dəstləri ilə təmin olunmasına və digər məsələlərə 1.380.682 manat vəsait xərclənmişdir. Bundan əlavə, Silahlı Qüvvələrə yardım Fonduna AHİK tərəfindən 402.000 manat, üzv təşkilatları tərəfindən isə 603 min 875 manat olmaqla 1.005.875 manat köçürülmüşdür. Ümumilikdə Vətən müharibəsi dövründə həmkarlar ittifaqları 2.386.562 manat vəsait xərcləmişlər.

Vətən müharibəsi nəticəsində qazilərimizin və şəhid ailələrinin sayı da artmışdır. Bu gün həmin insanlara tələb olunan bütün yardımların göstərilməsi yönündə xüsusi əhəmiyyət kəsb edən layihələr həyata keçirilir. Bu layihələrin biri də «Yaşat» Fondunun yaradılmasıdır. AHİK İcraiyyə Komitəsinin qərarı ilə «Yaşat» fonduna 300 min manat, Naxçıvan Muxtar Respublikasında şəhid ailələri və qazilərə maddi yardım göstərmək məqsədilə Vilayət Həmkarlar İttifaqı Şurasına 100 manat, üzv təşkilatlar tərəfindən 137 min 750 manat vəsait köçürülmüşdür. Bu kampaniya bundan sonra da davam edəcəkdir. Bu, hamımızın borcudur.

AHİK sədri daha bir məsələyə toxunaraq bildirib ki, erməni işğalından əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində olan "Kurort” Səhmdar Cəmiyyətinin "Şuşa İstirahət Evi”, Kəlbəcərdə "İsti-Su” sanatoriyası, "Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin Qubadlı rayonunda 200 yerlik pansionatı və "Farel” balıqçılıq təsərrüfatı, Cəbrayıl rayonunun Sirik kəndində 320 yerlik uşaq istirahət mərkəzi, Ağdam rayonunun Gülablı kəndində "Gülablı” sanatoriyası və "Nur” uşaq istirahət evi, 255 yerlik sanatoriyası, Azərbaycan Turizm və Ekskursiyalar Şurasının Şuşa şəhərində "Şəfa”, Ağdamda "Şahbulaq” turist bazaları fəaliyyət göstərirdi. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin də idman stadionları, şahmat klubları, bəzi üzv təşkilatların isə obyektləri işğaddan azad olunmuş ərazilərdə mövcud olmuşdur. Çox təəssüf ki, bu sağlamlıq ocaqları və idman qurğuları erməni vandalizminin qurbanı olmuş və yerlə yeksan edilmişdir. Hesab edirəm ki, bütün bunlar müvafiq orqanlar tərəfindən inventarlaşdırılmalı, vurulmuş ziyan müəyyən edildikdən sonra onların bərpası gündəmdə olmalı və lazımi addımlar atılmalıdır.

Təbii ki, azad olunmuş Qarabağda və ona bitişik rayonlarımızda aparılacaq abadlıq, quruculuq və yenidənqurma işləri ilə bağlı xeyli yeni iş yerləri açılacaqdır. Oraya ayrı-ayrı müəssisə və təşkilatlar tərəfindən investisiyalar qoyulacaqdır.

İnvestisiya qoyan müəssisələrin hamısında həmkarlar ittifaqı təşkilatlarının yaradılması üçün də inzibati binaların tikintisi həyata keçiriləcəkdir.

AHİK-in III Məclisi Konfederasiyanın sədri, millət vəkili S.Möhbalıyevin hesabatını və çıxışları dinləyərək qərara alıb ki, Həmkarlar ittifaqlarının üzvlərinin sosial problemlərinin yaxşılaşdırılması, pandemiyadan zərər çəkmiş aztəminatlı və şəhid ailələrinə, qazilərə göstərilən maddi və mənəvi yardımların davam etdirilməsi üzv təşkilatlara tövsiyə olunsun. AHİK-in üzv və tabelikdə olan təşkilatlarına tapşırılıb ki, işğaldan azad edilmiş ərazilərdə yerləşmiş və həmkarlar ittifaqının balansında olan obyektlərin (sanatoriya, istirahət mərkəzləri, idman qurğuları və s.) bərpası, tikintisi və gələcəkdə fəaliyyət göstərməsi üçün müvafiq tədbirlər görsünlər.

