Valideynlər belə davransa, uşaqlar onlara yalan danışmaz

Tarix: 7-12-2022, 14:42 / Oxunub: 369
Valideynlər belə davransa, uşaqlar onlara yalan danışmaz
 
 

Adətən uşaqlar valideynlərinə yalan danışırlar. Bunun səbəbləri ilə bağlı müxtəlif versiyalar da səslənir.

Publika.az xəbər verir ki, rus psixiatr Yelena Nikolayeva da məsələ ilə bağlı fikir bildirib. Onun qənaətinə görə, valideynlər tərbiyə tərzini dəyişməli, uşaqların istəklərinə qulaq asmalıdırlar. Belə olarsa, uşağı yalan danışmaqdan uzaqlaşdırmaq olar.

Uşaqlar, çox vaxt cəza, xüsusilə də fiziki cəza təhlükəsi səbəbindən valideynlərini aldadırlar. Buna görə də, uşağı yalan danışmaqda ittiham etməzdən əvvəl, öz hərkətlərinizi nəzərdən keçirin. Fiziki zorakılıq yolverilməzdir, uşaq, valideynlərin ona qarşı ədalətli olduğunu başa düşməlidir.

"Övladınızı fiziki şiddətlə cəzalandırmayın. Sərt, lakin ədalətli cəzalar verin. Uşağınıza "yalançı" damğası vurmayın. Öncə onun nə üçün yalan danışdığını aydınlaşdırın və övladınızı maarifləndirin”, - deyə psixiatr izah edib.



Axtarış
Xəbər lenti
Reklam