Hər bir kəsə nümunə olmalı şəxsiyyət

Tarix: 13-02-2020, 10:00 / Oxunub: 356

 

image here

Minlərllə insan qəlbində möhtəşəm taxtını qurmuş bu insanın haqqında saatlarla danışsaq da onun ürək çırpıntılarının sevgi və mərhəmət axını ilə uzlaşa bilmərik.
Amma onun haqqında danışmaq insanlıq borcudur, mənəvi rahatlıqdır, vətəndaş amalına yüksəlişdir, nümunəvi insan xilqətinə sitayişdir və ən önəmlisi ecazkar varlıq simvolunun nümayişidir.
Çünki yer üzü onun kimi insanlardan ibarət olsaydı cənnət xülyasına ehtiyac olmazdı.
- Rasim müəllimi insanların gözündə bu taxt-taca yüksəldən nədir?
- Ali mərhəmət hissləri, bütün dərdlilərin yanğısı ilə yaşamaq, insanların problemlərini var-gücü ilə hayqırmaq, durmadan haqq uğrunda mücadilə etmək.
Bəli, bütün bunlar Rasim müəllimin malik olduğu keyfiyyətləri və yaşam tərzini tam əks etdirməsə qələmi və söz ehtiyatının yetməzliyini qınamalıyıq.
Rasim müəllimin 55 illik yubileyi ərəfəsində onlarla insan onun haqqında danışmaq üçün müraciət etmişdi. Təəssüf ki, o insanların hamısının ürək sözlərinin videoçəkilişini aparmağa imkan olmadı. Amma hər gün onlarla insan sosial şəbəkələrdə onun ünvanına çox gözəl sözlərini və xoş arzularını bildirir.
Hamıya məlumdur ki, haqsızlığa qarşı mübarizə aparan insanı gözü götürməyən, sevməyən və ona böhtan atmağa çalışan insan adının yaraşmadığı məxluqlar da var. Bu məxluqların həyata keçirmək istədiyi pisliklər hər zaman olduğu kimi “havada” qalmış olsa da, bu “havanın” təmizliyinə sərf olunan vaxtımıza da heyfslənməmək mümkün deyil.
Rasim müəllim haqqında xoşagəlməz bir söz eşitsəniz, şübhələriniz Rasim müəllimə deyil, bu sözləri söyləyən insanın şəxsiyyətinə qarşı olmalıdır. O zaman şəxsiyyət anlayışını belə yaraşmadığı bir məxluqla qarşılaşdığınızı görəcəksiniz. Çünki şəxsiyyətsiz sözü belə gördüyünüzün və eşitdiyinizin izahını verə bilməyəcək.
Həyatın hər bir kəsə vurduğu mənəvi zərbələrdən yan keçə bilməyən Rasim Məmmədov heç bir kəsin yan keçə bilmədiyi səhvlərdən də uzaq ola bilməyib. Amma bu səhvlərin heç biri onun insani xilqətinə zərər verə bilməyib. Hər bir kəsə məxsus olmayan səhvlərdən nümunə götürmək bacarığı ilə şəxsiyyətinə böyük ehtiramı daha da artırıb.
Yüksək mənəvi keyfiyyətlərə malik insanlar haqda yazıların məhdud olduğu bir dövrdə belə bir nümunəvi şəxs simvolu haqda danışmaq, yazmaq, oxumaq mənəvi “aclığımızı” doydurur deyə düşündüm. Səhv etmədiyimi sübut edəcək rəylərinizi səbirsizliklə gözləyirəm.
Sənubər Qasımova,
Azərbaycan Jurnalistlər İttifaqının üzvü

 



Axtarış
Xəbər lenti
Reklam