Eyni zamanda, Dağlıq Qarabağ ərazilərində aparılacaq bərpa, tikinti və quruculuq işləri ilə bağlı yaradılacaq yeni iş yerlərində çalışan işçilərin sosial-iqtisadi hüquqlarının təmin edilməsi məqsədilə həmkarlar ittifaqı təşkilatının təsis olunması sahə həmkarlar ittifaqı respublika komitələrinə tövsiyə edilib.

Məclisdə həmçinin AHİK İcraiyyə Komitəsinin və Məclisinin tərkibində dəyişikliklər edilməsi haqqında qərar qəbul olunub.

aia.az


 
 


 

Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində təmsil olunacaq Türkiyə hərbçiləri Azərbaycana gəlib.

"Report" NTV-yə istinadən xəbər verir ki, Ağdamda yerləşəcək mərkəzdəki Türkiyə hərbçiləri yanvarın əvvəlində fəaliyyətə başlayacaqlar.

Türkiyə heyəti zabit və əsgərlərdən ibarətdir. Mərkəzdə Türkiyə ordusunun general-mayoru da fəaliyyət göstərəcək. O, ilk heyətlə Azərbaycana gəlib.

Mərkəzdəki Türkiyə hərbçilərinin sayı isə 60 nəfər olacaq. 25-ə yaxın hərbi qulluqçudan ibarət ilk heyət artıq Azərbaycandadır. Qarşıdakı həftələrdə digər heyətin də Azərbaycana gələcəyi gözlənilir.

 
 


 

Xəbər verdiyimiz kimi düşmən Qarabağda verdiyi itkiləri gizlətməkdə davam edir. 

Ölkə daxilində Qarabağda itkin düşən hərbçilərinin valideynlərinin etiraz aksiyası hökuməti həqiqəti söyləməyə vadar edir. Belə ki, Ermənistanın "News.am” saytı bu gün Qarabağda həlak olan daha 147 hərbçinin siyahısını təqdim edib. 

Qeyd edək ki, Ermənistan rəsmi mənbələri 2017 hərbçisinin həlak olduğunu bildirmişdi. Bu günə kimi isə əlavə olaraq 1073 erməni hərbçinin Qarabağda meyiti tapılıb. Bununla da Ermənistan rəsmi olaraq Qarabağda 3000-dən çox hərbçisini itirdiyini açıqlayıb. Amma təbii ki, Qarabağda ölən düşmən əsgərlərinin sayı onminlərlədir. 


 
 


 

Azərbaycan Ordusunun Qarabağda qələbəsi və torpaqlarımızın azad edilməsi ilə bağlı razılaşmaya əsasən, Qarabağda sülhü qorumaq üçün əraziyə Rusiya sülhməramlıları gətirilib.


FED.az xəbər verir ki, rusiyalı hərbçilərlə bağlı optimist bəyanatlara baxmayaraq, Azərbaycan əhalisinin 99%-i rus hərbçilərinin sülhü təmin eləcəklərinə inanmır.
Bu Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən sorğuda məlum olub.

Sorğudan məlum olub ki, Vətən müharibəsi dövündə əhalinin ən yüksək gözləntisi (90,6 faiz) Dağlıq Qarabağ və ona bitişik 7 rayonun tamamilə işğaldan azad edilməsi idi ki, müharibənin sonunda da buna nail olundu. Başqa sözlə, Vətən müharibəsi əhalinin demək olar ki, mütləq əksəriyyətinin gözlədiyi kimi yekunlaşıb.

Sorğuda ən maraqlı nəticələr döyüşlərdən sonra bölgəyə yerləşdirilən sülhməramlı qüvvələrlə bağlı olub. Sorğuda iştirak edənlərin yarıdan çoxu (54.7%) hesab edir ki, bölgədə sülh həm Rusiya, həm də Türkiyə sülhməramlıları tərəfindən (yəni birlikdə olsalar) təmin edilə bilər.

