
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində daimi mənzillərin verilməsi ilə bağlı püşkatma mərasimi keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Tədbirdə hərbi qulluqçuların ailə üzvləri, nazirliyin müvafiq qurumlarının nümayəndələri və media mənsubları iştirak ediblər.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qullquçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə yaradılmış komissiya tərəfindən 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların böyük bir qrupuna daimi mənzillərin verilməsi ilə bağlı bu gün növbəti püşkatma keçirilir.
Mənzillər xidmətdə olan və ehtiyata buraxılmış hərbi qulluqçulara, eləcə də vəfat etmiş hərbi qulluqçuların varislərinə ailə tərkibi nəzərə alınmaqla "Daimi mənizllərin verilməsi üzrə mənzil komissiyası" tərəfindən verilib.
Növbəti püşkatma nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansından 28 mənzil, habelə Mənzil İnşaat Dövlət Agentliyinin balansından 445 mənzil, ümumilikdə isə 473 mənzil növbəlik prinsipinə əsasən hərbi qulluqçular arasında bölüşdürülüb.
Qeyd edək ki, hərbi qulluqçuların ailələrinə Abşeron rayonu, Bakının Sabunçu və Suraxanı rayonlarında müvafiq sahəsi olan mənzillər şəffaflıq və ədalətlilik prinsipi əsasında verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov qulluq stajına görə hərbçilərin əmək pensiyasına əlavələrin fərqli hesablanmasına aydınlıq gətirib.
Publika.az-ın məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında "Əmək pensiyaları haqqında” qanuna təklif olunan dəyişikliyin birinci oxunuşda müzakirəsi zaman E.Abbasov bildirib ki, hərbi qulluqçular var ki, eyni vəzifədə, fərqli rayonda işləyir, onlardan biri yüksəkliyə görə qulluq əlavəsi alır, biri almır.
"Belə amillər təminat xərcliyinə təsir edir: Bu amillər təminat xərcliyinə təsir etdiyinə görə də məbləğ fərli çıxır. Yaxud əlavələrə xidmət etdiyi illər təsir edir. Tutaq ki, bir hərbçi 22 il, digər hərbçi 25 il xidmət edir, arada 5-10 faizə qədər fərq yaranır. Hərbçilərlə bağlı 20-ci maddədə 4 alt bənd var. Burada xidmət illərini tamamlayaraq pensiyaya çıxanlar, yaşa və səhhətinə görə pensiyaya çıxanlar, ştatların ixtisarına görə pensiyaya çıxanlar və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular məsələsi var.
Bunların hər birində əmək pensiyasına əlavələrin faizləri fərqlidir. Məsələn, qarışıq stajda bu əlavələr 1 faizdir. Ancaq 25 ilini tamamlayıb pensiyaya çıxanlarda bir qayda olaraq Müdafiə Nazirliyi sistemində çalışıbsa, bu dəyişiklik təsdiq olunandan sonra hər ilinə görə pensiya təminatına 3 faiz əlavə veriləcək, digər qurumlarda isə 2 faiz verilməsi davam edəcək. Yəni qarışıq stajda pensiyaya çıxanlara verilən 1 faiz əlavə azaldılmır.
Faizlər arasında fərqin aradan qaldırılması ilə bağlı deputatlar tərəfindən irəli sürülən təkliflərə gəlincə, uzun müddət hərbi xidmətin hesablanması ilə bağlı Nazirlər Kabinetinin 631 saylı qərarı var. Həmin qaydalarda xidmət dövrləri bəzi ərazilər və hərbi hissələrdə 2 qat, 1,5 qatla hesablanır. Məsələn, cəbhə bölgəsində xidmət edirsə, 1 ili 2 il kimi hesablanır.
Bizim təhlillər, statistika onu göstərir ki, əksəriyyət hərbi qulluqçularda təqvim ili 25, 30 təqvim ili olmasına baxmayaraq, onun xidmət dövrü əmsallar nəzərə alınmaqla 40 il, 45 il, bəzən daha uzun müddət olduğuna görə böyük əksəriyyəti 100 faiz xidmət dövrünü tamamlayırlar. Ona görə də buna müdaxilə etməyə, bu sahədə qanunu dəyişməyə zərurət görmədik”, – deyə o əlavə edib.

Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı kəskin azalıb. 2023-cü il oktyabr ayının 1-nə iribuynuzlu heyvanların sayı iki milyon 533.1 min baş, xırdabuynuzlu heyvanların sayı isə yeddi milyon 223.2 min baş təşkil edib.
Dövlət Statistika Komitəsinin apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 4.3 faiz və ya 113.4 min baş, xırdabuynuzlu heyvanların sayı isə 8.9 faiz və ya 705.1 min baş azalıb. Cari ildə iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalaraq son 10 ilin ən aşağı həddinə düşüb. Azalma fonunda ətin qiyməti də bahalaşır. Prosesin qarşısını almaq üçün nələr edilməlidir?
Tələb təklifi üstələyirsə...
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, deputat Azər Badamov "Kaspi” qəzetinə açıqlamasında dedi ki, qiymətlərin bahalaşması heyvan sayı ilə bağlıdır: "Ətin qiymətinin tənzimlənməsinə dövlət müdaxilə etmir. Çünki bazarda qiymətlər bazar iqtisadiyyatına uyğun idarə olunur. Təklif və tələbdən asılı olaraq formalaşır. Tələb təklifi üstələyirsə, qiymətlərdə artım baş verir. Ət son iki ildə ən çox bahalaşan malların sırasındadır. Ətin qiymətinə təsir edən əsas amillərdən biri ölkə üzrə iri və xırdabuynuzlu heyvanların sayının kəskin azalmasıdır. Sayın azalması təklifin azalmasına gətirib çıxarır. Bu da bahalaşmaya yol açır. Mal-qaranın sayının azalmasının isə otlaq sahələrinin azalması ilə bağlı olduğunu düşünürəm”.
Bütün sahələr əkinçiliyə və bağçılığa cəlb olunur
A.Badamov heyvan sayının azalması ilə bağlı bildirdi ki, kəndlinin otlaq sahəsi olmadığı üçün bu proses baş verir: "İntensiv təsərrüfatlarda bəslənilən ətlik mallar qapalı şəraitdə yetişdirilir. Mal-qaranın çəki yığması üçün istifadə edilən yemin tərkibinə daxil olan komponentlər əsasən xaricdən idxal olunur. Xaricdən idxal olunan yem komponentlərinin qiymətlərində artımın baş verməsi də ətin maya dəyərinə təsir göstərir. Otlaq sahələrinin azalması kəndliyə mal-qaranı saxlamağı çətinləşdirir və sayını azaldır. Bu da ümumi bazara çıxarılan ətlik mal və heyvanların sayına təsir göstərir. Örüş və otlaq sahələrin azalması isə əkin sahələrinin genişlənməsi ilə bağlıdır. Son illər təyinatından asılı olmayaraq əkin aparmağa uyğun bütün sahələr əkinçiliyə və bağçılığa cəlb olunur. Bu da heyvanların yem bazasının azalmasına və bahalaşmaya səbəb olur”.
Heyvandarlığın inkişaf etdirilməsi sürətlənməlidir
Millət vəkilinin sözlərinə görə, bahalaşmaya son qoymaq üçün müəyyən tədbirlər görülməlidir: "Ətin qiymətinin bahalaşması hər bir vətəndaşın bu məhsula əlçatanlığını məhdudlaşdırır. Ona görə də, ətin qiymətinin tənzimlənməsi və bazarda bolluğun yaradılması üçün tədbirlər görülməlidir. Bu tədbirlərin tərkib hissəsi kimi ilk növbədə işğaldan azad olunmuş ərazilərdə heyvandarlığın inkişaf etdirilməsi sürətləndirilməlidir. Bu ərazilər əvvəllər də ölkəmizin ət tələbatının ödənilməsində əhəmiyyətli rol oynayıb. İndi sahibkarlara yenidən həmin ərazilərdə heyvandarlıq komplekslərinin tikilməsi üçün şərait yaradılmalıdır. Amma bu, uzunmüddətli prosesdir”.