Amma təkcə Rusiya qoşunlarının sülhmərmalı kimi sülhü təmin edəcəyinə inananlar cəmi 1 faiz təşkil edir. Türk ordusu üçün isə müvafiq olaraq göstərici 29.0%-dir.

Ümumiyyətlə, sorğu Azərbaycanda Türkiyəyə böyük rəğbətin olduğunu bir daha təsdiqləyib. Məsələn, Azərbaycan Bayrağı ilə bağlı sorğuda «Azərbaycanın Dövlət bayrağından başqa daha hansı dövlətlərin bayrağına simpatiya duyursunuz?» sualına respondentlərin 95,1 faizi Türkiyə cavabını seçib.

 
 


Dünən gecə Yaxın Şərqdə başlayan gərginliyin və Türkiyə ordusunun İraq sərhədləri yaxınlığında pilotsuz uçan aparatlarla müşahidə-kəşfiyyat əməliyyatlarına start verməsinin əsl səbəbi aydın olub.
 

Son zamanlar İraq hökumətinin Səudiyyə Ərəbistanı və Türkiyəyə yaxınlaşma siyasəti rəsmi Tehranda ciddi narazılıqla qarşılanır.
 
Xüsusilə İraqın yeni Baş naziri Mustafa əl-Kazıminin ayın 17-də Türkiyəyə səfəri gərginliyi kulminasiya nöqtəsinə çatdırıb. Türkiyə prezidentinin rəsmi dəvətilə baş tutan bu səfər çərçivəsində tərəflər önəmli razılıq əldə ediblər. Razılaşmaya əsasən, Türkiyə İraqın şimalında PKK ünsürlərinə qarşı əməliyyatlar apara biləcək, bunun qarşılığında isə  Ankara cənub qonşusunun iqtisadi inkişafına və bəzi islahatların həyata keçirilməsinə maddi-mənəvi hər cür dəstək verəcək. İraq Baş naziri Mustafa əl-Kazıminin ayın 22-də Nazirlər Kabineti qarşısında verdiyi hesabata görə, Türkiyə bu islahatlar üçün İraqa 5 milyard dollar vəsait ayıracaq. 
 
"Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan mənim yaxın dostumdur. Türkiyədə mənim səfərimlə əlaqədar İraqa yaraşacaq şəkildə qarşılanma mərasimi təşkil edildi. Türkiyə Küveyt konfransda İraq hökumətinə dəstək üçün verməyə hazır olduğu 5 milyard dollarlıq məbləği hər an hesabımıza yatıra biləcəyini bildirdi”,-Kazımi çıxışında belə deyib.


 
Maraqlıdır ki, Baş nazirin bu sözlərindən bir gün əvvəl İrana bağlı qüvvələr ABŞ-a və onun "İraqdakı kukla hökumətinə” qarşı ümumi səfərbərlik etmiş, hətta ölkədəki ABŞ səfirliyini bombalamışdılar. Baş nazir də ertəsi gün topladığı Nazirlər Kabinetinin toplantısında bu çıxışı etmiş və terrorçulara qarşı mübarizə əmri vermişdi. 
 
Toplantıdan sonra İraq Milli Təhlükəsizlik Nazirliyi anti-terror əməliyyatına başlamış və Əsaib Əhl əl-Haqq təşkilatının lideri Hüssamla yanaşı, bir sıra qeyri-leqal hərbi komandirləri həbs etmişdi. 
 