Ət idxalı asanlaşdırılmalıdır
Deputatın fikrincə, tədbirlər görülməsə, yaxın gələcəkdə ətin qiymətində daha çox bahalaşma olacaq: "Qısamüddətli tədbirlər üçün isə ətin idxal prosesi sadələşməlidir. Belə ki, ətin idxal olunması üçün müəyyən müddətə gömrük rüsumları azaldılmalı, ya da ümumiyyətlə ləğv olunmalıdır. Bazara xaricdən ucuz qiymətə ət idxal olarsa, qiymətlər özü-özünə tənzimlənər”.
Ət məhsullarının qiymətinin bahalaşması artıq reallıqdır
Aqrar sahə üzrə ekspert Rəcəb Orucov dedi ki, istehlak bazarında ət məhsullarının qiymətinin bahalaşması artıq reallıqdır: "Etiraf etmək lazımdır ki, bu gün bir çox iri intensiv heyvandarlıq təsərrüfatlarının bəziləri artıq öz fəaliyyətlərini dayandırıb. Səbəb aldıqları yemin dəyərinin bahalaşmasıdır. Biznesdə tələblə təklif arasında formalaşan konyunktura bazarın tələblərini müəyyənləşdirir. Səbəbləri həmişə yemlə əlaqələndirirlər, yemin də qiymətinin qalxmasının obyektiv və subyektiv səbəbləri var. Bu da heyvandarlıq məhsullarına, xüsusən də ətə təsir edir”.
Ekspertin sözlərinə görə, heyvandarlıqdan normal gəlir götürmək mümkün olsa, bu halda hər şey qaydasına düşər: "Rayon yerlərində ailə fərdi təsərrüfatlarında heyvandarlığın inkişafı üçün müəyyən stimullar yaradılsa, bu məsələ özünü çox da qabarıq göstərməz”.
Bugünkü şəraitin uzun müddət davam etməsi...
R.Orucov ət qıtlığı olacağını düşünmür: "Ancaq baş sayının azalması, əhalinin də dinamik artımı gələcəkdə istehlak bazarında heyvandarlıq məhsullarına olan tələbatı da artırır. Bugünkü şəraitin uzun müddət davam etməsi yaxın illərdə heyvandarlıq məhsullarının qiymətlərinin bahalaşması ilə özünü göstərəcək. Ət qıtlığı gözlənilmir. Ancaq həyəcan təbili çalmağın artıq vaxtıdır. Çünki heyvandarlığın inkişafı həm kənd yerlərimizdə əhalinin işlə təmin olunması, həm sosial durumun yaxşılaşdırılması istiqamətində atılan bir addımdır”.
Aradakı fərqi necə kompensasiya etməli?
Müsahibimiz bildirdi ki, bütün sahələrdə istehsalçıların bazara çıxışını asanlaşdırmaq lazımdır: "Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstəririk. Bu şəraitdə qiymət artımına "dur” demək mövcud bazar iqtisadiyyatının tələblərinə uyğun deyil. Burada əsas məsələ istehsalçıların birbaşa satış bazarında, dəyər zəncirində öz yerini tutmasıdır. Rayonlarda istehsal olunan ət məhsulları birbaşa iqtisadi rayonlarda birləşmiş bazarlarda öz əksini tapır. Burada əsas məsələ məhsulu istehlak bazarına çıxaran şəxslərin həmin istehsalçı ilə satış bazarındakı çox ciddi qiymət fərqləridir. İstehsalçıların istehlak bazarına çıxışlarını bir az asanlaşdırmaq yolu ilə aradakı fərqi kompensasiya etmək olar”. ("Kaspi" qəzeti)

Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Publika.az xəbər verir ki, 6-cı və 1.0.7-ci maddələri yeni readksiyada verilib.
Dövlət sosial sığorta sistemində fərdi uçot – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır;
Fərdi şəxsi hesab – hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır.

Bakı-Ağstafa-Bakı marşrutu üzrə noyabrın 17-dən etibarən həftə sonlarında əlavə reyslər təyin ediləcək.
"Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) verdiyi məlumata görə, hər həftənin cümə və şənbə günləri Bakıdan saat 23:55-də yola düşən qatar növbəti gün saat 06:20-də Ağstafa stansiyasına çatacaq.
Ağstafadan geriyə hər həftənin şənbə və bazar günlərində saat 08:30-da yola düşən qatar həmin gün saat 14:55-də Bakı Dəmiryol Vağzalına çatacaq.
Səfərlər oturacaq tipli vaqonlardan ibarət sürət qatarı ilə həyata keçiriləcək. Qatar eyni zamanda Ucar stansiyasında da dayanacaq edəcək.
Səyahətin komfortlu keçməsi məqsədilə qatarda biznes sinif üçün keyterinq (qidaçatdırılma) xidməti və əlavə olaraq bütün vaqonlarda səyyar satış həyata keçiriləcək.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya "ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Publika.az xəbər verir ki, oktyabrın 11-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 59 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü olaraq, təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Abadlaşan və daha da gözəlləşən Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə böyük ehtiram duyduqlarını dilə gətiriblər.
Qeyd edək ki, köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Füzuli şəhərində 187 ailənin, yəni, 661 nəfərin daimi məskunlaşması təmin ediləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Publika.az xəbər verir ki, oktyabrın 11-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Bu mərhələdə Füzuli şəhərinə daha 21 ailə - 88 nəfər köçürülür.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.
Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Qeyd edək ki, köçürülən ailələr Füzuli şəhərində Azərbaycan dövləti tərəfindən yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da, Böyük Qayıdış proqramı çərçivəsində Füzuli şəhərində 165 ailə, yəni 602 nəfərin daimi məskunlaşması təmin ediləcək.
İdarə sədri: “İçərişəhərdə 1300 dən çox ailə yaşayır - bu özü də o tarixin qorunması deməkdir”
(10-10-2023, 13:53)
(10-10-2023, 13:53)

"İçərişəhərdə 1300 dən çox ailə yaşayır. Bu özü də o tarixin qorunması deməkdir”.
Bu fikirləri "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Türk Dövlətləri Təşkilatı ilə birlikdə təşkil edəcəyi "Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” ("Livable and Sustainable Heritage Cities”) mövzusunda beynəlxalq konfransda çıxış edən "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə deyib.
O bildirib ki, İçərişəhərdə çoxlu mədəniyyət tədbiri həyata keçirilir:
"Bu mədəni irsin daha çox insana çatdırılmasına kömək edir. Eyni zamanda da tarixi abidələrin, tarixin qorunma metodikasının digər qurumlarla birgə müzakirə edilərək daha da təkmilləşməsinə xidmət edir”.

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 2-22 oktyabr tarixlərində Bakıda arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.
Publika.az xəbər verir ki, yarmarka hər gün saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında ("Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyətdə olacaq.
Yarmarkaya hazırlıq işləri artıq yekunlaşıb və qeydiyyatı təsdiqlənmiş arıçıların bal və digər arıçılıq məhsullarının Sərgi-Satış Yarmarkasının keçiriləcəyi ünvana daşınması prosesi başa çatıb.
Qeydiyyatı təsdiqlənmiş arıçılar məhsullarını anbara təhvil veriblər. Anbara təhvil verilən balın və digər arıçılıq məhsullarının ümumi həcmi 95 tondan çoxdur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayacaq.
Xatırladaq ki, yarmarkaya qeydiyyat onlayn şəkildə bal.kendden.az saytı vasitəsi ilə 28 avqust saat 08:00-dan 1 sentyabr saat 20:00-dək həyata keçirilib. Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılıb. Bu il keçiriləcək yarmarkada növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş 250 arıçı iştirak edəcək.
Yarmarkada iştirak üçün hər bir arıçıya 2023-cü il avqustun 25-dək arıçılıq təsərrüfatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 40 arı ailəsinə malik olması tələbi qoyulub. Hər arıçı yarmarkaya maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara biləcək.
Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib
(1-10-2023, 15:05)
(1-10-2023, 15:05)

Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların ölkəmizə gətirilərək reabilitasiya xidmətləri ilə təmin edilməsi işləri davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə bu gün daha 30 nəfər ukraynalı uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.
Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdirilən uşaqlara 15 gün ərzində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək.
Reabilitasiya müddətində peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa məşğələləri vasitəsi ilə onların emosional vəziyyətlərinin stabilləşməsi təmin ediləcək.
Uşaqların mədəni-asudə vaxtının səmərəli təşkil olunması üçün onların Şəki, İsmayıllı, Şamaxı şəhərlərində tarixi yerlərə, muzeylərə ekskursiyaları da təşkil olunacaq.
Qeyd edək ki, bundan əvvəl artıq 3 qrup üzrə 100-ə yaxın ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.
Axtarış
Xəbər lenti
Dünən, 14:00

Bu şəxslərə uşağa görə əlavə pul veriləcək
Dünən, 14:00

Baş nazirdən Qarabağ Universiteti ilə bağlı sərəncam
Dünən, 14:00

Azərbaycanla Ermənistanın təkbətək görüşündən narahat olan ölkələr var: Təxribat gözlənilir?
Dünən, 14:00

Ordumuzun 473 hərbçisinə mənzil verildi
7-12-2023, 09:37

Bakıda güclü zəlzələ olub
7-12-2023, 09:35

Azərbaycanda bu evlər dövlət tərəfindən təmir olunacaq
7-12-2023, 09:34

Separatçı guruhun yenidən AYAQLANDIRILMASI – NƏ ETMƏLİ?
7-12-2023, 09:33

Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi başlayır
7-12-2023, 09:31

Zəlzələ metronun fəaliyyətinə təsir edib? - AÇIQLAMA
7-12-2023, 09:30

İranla Ermənistan yeni plan hazırlayır: Araz çayı üzərində...
7-12-2023, 09:29

İki gün əvvəl İstanbulda olan zəlzələ ilə Bakıdakı zəlzələnin nə əlaqəsi? - Naci Görür detalları açıqladı
7-12-2023, 09:28

Füzuliyə növbəti köç karvanı yola salınıb
6-12-2023, 09:58

Bu rayonda 10 nəfər QIZILCAYA YOLUXDU
6-12-2023, 09:56

Fransanın azərbaycanlı jurnalistə qarşı qanunsuz davranışı ilə bağlı RƏSMİ AÇIQLAMA
6-12-2023, 09:55

Hərbçilərə ŞAD XƏBƏR: Mənzil təminatına dair yenilik - VİDEO
6-12-2023, 09:54

Əli Əsgərov: “Ermənistanın gələcəyi Fransadan deyil, Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir”
6-12-2023, 09:53

Bakı Metrosunda qiymət artımı nə zaman olacaq? – AÇIQLAMA
6-12-2023, 09:52

Bakıda bu evlərin qiyməti UCUZLAŞDI
6-12-2023, 09:51

“Yeni Qafqaz”la üz-üzə qalan İran: Tehranı Ankara və Bakıya yaxınlaşmağa nə vadar edir?
6-12-2023, 09:50

Rumıniyada qızılca epidemiyası elan edilib
6-12-2023, 09:49

Bu məhsullar bahalaşacaq – Az alınsın deyə…
4-12-2023, 11:02

Poliklinikalarda sıxlıq: qızılca pandemiyaya çevrilə bilər? - VİDEO
4-12-2023, 11:01

Sumqayıtda mənzillər niyə kəskin bahalaşır? - VİDEO
4-12-2023, 11:00

Paris "Sezar"ları İrəvana göndərir: sərhəddə hücuma hazırlaşırlar?
4-12-2023, 10:58

Fransa Ermənistanı silahlandırmaqda davam edir
4-12-2023, 10:56

AzTV Ermənistanı təşvişə salacaq kadrlar yayıb - VİDEO
4-12-2023, 10:56

Qızılcadan ölən uşaq peyvənd olunmayıbmış
4-12-2023, 10:54

Ukrayna təsdiqlədi: Rusiya bu əraziləri ələ keçirdi
Reklam

Ən çox oxunanlar