Dünən İraq MTN-nə yaxın media qurumları İranın bu ilin yanvar ayının 3-də Bağdadda öldürülmüş general Qasim Süleymaninin qısasını almağa hazırlaşdığını və terror aktlarının qətl gününə qədər həyata keçiriləcəyini bildirmişdilər. Üzərindən az keçməmiş Əsaib Əhl əl-Haqq təşkilatının döyüşçüləri İraq hökumətinə qarşı ümumi səfərbərlik elan etdiyi məlum olmuş, ardınca Əshab əl-Kəhf, Qasim əl-Cəbbar və Qüvvət əl-Zülfiqar müqavimət təşkilatları da bu təşəbbüsə qoşulduqlarını bildirmişdilər. Qeyri-leqal silahlı birləşmələrin əsas tələbi isə Hüssam və tərəfdaşlarının azadlığa buraxılması idi. İraqın Baş naziri əl-Kazımi də bu faktı təsdiqləmişdi: "İrana yaxın Şiə milis qüvvələrindən olan Asaib Ahl al-Haq Hərəkatı, hökumət Bağdad Hava Limanına raket hücumundan məsul olan üzvlərini tutduqdan sonra hökuməti təhdid etməyə başladı. Həbs olunan milislərin sərbəst buraxılmasını tələb etdilər. Əks halda bu gecə və ya səhər hökumət binalarını hədəf alacağı ilə hədələdi. Milislər birbaşa Daxili İşlər nazirini təhdid etdi".


 
Baş nazirin bu bəyanından sonra məhbuslar azadlığa buraxılmışdı. İddialara görə, İraq MTN-nin rəhbəri Qasım əl-Ərəbi "terrorçuların” sərbəst buraxılmasına kəskin qarşı çıxsa da, prosesə mane ola bilməmişdi.
 
Eskpertlər İrana bağlı qüvvələrin həbsdən buraxılmasını Baş nazirin geri çəkilməsi kimi qiymətləndirmiş və bunu Tehranın ciddi təhdidi ilə əsaslandırmışlar. 
 
Məsələ burasındadır ki, İraqın ABŞ tərəfindən işğalı ən çox İranın işinə yaramışdı. Səddam Hüseyn dövründə ölkədə möhkəmlənmiş sünni oliqarxlar, hakimiyyətin şiələrin nəzarətinə keçməsi ilə razılaşmamış və ABŞ-a müqavimət adı altında İraqın şimalında İŞİD "xilafəti” qurmuşdular. "Xilafəti” hələ güclənməmiş yeni İraq dövlətinin müxtəlif vilayətlərini ələ keçirə-keçirə Bağdadın yaxınlığına qədər gəlib çıxmışdılar. Xüsusilə İrana bağlı Maliki hökuməti zamanında geniş vüsət alan İŞİD zülmünü durdurmaq üçün müqavimət gücü yaratmaq zərurəti ortaya çıxmışdı. Hökumət belə çətin anda İrana söykənmək məcburiyyətində qalmışdı. İranın dəstəyi ilə formalaşdırılan Həşdi-Şabi könüllüləri uzun müddətdən sonra İŞİD-i ortadan qaldırsalar da, İraq dinclik əldə edə bilməmişdi. Bunun başlıca səbəbi isə Həşdi Şabilərin qələbədən sonra da hərbi rejimdən imtina etməməsi və ölkəni bürüyən korrupsiya faktlarının astronomik həddə çatması idi. Maliki və İrana bağlı digər hökumətlər müharibə amilindən faydalanaraq, İraqın yüzmilyardlarla dollarını mənimsəyir, nəticədə xalqın sosial vəziyyəti getdikcə ağırlaşırdı. İddialara görə, təkcə Maliki hakimiyyəti dövründə İraq valyuta fondundan 600 milyard dollardan artıq vəsait buxarlanmışdı. Rəsmi Bağdad bunu İŞİD-lə mübarizəyə sərf olunduğunu bildirsə də, iraqlılar arqumenti əsaslı hesab etmirlər.


 
Bütün bu hadisələr istər-istəməz İranın İraqdakı nüfuzuna mənfi təsir edir və xalqı hökumətlərə qarşı ayaqlandırırdı. Ötən 2 il ərzində İraqın bir çox şəhərlərini bürüyən etiraz aksiyalarında yüzlərlə dinc sakinin Həşdi-Şabi müqaviməti ilə üzləşməsi nəticəsində həyatını itirməsi İranı arzulanmayan ölkə vəziyyətinə salmışdı. Məhz bu narazılıq şəraitində keçirilən 2018-ci il parlament seçkilərində Həşdi Şabiyə bağlı qüvvələr yetərli səs toplaya bilmədiyindən hakimiyyət qurmaq imkanlarını itirdilər. 2018-ci il seçkilərinin nisbi qalibi Müqtəda əs-Sədrin xeyir-duası ilə yaranan Sayrun bloku belə, 329 mandatlı parlamentdə cəmi 56 yer qazandı. Blokun hökumət qurması üçün 165-dən çox səs lazım idi.  Seçkini ikinci və üçüncü tamamlayanlar isə İrana bağlı qüvvələrdi və rəsmi Tehran açıq şəkildə "Sayrun”a hakimiyyəti təslim etməyəcəklərini bildirmişdi. 
 
Beləcə, il yarımdan artıq davam edən xaotik vəziyyətdən sonra bu ilin aprel ayında hökuməti qurmaq səlahiyyəti Mustafa əl-Kazımiyə verildi. Əvvəl İraqın Milli Təhlükəsizlik naziri olan Kazımi mayın 7-də öz kabinetini qursa da, çox ciddi problemlərlə qarşı-qarşıyadır. Onun da qarşısında ən böyük problem İran-ABŞ rəqabətindən qaynaqlanır. İran İraqdakı mövqeyini itirməmək üçün Bağdadın qonşu dövlətlərlə, xüsusilə Səudiyyə Ərəbistanı və Türkiyə ilə yaxınlaşmasını istəmir. Özü isə nəinki korrupsiya burulğanında batan İraqa gün ağlamaq iqtidarında deyil, əksinə, ona pul mənbəyi kimi baxır. Vəziyyəti tündləşdirən əsas məsələ isə ondan ibarətdir ki, bölgənin hakimi ABŞ İranla İraq arasındakı yaxın əlaqələrdən məmnun deyil və bu münasibətlərin bir an əvvəl bitirilməsinə tərəfdardır. Əks halda İraqı ABŞ banklarında saxlanılan valyuta fondunu dondurmaqla təhdid edir ki, bu da ağır iqtisadi böhran keçirən İraqın iflası ilə nəticələnə bilər.


 
Sirr deyil ki, İraqın bundan əvvəlki hökuməti də məhz ABŞ-İran rəqabətinin qurbanı olub. 2018-ci ildə qurulan Adil Əbdülmehdi hökumətinin ABŞ-ın basqıları ilə Həşdi-Şabiyə qarşı mübarizəyə başlaması yenə Tehranın ağır basqıları ilə qarşılanmış, hökumət geri çəkilincə isə Qasım Süleymani sui-qəsdi törədilmişdi. Nəticədə bir tərəfdən ABŞ-ın, digər tərəfdən İranın təzyiqi altında qalan Əbdülmehdi istefaya getməyə məcbur olmuşdu. Görünən budur ki, indi də Kazımi hökuməti cəmi 8 aylıq hökuməti dövründə eyni burulğana düşüb.
 
Dünən kulminasiya nöqtəsinə yüksələn gərginlik fonunda ABŞ hərbi təyyarələrinin İraq və Qətərdə hava manevrlərə başlaması bir sıra mütəxəssislər tərəfindən narahatlıqla izlənildı. Bəziləri daha da irəli gedərək, hava manevrlərinin sadəcə güc nümayişi ilə qalmaya, ABŞ-İran müharibəsinə səbəb ola biləcəyindən ehtiyatlandıqlarını bildirirdilər.

Ovqat.com

 
 


 

Qarabağdakı Rusiya sülhməramlıları iki əlavə maaş alacaq.

Axar.az xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini Tatyana Şevçova deyib.

"Dağlıq Qarabağda sülhün dəstəklənməsi əməliyyatında iştirak edən şəxsi heyətə əlavə ödəniş nəzərdə tutulub. Onlar iki maaş alacaq” - deyə o bildirib.
Axtarış
Xəbər lenti
Reklam